26 Noyabr 2024 22:18
94
CƏMİYYƏT
A- A+
QMİ sədri: Gələcəyin Vahid Bəşəriyyət planının təqdimatı tarixi hadisədir  

QMİ sədri: Gələcəyin Vahid Bəşəriyyət planının təqdimatı tarixi hadisədir  

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının “Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb. Forumda şeyxülislam Allahşükür Paşazadə “Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda ilk plenar toplantıda çıxış edib.

Şeyxülislam Allahşükür Paşazadə mötəbər forum iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını yetirib. BMT-nin Sivilizasiyalar Alyansının 20 illik fəaliyyəti ilə bəşəriyyətin mənafeyinə xidmət edən, qlobal problemlərin həllində dövlət, beynəlxalq ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına xidmət edən mühüm beynəlxalq platforma olaraq özünü təsdiq etdiyini bildirən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin təbiri ilə, bu növ forumların fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirdiyini, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaratdığını xüsusi qeyd edib. Bildirib ki, Sivilizasiyalar Alyansının sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə dəyərli səy və nailiyyətləri bizi ruhlandırır və yubiley Qlobal Forumunda gələcəyin Vahid Bəşəriyyət planının təqdimatını tarixi hadisə kimi dəyərləndirmək lazımdır.

Bu gün dünyanı narahat edən ən mühüm məsələlərdən birinin Yaxın Şərqdə və Ukraynada cərəyan edən faciəvi hadisələr olduğunu bildirən şeyxülislam A.Paşazadə günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsız miqrant faciələrinə son qoyulmasına çağırış edərək, problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun həll olunmasının tərəfdarı olduğunu bildirib.

Şeyxülislam A.Paşazadə bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələri, multikultural ənənələrə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa edir, yandırılmış və minalanmış torpaqları təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib  

23:54
26 Noyabr

Güləş Federasiyası Qazaxda seminar keçirib  

23:52
26 Noyabr

DonaldTrampın amerikalılar arasında reytinqi artıb  

23:49
26 Noyabr

Tahir Gözəl: “Lion” üzərində qələbə qazanıb növbəti mərhələ üçün daha bir addım atacağıq”  

23:46
26 Noyabr

Emin Mahmudov “Qarabağ”la matçda oynayacaq   

23:41
26 Noyabr

"Neftçi" braziliyalını yola salıb   

23:36
26 Noyabr

Güllə atıcılarımız Serbiyada Qran-Prinin qalibi olublar  

23:30
26 Noyabr

Ferstappen ardıcıl dördüncü dəfə Formula1-in qalibi olub

23:29
26 Noyabr

Gürcüstan hökuməti noyabrın 28-də təsdiqlənəcək  

23:25
26 Noyabr

Paşinyan KTMT-nin Astanada keçiriləcək sammitinə qatılmayacaq  

22:25
26 Noyabr

Badmintonçularımız Botsvanadan 6 medalla qayıdıblar

22:22
26 Noyabr

Məhkəmə Kapitoliyə hücumla bağlı Trampa qarşı işi dayandırıb  

22:21
26 Noyabr

QMİ sədri: Gələcəyin Vahid Bəşəriyyət planının təqdimatı tarixi hadisədir  

22:18
26 Noyabr

Nazir müavini: Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə AzTU arasında səmərəli əməkdaşlıq mövcuddur  

22:15
26 Noyabr

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti noyabrın 28-i axşamadək davam edəcək  

22:14
26 Noyabr

Milli Məclis 2025-ci ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib YENİLƏNİB  

22:12
26 Noyabr

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb  

22:10
26 Noyabr

Dövlət Vergi Xidmətində “Dövlət-biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilib  

22:06
26 Noyabr

Faktiki hava: Xınalıq və Şahdağda qar yağır

21:46
26 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

21:37
26 Noyabr

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib 

19:21
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!