28 Aprel 2025 18:55
462
SİYASƏT
A- A+
Səfir Lu Mey: Azərbaycan Prezidentinin Çinə səfəri 5 açar söz – yüksəliş, dəstək, əməkdaşlıq, dostluq və gələcək ilə səciyyələnir  

Səfir Lu Mey: Azərbaycan Prezidentinin Çinə səfəri 5 açar söz – yüksəliş, dəstək, əməkdaşlıq, dostluq və gələcək ilə səciyyələnir  


Səfər zamanı iki ölkənin dövlət başçıları ədliyyə, iqtisadiyyat və ticarət, nəqliyyat, aerokosmik sənaye, elm və texnologiya, mədəniyyət və yerli idarəetmə sahələrində 20 “qızıl tərkibli” yekun sənədin imzalanmasının şahidi olublar.

AZƏRTAC xəbər verir ki, bunu aprelin 28-də Bakıda keçirilən brifinqdə Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey deyib.

“Digər məsələlərlə yanaşı, tərəflər investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması, azad ticarət sazişi üzrə danışıqlara başlanılması, beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin imzalanmasının sürətləndirilməsi, mədəniyyət günlərinin və turizmin təşviqi tədbirlərinin birgə təşkili və s. kimi sahələrdə bir sıra konkret razılıqlar əldə ediblər ki, bu da əməkdaşlığın dərinləşdirilməsinə daha geniş imkanlar açır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey aprelin 28-də Bakıda keçirilən brifinqdə deyib.

O qeyd edib: “Digər məsələlərlə yanaşı, tərəflər investisiya əməkdaşlığa dair işçi qrupunun yaradılması, azad ticarət sazişi üzrə danışıqlara başlanması, beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin imzalanmasının sürətləndirilməsi, mədəniyyət günləri və turizmin təşviqi tədbirlərinin birgə təşkili və sairə kimi sahələrdə bir sıra konkret razılaşmalar əldə ediblər ki, bu da hərtərəfli əməkdaşlığın dərinləşməsinə daha geniş imkanlar yaradır”. Lu Mey, həmçinin bildirib ki, tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalayıblar. Bu sənəd adi pasportlara malik vətəndaşların digər ölkəyə bir dəfəyə 30 gündən çox olmayan və 180 gün ərzində 90 gündən artıq olmayan vizasız daxil ola bilməsini nəzərdə tutur. Saziş iki ölkənin hökumətləri lazımi prosedurları yerinə yetirdikdən sonra qüvvəyə minəcək və səfirliyimiz müvafiq məlumatları vaxtında dərc edəcək”.

Azərbaycan Prezidentinin Çinə səfərinin əsas məqamlarını 5 açar sözlə - yüksəliş, dəstək, əməkdaşlıq, dostluq və gələcək kəlmələri ilə səciyyələndirən səfir əlavə edib: “Çinin Sədri Si Cinpin Prezident İlham Əliyevi “Çin xalqının köhnə dostu” adlandırdı ki, bu da Çin xalqının xarici ölkələrdən gələn dost xalqa verdiyi ən yüksək qiymətdir. Səfər zamanı Çinin lideri İlham Əliyevə və xanımına ən yüksək nəzakət göstərərək böyük ölkənin özünəməxsus protokol üslubunu nümayiş etdirdi. Azərbaycanda bir çox insan dövlət başçısına böyük dövlətdə hörmətlə yanaşılmasını şərəf hesab edir. Hər kəsin televiziyada izlədiyi səfərin bir neçə məqamı var; qarşılanma mərasimində Çin hərbi orkestri Azərbaycanda tez-tez ifa edilən “Ey Vətən” mahnısının melodiyasını xüsusi ifa edib. Bu mahnı həm də Prezident İlham Əliyevin sevimli mahnılarından biridir. Çin səfər zamanı Prezident İlham Əliyevə böyük əhəmiyyət kəsb edən xüsusi hədiyyə - Yunyan əyaləti Malipo rayonunun İkinci ibtidai məktəbinin müəllim və şagirdləri tərəfindən diqqətlə hazırlanmış qısa videoçarx təqdim edib. Orada uşaqlar məktəbdə təlim şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfəyə görə sadə və səmimi dillə dövlət başçısına minnətdarlıq ifadə ediblər.

Prezident İlham Əliyev aprelin 23-də günortadan sonra Tiananmen meydanına gələrək xalq qəhrəmanlarının abidəsi önünə əklil qoyub, həyatını Çin xalqının müstəqilliyi və azadlığı uğrunda fəda etmiş insanların xatirəsini dərin ehtiramla yad edib”.

Səfir vurğulayıb: “Bir sıra xüsusi, ürəkaçan tədbirlər ürəklərdə kəsişən, bir-birinə səmimiyyətlə yanaşan və bir-birinə məhəbbət bəsləyən iki ölkə arasında dərin dostluğu tam nümayiş etdirir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!