04 Avqust 2024 08:00
2191
SİYASƏT
A- A+
Seçki kampaniyasının ilkin mərhələsi uğurla başa çatdı 881 nəfərin deputatlığa namizədliyi qeydə alındı

Seçki kampaniyasının ilkin mərhələsi uğurla başa çatdı 881 nəfərin deputatlığa namizədliyi qeydə alındı

 


Növbədənkənar parlament seçkilərinə hazırlıq Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi təqvim planı üzrə davam edir.  Artıq avqustun 2-də namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi ilə bağlı müəyyən edilmiş müddət başa çatıb. Bununla da seçki kampaniyasının ilkin mərhələsi uğurla yekunlaşıb.  

 

Seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib

Xatırladaq ki, namizədin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi iyulun 13-dən başlamışdı. Bununla bağlı müəyyən edilmiş müddət avqustun 2-si saat 18:00-dək davam etmişdi. 
Bu müddətdə Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib. Bunu MSK-nın dünən keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. MSK sədri deyib ki, müraciət edənlərdən 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. 1191 nəfər imza vərəqələrini qaytarıb, 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

 

İndiyədək 14506 nəfər yerli, 99 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Seçkilərin demokratik keçirilməsini şərtləndirən amillərlən biri də müşahidənin aparılmasıdır. Respublikamızın seçki qanunvericiliyi həm aktiv seçki hüququna malik Azərbaycan vətəndaşlarına, həm də beynəlxalq müşahidəçilərə bununla bağlı geniş imkanlar yaradır.
MSK-nın dünən keçirilən iclasında bildirilib ki, Milli Məclisə sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar indiyə qədər 14 min 506 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, bu müşahidəçilərdən 5477 nəfəri Mərkəzi Seçki Komissiyasında, 9029-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.
Eyni zamanda seçkiləri müşahidə etmək üçün 8 beynəlxalq qurumdan və 26 ölkədən 99 nəfər akkreditə olunub. 

 

Seçkiqabağı təşviqat avqustun 9-dan başlayacaq

Seçki kampaniyalarının əsas mərhələlərindən biri isə namizədlərin seçkiqabağı təşviqatının həyata keçirilməsidir.  Seçki kampaniyasının bu mərhələsində qeydə alınmış namizədlər  seçicilərin dəstəyini qazanmaq üçün təşviqat və təbliğatla məşğul olurlar. Bu isə seçkidə qalib gəlmək üçün olduqca vacib məsələdir. 
Respublikamızda seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə, sentyabrın 1-nə təyin edilmiş parlament seçkilərində seçkiqabağı təşviqatın aparılması avqustun 9-da başlayacaq, avqustun 31-i saat 08:00-da dayandırılacaq. Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri  tərəfindən aparılır.
Qarşıdan gələn növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq media subyektlərinin adı məlumdur. Eyni zamanda Milli Məclisə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqatın media subyektlərində ödənişli əsaslarla da aparılması mümkündür.
Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilər respublikamızda müstəqillik dövründə keçirilən sayca 7-ci parlament seçkiləri olacaq.  Eləcə də bu, müstəqillik illərində işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilən ilk parlament seçkiləri kimi tarixə düşəcək. Bütün bunlarla yanaşı, növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratik inkişafının növbəti təcəssümünə çevriləcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

Azərbaycanın ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır

08:30
15 Yanvar

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!