04 Noyabr 2026 12:22
186
İQTİSADİYYAT
A- A+
"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb


2026-cı ilin üçüncü rübündə “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 2 milyard 2 milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 78 milyon dollar əsaslı xərclər çəkilib. 2025-ci ilin hesabat dövrü ilə müqayisədə əməliyyat xərclərində 9 faiz və əsaslı xərclərdə 42,6 faiz artım qeydə alınıb.

AZƏRTAC bp-nin 2026-cı ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün “Bakı-Tbilisi-Ceyhan”a (BTC) və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

İlin doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və təxminən 3 milyon ton (təqribən 21 milyon barel) kondensat hasil edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,8 faiz və 3 milyon barel az olub.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 28,8 milyard) standart kubmetrdir.

2026-cı ilin birinci rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində qərb cinahında quyularda sualtı işlər üzrə fəaliyyətlər davam edib.

2026-cı ilin üçüncü rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində şərq-şimal cinah quyularında sualtı işlər üzrə fəaliyyətlər davam edib və sentyabr ayında bu cinahda dördüncü quyu işə salınıb. “Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlər Xankəndi gəmisinin əsas iş həcmi olmaqda davam etsə də, ilin ilk doqquz ayı ərzində gəmi həmçinin AÇG yatağının Dərinsulu Günəşli ərazisində bir çox quyularda yataqda təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının erkən aşkarlanmasına kömək məqsədli sualtı müdaxilə əməliyyatlarına cəlb olunub. Bu müddət ərzində Tofiq İsmayılov dalğıc gəmisi hazırda istismarda olan bütün “Şahdəniz 2” və “Azəri-Çıraq-Günəşli” (AÇG) sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verib. Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin bir hissəsidir.

İlin üçüncü rübü ərzində Şahdəniz Kompressiya (ŞDK) layihəsi üzrə işlər təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq irəliləyib və layihə əməyin təhlükəsizliyi üzrə yüksək göstəricilər nümayiş etdirməyə davam edib. Belə ki, rübün sonuna layihə çərçivəsində xəsarət nəticəsində vaxt itirilmədən ümumilikdə 4 milyondan çox iş saatı yerinə yetirilib.

Oktyabr ayında dənizdə boru payaların quraşdırılması əməliyyatlarının başa çatdırılması ilə layihə üzrə mühüm bir mərhələ əldə olundu və bununla da dənizdə tikinti işlərinə başlandı. Bu əməliyyatlar çərçivəsində ŞDK platformasının dayaq blokunun əsasını təşkil edəcək dörd boru paya təhlükəsiz şəkildə dənizə daşınaraq Xankəndi sualtı tikinti gəmisi vasitəsilə öz yerinə quraşdırılıb. Quraşdırma işləri zamanı payaların sabitliyini və şaquli vəziyyətdə qalmasını təmin etmək məqsədilə xüsusi hazırlanmış 188 tonluq sualtı dayaq tavasından istifadə edilmişdir. Kampaniya çərçivəsində həmçinin bp-nin Xəzər regionundakı əməliyyatlarında ilk dəfə olaraq paya tıxacı texnologiyası tətbiq edilib.

Paralel olaraq, ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam edib, ilkin polad və struktur komponentlərinin tikintisi üzrə əhəmiyyətli irəliləyiş əldə olunub.

Dəniz və sualtı mühəndislik fəaliyyətləri qrafikə uyğun irəliləyib. Bir sıra mühüm avadanlıq dəstinin təchizatı da tikinti və quraşdırma cədvəllərinə uyğun davam edib.

2,9 milyard dollar dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə, həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də “Şahdəniz Alfa” (ŞDA) və “Şahdəniz Bravo” (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

2026-cı ilin üçüncü rübündə Şahdəniz Alfa platformasında SDA12 quyusunun qazma işləri başa çatdırılıb.

İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Rüb ərzində İstiqlal qazma qurğusu şərq-şimal cinahında SDH04 quyusunda tamamlama işlərini başa çatdırıb və hazırda həmin cinahda SDH05 quyusunda tamamlama işlərini həyata keçirir. Heydər Əliyev qazma qurğusu isə qurğuda profilaktik işləri başa çatdırıb və qərb cinahında SDD06 quyusunun qazma işlərinə başlayıb.

Ümumilikdə Şahdəniz 2 çərçivəsində 24 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında beş quyu daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycançılıq – milli birliyin, müstəqil dövlətçiliyin və etibarlı gələcəyin ideoloji əsası  

14:23
04 Noyabr

Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb

14:17
04 Noyabr

Fransada 17 oktyabr etirazlarından sonra 329 nəfər həbs edilib  

14:16
04 Noyabr

Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb  

14:16
04 Noyabr

Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır  

14:15
04 Noyabr

Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq  

14:14
04 Noyabr

Rayonlarda leysan olacaq - PROQNOZ

14:12
04 Noyabr

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək  

14:12
04 Noyabr

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır  

14:01
04 Noyabr

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

13:37
04 Noyabr

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir  

13:34
04 Noyabr

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

13:19
04 Noyabr

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib

13:07
04 Noyabr

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb  

12:57
04 Noyabr

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir  

12:49
04 Noyabr

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək  

12:41
04 Noyabr

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək  

12:36
04 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK

12:32
04 Noyabr

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq  

12:29
04 Noyabr

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

12:22
04 Noyabr

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır  

12:20
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!