27 Noyabr 2024 08:25
239
SİYASƏT
A- A+
Bakı müxtəlif beynəlxalq aktorlar arasında körpü rolunu oynadı 

Bakı müxtəlif beynəlxalq aktorlar arasında körpü rolunu oynadı 


Ölkəmizin 30 il Ermənistanın işğalı altında saxladığı torpaqları azad edib ərazi bütövlüyünü bərpa etməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına təsir göstərdi. 

Açıq-aydın xarici dairələrin Azərbaycanla münasibətlərində müsbətə doğru dəyişiklik hiss olunmağa başladı. Yeni geosiyasi reallıqlar fonunda ölkəmizin enerji, eləcə də diplomatiya sahəsində əhəmiyyəti xüsusi qeyd olundu. Azərbaycanla yeni iqtisadi əlaqələrin yaradılması barədə müzakirələrə başlandı.

Təbii ki, ölkəmizin beynəlxalq arenada güclü diplomatik mövqeyə sahib olması, eləcə də hərbi, siyasi, iqtisadi uğurları antiazərbaycançı qüvvələri ciddi təşvişə salmaya bilməzdi. Xüsusilə illərdir danışıqlar prosesində iştirak edib, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslər zamanı simasızlığı ifşa olunan Fransanın Cənubi Qafqaz planları pozulduqca, ölkəmizə qarşı kini, qəzəbi də artırdı.

Rəsmi Paris himayəsində olan, yaxud maliyyələşdirdikləri "beynəlxalq təşkilatlar" vasitəsilə Azərbaycana qarşı təzyiqləri artırmağa çalışdı. Bununla da bir nəticə əldə edə bilmədiklərini hiss etdikdə, erməni lobbisinin maliyyələşdirdiyi şəbəkə beynəlxalq mətbuat vasitəsilə ölkəmizə qarşı cəbhə açıb "hücum"u genişləndirməyə çalışdı. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik. Bu təzyiqlər vahid mərkəzdən idarə olunurdu və Azərbaycanı müstəqil diplomatik siyasət kursundan yayındırmağa və fövqəladə inkişafının qarşısını almağa yönəlmişdi.

Dubaydakı konfransda BMT-nin adıçəkilən tədbirinin Azərbaycanda keçirilməsi barədə qərarın verilməsindən dərhal sonra Fransa ölkəmizə qarşı apardığı təbliğatı daha da gücləndirdi, COP29-un gözdən salınması üçün hər cür üsula əl atdı.

 Qərbin COP29 ərəfəsində və konfrans zamanı ölkəmizə qarşı təzyiqləri artırmaqda, eyni zamanda sammitdə yüksəksəviyyəli iştirakı gücü yetdiyi qədər məhdudlaşdırmaqda, Azərbaycana siyasi mesajlar ötürməkdə məqsədi ölkəmizi müstəqil xarici siyasət kursundan imtinaya vadar etmək, birqütblü dünya ssenarisi üzərində işləyən Qərbin iradəsinə tabe etmək idi. 

Görünən budur ki, Qərb ikiüzlü və riyakar siyasət yürüdür. XXI əsrdə də bu şakərindən qurtula bilmir. Dünyanı çirkləndirən, ekoloji tarazlığı pozan ölkələr arasında liderlik Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Qərbi bəşəriyyətin canlı aləm və onun gələcək taleyindən çox, birqütblü dünya nizamı qurmaq düşündürür. Bundan ötrü bütün mütərəqqi təşəbbüsləri gözdən salmağa, iqlim dəyişikliyi, ekoloji tarazlığı öz çirkin məqsədlərinə qurban verməyə hazırdır. 

Bir fakta diqqət yetirək. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 2023-cü ildə Avropa üçün Rusiya ilə əlaqəli olmayan mənbələrdən alternativ qaz mənbələri yaratmaq məsələsi kəskinləşəndə qaçaraq Bakıya gəldi və Azərbaycanla AB arasında enerji sahəsində strateji tərəfdaşlıq barədə bəyannamə imzalamağa nail oldu. O zaman Avropanın dərin enerji təchizatı ilə bağlı ciddi narahatlığı var idi. 

İmzalanmış bəyannamə ilə Azərbaycan Avropanın qaz təminatını iki dəfə artırmaq kimi hədəf götürdü. Belə bir yaxşılığın əvəzini isə Ursula fon der COP29-da iştirak etməməklə ödədi. Qərbin əsl siması budur. Öz ehtiyacı üçün "qaça-qaça" Bakıya gəlmək də olar, hələ təriflər yağdırmaq da. Amma söz bəşəriyyət üçün olduqca vacib, iqlim dəyişmələri ilə mübarizəyə gələndə Aİ bunu arxa plana da keçirməyə hazır imiş. 

Şübhəsiz ki, bu birbaşa Azərbaycana qarşı qərəzli münasibətin göstəricisidir. Xanım Lyayen də, Avropanın digər anti-azərbaycançı qüvvələri də Fransa və Almaniyanın təsiri altındadırlar.

 Ursula fon der Lyayen COP29-da iştirak etməməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat edir.

Birmənalı olaraq qeyd edə bilərik ki, ölkəmizin əleyhinə təbliğat aparıb qarayaxma kampaniyası aparanların arzuları gözlərində qaldı. COP29 konfransı öncədən elan olunduğu müddətdən bir gün də artıq keçirildi. Bakı dünyanın ekoloji paytaxtına çevrildi. Əldə olunan razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri üçün hər il 100 milyard dollar əvəzinə, 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırmağı öhdəliklərinə götürdülər. Bu, Azərbaycanın çox böyük siyasi uğurudur. COP29 iştirakçısı olan onlarla dünya lideri, yüzlərlə siyasətçi, on minlərlə ictimai xadim, alim və jurnalist tədbirin uğurlarını və təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirdi, dünya mediası konfransın əhəmiyyətli nəticələri barədə xəbərlər yaydılar.

İqlim sammitinin iştirakçıları arasında BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının iştirakçı ölkələrinin 80 prezidenti, vitse-prezidenti və hökumət başçıları iştirak etdi. Tədbiri 3 mindən çox xarici media nümayəndəsi işıqlandırdı.

Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qarşılıqlı anlaşmanın əldə edilməsi üçün əlindən gələni edəcək. COP29 keçirildiyi müddətdə Bakı müxtəlif beynəlxalq aktorlar arasında siyasi, mədəni, enerji, ticarət və nəqliyyat körpüsü rolunu oynadı. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bankların aktivləri 50 milyard manata yaxınlaşır  

11:40
27 Noyabr

Türkiyəli analitik: COP29 Azərbaycan həqiqətlərinin dünyada təbliğinə töhfə oldu  

11:39
27 Noyabr

Hakim “Gürcü Arzusu” partiyası Gürcüstan prezidentliyinə namizədinin adını açıqlayıb  

11:38
27 Noyabr

“Chapter Zero Kazakhstan”ın direktoru: Bakı iqlim gündəliyində tarix yazacaq  

11:37
27 Noyabr

NİİM: Bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmirlər

11:35
27 Noyabr

On ayda 28 minədək şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub  

11:34
27 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə uğur qazanıb  

11:34
27 Noyabr

Azərbaycan parlamentində dövlət büdcəsinin müzakirələri davam edir  

11:32
27 Noyabr

Azərbaycanın mədəniyyət naziri BMT Sivilizasiyalar Alyansının 20 illiyinə həsr olunmuş forumda çıxış edib  

11:31
27 Noyabr

TƏBİB: COP29-la əlaqədar ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib  

11:26
27 Noyabr

Bayden ABŞ Konqresindən 24 milyard dollar istəyir

10:59
27 Noyabr

On ayda əlilliyi olan şəxslərə 82,8 min reabilitasiya vasitəsi verilib  

10:43
27 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

10:37
27 Noyabr

Azərbaycan və Çex Respublikası arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığı gücləndirməklə bağlı memorandum imzalanıb  

10:36
27 Noyabr

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb  

10:35
27 Noyabr

Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb  

10:19
27 Noyabr

Müsəlman Ağsaqqallar Şurası COP29 konfransının uğuruna görə Azərbaycanı təbrik edib  

09:41
27 Noyabr

Çempionlar Liqası: “Bavariya” və “Barselona” qələbə qazanıb  

09:40
27 Noyabr

Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək  

09:39
27 Noyabr

Şəhid İlkin Qarayevin xatirəsi yad edilmişdir

09:00
27 Noyabr

İqtisadi problemlər Aİ-ni boğur

08:55
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!