11 Avqust 2024 08:35
577
İQTİSADİYYAT
A- A+
"Şəfəq"lərimiz getdikcə çoxalacaq

"Şəfəq"lərimiz getdikcə çoxalacaq

 

"Yaşıl enerji" layihələri bölgələri də əhatə edəcək 

 

Hazırda bir sıra dünyaşöhrətli neft-qaz şirkətləri günün tələbinə uyğun olaraq fəaliyyətlərini bərpaolunan enerji layihələri ilə genişləndirirlər. Cəbrayıl rayonunda "Şəfəq" Günəş-Elektik Stansiyasını inşa edəcək BP bunlardan biridir.
BP ölkəmizdə karbohidrogenlərin hasilatı və ixracı üzrə ən iri layihələrin əməliyyatçısıdır. Bu şirkət "Şəfəq"in də operatoru olacaq və hazırda   stansiyanın tikinti işləri start ərəfəsindədir. Bu enerji obyektinin bir əhəmiyyəti odur ki, işğaldan azad olunmuş ərazilərimizdə inşa ediləcək. Bu ərazilər - 10 min kvadratkilometr sahə Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan olunub. Ona görə də "Şəfəq"in tikintisi həm bu məqsədin gerçəkləşməsində əhəmiyyətli rol oynayacaq, həm də ümumən Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm quruculuğun bir hissəsinə çevriləcək. 
Bir neçə ay əvvəl əməliyyatçı şirkət "Şəfəq"in icraçısı kimi elan edib ki, layihə üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantı hazırlanıb. Sənəddə "Şəfəq" layihəsi üzrə aparılacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.
Sənəddə vurğulanır ki, Azərbaycanın cənub-qərbində yerləşən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda "Şəfəq" layihəsi çərçivəsində fotovoltaik (PV) günəş-elektrik stansiyasının yaradılması məqsədini daşıyan bu layihə üzrə tikinti işlərinin bu ilin ikinci yarısında başlanacağı və təxminən ilyarım davam edəcəyi nəzərdə tutulur. Bu, ölkəmizdə ən iri günəş-elektrik stansiyalarından biri olacaq. Belə ki, stansiya  təxminən 802 hektarlıq ərazini əhatə edəcək və onun dəyişən cərəyan gücü 240 meqavata çatacaq. Stansiyanın tikilib istifadəyə verilməsi  prosesinə layihələndirmə, təchizat, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələləri daxildir. Təkcə tikintinin özü də bir neçə mərhələdən ibarət olacaq. Belə ki, ilk növbədə obyekt üçün sahənin hazırlanması həyata keçiriləcək. Sonrakı mərhələlərdə stansiya quraşdırılacaq və istismara veriləcək. Nəhayət, tikinti aparılan sahə təmizlənəcək və bərpa ediləcək.  
İlkin məlumata görə, əvvəlki 6-8 ay ərzində tikinti heyətinin 300 nəfərdən ibarət olacağı, pik dövründə isə 700 nəfərə çatacağı gözlənilir. İşçi qüvvəsinin Azərbaycan və xarici ölkə vətəndaşlarından ibarət olacağı və hər iki qrupdan tikinti, istismar və istismardançıxarma mərhələlərində istifadə ediləcəyi planlaşdırılır. Əməliyyat zamanı işçi qüvvəsinə olan dəqiq tələblər stansiyanın istismara verilməsindən əvvəl müəyyənləşdiriləcək. Yekun texnologiya seçimindən və işçilərin bacarıq imkanlarından asılı olaraq yerli əhali arasından cəlb edilən tikinti işçilərinin sayını maksimuma çatdırmaq qarşıya məqsəd qoyulub. İşçilərin bilik və qabiliyyətlərini artırmaq məqsədi ilə  layihə müddətində onlara müxtəlif səviyyələrdə təlimlər keçiriləcək. 
Layihənin mərhələləri üzrə fəaliyyətləri çərçivəsində planlaşdırılmış və planlaşdırılmamış işlərlə əlaqədar ekoloji və sosial-iqtisadi təsirlərin qiymətləndirilməsi üçün ətraflı metodologiyaya riayət edilib. Burada fiziki mühitə (havanın keyfiyyəti, istixana qazı, səs-küy, torpaq, qrunt və səth suları), landşaft, nəqliyyat və nəqletmə, eləcə də bioloji mühitə (quru və su mühiti, flora və fauna) və sosial-iqtisadi mühitə potensial təsirlər nəzərdən keçiriləcək.
Vurğulayaq ki, Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi burada  formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə edilir. Bölgələrin hər ikisinin ərazisi ilə axan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dən sonra ikinci yerdədirlər. Azərbaycanın ən günəşli rayonlarından biri də Ağdamdır. Burada günəşli günlərin çox olması günəş enerjisindən istifadəni aktuallaşdırır. 
Prezident İlham Əliyev bərpaolunan enerji layihələrindən bəhs edərkən vurğulayıb ki, bunlar hələ başlanğıcdır."Yaşıl enerji" layihələrinin paytaxtdan Qarabağa və Şərqi Zəngəzura, Naxçıvan MR-ə, Biləsuvara, Neftçalaya "addımlaması" göstərir ki, təkcə sularımızdan deyil, günəşimizdən və küləyimizdan güc alan yeni stansiyalar həm məişətimizə, həm də iqtisadiyyatımıza bol-bol şəfəq paylayacaq. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!