07 May 2026 15:41
150
DÜNYA
A- A+
“SAHA Expo 2026”da yeni texnologiyaların nümayişi davam edir

“SAHA Expo 2026”da yeni texnologiyaların nümayişi davam edir

Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində üçüncü gün ziyarətçilərin böyük marağı ilə davam edir.

AZƏRTAC xəbər verir ki, 120-dən çox ölkədən minlərlə peşəkarın qatıldığı sərgidə 203 yeni məhsul ilk dəfə təqdim olunur.

Türkiyə “SAHA 2026”da aparıcı müdafiə sənayesi şirkətləri olan “Baykar”, “Aselsan”, “Roketsan”, Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət Səhmdar Cəmiyyəti (STM) və Müdafiə Sənayesinin İnkişafı və Dəstəklənməsi Baş İdarəsi (FNSS) ən yeni texnologiyalarını nümayiş etdirir.

“Baykar” şirkətinə məxsus “MIZRAK”, “K2” və “Sivrisinek” hərbi hava texnikaları sərgidə ilk dəfə nümayiş olunur.

“Aselsan” şirkəti isə 5 yeni məhsul və 6 modernləşdirilmiş sistemini sərgiləyir. “Roketsan” şirkəti və FNSS əməkdaşlığı ilə hazırlanan “ALKA-KAPLAN HİBRİD” yönləndirilmiş enerji silah sistemini, STM isə müasir döyüş ehtiyaclarına uyğun yeni hava və dəniz platformalarını sərgiyə təqdim edib.

Tədbir çərçivəsində Türkiyənin yerli pilotsuz dəniz vasitələri, eləcə də ölkənin Hərbi Dəniz Donanmasına məxsus gəmilər İstanbul sahillərində ziyarətçilərə nümayiş etdirilir.

Ümumilikdə 140-dan çox rəsmi nümayəndə heyətinin iştirak etdiyi “SAHA 2026” mayın 9-da “Xalq günü” çərçivəsində ictimaiyyət üçün açıq olacaq.

400 min kvadratmetrlik ərazidə təşkil edilən tədbirdə 263-ü xarici olmaqla, 1700-dən çox şirkət iştirak edir. Sərgi çərçivəsində ümumilikdə 164 imza mərasiminin keçirilməsi planlaşdırılır və ixrac müqavilələrinin həcminin ən azı 8 milyard ABŞ dollarına çatdırılması hədəflənir.

Qeyd edək ki, tədbirin ilk iki günü Türkiyə ilə fərqli ölkələr arasında radar sistemləri, kamikadze İHA-lar, İHA sistemləri üçün kameraların və “KAAN” beşinci nəsil hərbi təyyarə tədarükü, “Kızılelma” pilotsuz təyyarəsinin inteqrasiyası da daxil olmaqla ümumilikdə 20 müqavilə imzalanıb.

Xatırladaq ki, Azərbaycan “SAHA Expo 2026” sərgisində Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin rəhbərliyi səviyyəsində təmsil olunur.

Tədbir davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdəki gərginlik Kaliforniyada benzin qiymətlərini rekord həddə çatdırıb

17:02
07 May

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

16:25
07 May

Baş prokuror: Azərbaycan və Monqolustan arasında hüquqi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub  

16:24
07 May

Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb

16:21
07 May

ADA Universitetində tələbələrin sosial məsuliyyət və sənaye əməkdaşlığı layihələri mükafatlandırılıb  

16:16
07 May

ABŞ Yaxın Şərqdəki hərbçilərinin sayını artırıb

15:57
07 May

“SAHA Expo 2026”da yeni texnologiyaların nümayişi davam edir

15:41
07 May

“Nəvahi” və “Şəfəq” yarımstansiyaları üzrə əlavə işlərə başlanılıb

15:38
07 May

“Azercell”dən innovativ təşəbbüs: addım at, internet qazan

15:37
07 May

Rusiya XİN Bakının Avropa Parlamenti ilə əlaqələri kəsməsini şərh edib

15:31
07 May

Azərbaycanda süni intellektə İİB dəstəyi gözlənilir

15:23
07 May

Çinin iki keçmiş müdafiə naziri edam olunacaq

15:19
07 May

Birləşmiş Ştatların neft ehtiyatları azalır

15:08
07 May

“Sərhəd” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib

15:01
07 May

Özbəkistan nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

14:56
07 May

Kreml internetin kəsilməsi səbəbindən sahibkarları dəstəkləməyi nəzərdən keçirmir

14:45
07 May

Paşinyan mayın 8-də ölkədə seçki kampaniyasının başlayacağını elan edib

14:35
07 May

İrpendə Valentina Antonenko ilə vida mərasimi olub

14:27
07 May

“Bavariya” rəsmisi PSJ ilə oyundakı hakim qərarlarını tənqid edib

14:19
07 May

Daxili işlər naziri İmişlidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib 

14:06
07 May

Media: Tehran və Vaşinqton İranın blokadasını yumşaltmaq barədə razılığa gəlib

13:18
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!