17 Sentyabr 2025 09:05
12029
Səhiyyə
A- A+
Sağlam qidalanma sağlam gələcəyimizdir

Sağlam qidalanma sağlam gələcəyimizdir


Sağlam qidalanma hər bir insanın həyat keyfiyyətini, sağlamlığını və uzunömürlülüyünü müəyyən edən əsas amillərdən biridir. İnsanın necə yaşaması, hansı xəstəliklərlə qarşılaşması, hətta psixoloji vəziyyəti belə onun gündəlik qida seçimlərindən asılıdır.  Hər bir ailənin süfrəsində qoyulan yeməklər təkcə bu gün üçün doyumluluq yaratmır, eyni zamanda sabahın sağlamlığını, ömrün uzunluğunu və həyat keyfiyyətini müəyyən edir. Ona görə də ailə daxilində sağlam qidalanma mədəniyyətinin formalaşdırılması həm valideynlərin, həm də uşaqların həyatında əvəzolunmaz rol oynayır. Xüsusilə də ailədə formalaşan qidalanma vərdişləri uşaqların gələcək sağlamlığına birbaşa təsir edir.

Ailədə sağlam qidalanma vərdişlərinin formalaşması sadəcə təamların növü ilə məhdudlaşmır. Bu, eyni zamanda uşaqlara nümunə göstərmək, onlarda qidalanma haqqında düzgün təsəvvür yaratmaqdır. Uşaq evdə valideyninin əlində daim qazlı içki görürsə, məktəbdə də həmin içkini almağa meyilli olacaq. Əgər ailədə şirniyyatlar gündəlik həyatın bir parçasına çevrilibsə, uşaq da onları zəruri qida hesab edəcək. Əksinə, evdə daha çox meyvə, tərəvəz, ev şəraitində hazırlanmış yeməklər və sağlam qəlyanaltılar süfrəyə qoyularsa, uşaq bunları normal qəbul edir və təbii ki, həmin vərdişlər onun şüuraltına köçür.

Məktəb mövsümündə uşaqların sağlam qidalanmasına xüsusi diqqət yetirmək lazımdır. Çünki onlar məktəbə getdikdə artıq valideyn nəzarətindən bir qədər kənarda qalır. Bufetdə cəlbedici görünən paketlənmiş qidalar, rəngli içkilər, şokolad və fast-food tipli məhsullar uşaqların seçiminə asanlıqla təsir edir. Bu qidalar qısa müddətli enerji versə də, uzun müddət istifadə edildikdə həm sağlamlığa zərər vurur, həm də öyrənmə qabiliyyətini zəiflədir. Belə halların qarşısını almaq üçün valideynlər uşaqları üçün evdə sağlam, həm doyumlu, həm də dadlı qəlyanaltılar hazırlamalıdırlar.

Əslində, uşaqlar üçün hazırlanan sağlam qəlyanaltılar o qədər də mürəkkəb deyil. Məsələn, tam taxıllı çörəkdən hazırlanmış sendviçlər, içərisinə toyuq filesi, kahı, pomidor və pendir qoymaqla həm ləzzətli, həm də faydalı olur. Yulaf, bal və qoz-fındıqdan hazırlanan ev batonları şokolad və paketlənmiş peçenyelərə sağlam alternativdir. Meyvələri dilimləyib xüsusi qabda uşaqlara vermək, evdə hazırlanmış qatığın içinə meyvə parçaları qatmaq həm onların marağını artırır, həm də sağlamlıq baxımından xeyirlidir. Quru meyvələr - əncir, xurma, üzüm - həm enerjili, həm də təbii şirni alternatividir. Belə qidalar uşaqlara məktəbdə dərslərə diqqət toplamaq, gün ərzində yorulmadan fəaliyyət göstərmək üçün güc verir.

Sağlam qidalanmanın vacibliyini elmi əsaslarla da izah etmək mümkündür. Orqanizm hər gün müxtəlif qida maddələrinə ehtiyac duyur. Mütəxəssislər bildirirlər ki, zülal əzələlərin, toxumaların qurulması və bərpası üçün əsas rol oynayır. Karbohidrat bədənin əsas enerji mənbəyidir, amma burada seçim vacibdir - sadə şəkərlərlə dolu qidalar deyil, tərəvəzlər və meyvələr daha faydalıdır. Yağlar isə yanlış düşünülən kimi tamamilə uzaq durulmalı maddələr deyil, əksinə, sağlam yağlara orqanizmin ehtiyacı var. Zeytun yağı, avokado, balıq yağı həm ürək-damar sağlamlığına, həm də beyin fəaliyyətinə faydalıdır. Vitamin və minerallar isə immun sistemindən tutmuş sümük quruluşuna qədər hər bir prosesdə iştirak edir.

Əgər insan balanssız qidalanırsa, nəticələri dərhal özünü göstərir. Yorğunluq, tez-tez xəstələnmə, diqqət dağınıqlığı, dərinin solğunlaşması, saç tökülməsi - bunlar hamısı orqanizmin siqnallarıdır. Uşaqlarda isə bu, daha ciddi fəsadlara gətirib çıxara bilər: boy və çəki inkişafının geridə qalması, öyrənmə qabiliyyətinin zəifləməsi, psixoloji gərginlik, hətta gələcəkdə xroniki xəstəliklər. Ona görə də sağlam qidalanma sadəcə böyüklər üçün deyil, uşaqlar üçün də həyati əhəmiyyət daşıyır.

Sağlam qidalanmanın digər bir mühüm tərəfi qida məhsullarının düzgün saxlanılmasıdır. Ən faydalı ərzaq belə düzgün saxlanmadıqda təhlükəli ola bilər. Məsələn, çiy ət məhsulları ilə bişmiş qidaların eyni yerdə saxlanılması mikrobların yayılmasına səbəb olur. Süd məhsulları soyuducuda saxlanmalı, çörək quru və sərin şəraitdə tutulmalıdır. Meyvə və tərəvəzlər təmiz su ilə yuyulmalı, bəzən sirkəli və ya duzlu suda gözlədilməlidir ki, üzərindəki zərərli maddələr azalsın. Bu qaydalar sadə görünsə də, onların tətbiqi ailənin sağlamlığını qoruyan ən mühüm vasitələrdən biridir.

Uşaqlara sağlam qidalanmanı öyrətməyin ən gözəl yollarından biri onları mətbəx prosesinə cəlb etməkdir. Əgər uşaq valideynlə birlikdə salat doğrayırsa, yoqurt hazırlayırsa və ya sendviç düzəldirsə, onun yeməyə marağı artır. Bu, həm də uşaqda məsuliyyət hissini gücləndirir. Onlar yeməyi sadəcə hazır məhsul kimi deyil, zəhmətin nəticəsi kimi görürlər və daha çox dəyər verirlər. Bu vərdişlər ömür boyu davam edir və gələcəkdə uşaqlar öz ailələrində də sağlam qidalanmaya üstünlük verirlər.

Ümumiyyətlə, sağlam qidalanma sadəcə yeməklərlə kifayətlənmək deyil. Bu, həm də həyat tərzidir. Ailədə yeməklər vaxtında yeyilməli, süfrəyə oturmaq bir mədəniyyət halına gətirilməlidir. Sürətli, ayaqüstü yeməklər uşaqların vərdişlərini mənfi istiqamətə yönəldir. Əgər ailədə birlikdə nahar və şam süfrəsi qurulursa, uşaqlar üçün bu, yalnız yemək deyil, həm də ünsiyyət, birgə vaxt keçirmə və ailə dəyərlərinin paylaşılması olur.

Valideynlər unutmamalıdırlar ki, bu gün verilən qida sabah uşaqların sağlamlığıdır. Uşaq sağlam qidalanma ilə böyüyərsə, gələcəkdə həm güclü bədənə, həm də sağlam düşüncəyə sahib olacaq. Sağlam qidalanma uşağın dərslərdə uğurlu olması, idmanda aktiv iştirakı, hətta psixoloji tarazlığı üçün də vacibdir. Ailənin hər bir üzvü bu prinsiplərə əməl etdikdə uşaqlar da sağlamlığı həyat tərzi kimi qəbul edir.

Sağlam qidalanma ailə üçün bir sərmayədir. Bu sərmayə bahalı dərmanlardan daha faydalı, xəstəliklərdən qorunmaq üçün ən güclü vasitədir. Ən əsası isə gələcək nəsillərin sağlam, güclü və xoşbəxt böyüməsinə zəmanət verir.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:51
07 Oktyabr

Kürdəmirin “dəmir atları” üçün yeni dayanacaq

13:37
07 Oktyabr

Bakı–Ağstafa xəttində əlavə qatarlar hərəkətə çıxacaq

13:23
07 Oktyabr

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil  

13:20
07 Oktyabr

Vergi daxilolmaları 13,6 milyard manatı keçdi

13:02
07 Oktyabr

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

12:36
07 Oktyabr

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır  

12:22
07 Oktyabr

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

12:21
07 Oktyabr

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır  

12:00
07 Oktyabr

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir  

11:59
07 Oktyabr

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

11:58
07 Oktyabr

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib  

11:57
07 Oktyabr

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir  

11:57
07 Oktyabr

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir  

11:53
07 Oktyabr

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir  

11:52
07 Oktyabr

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir  

11:51
07 Oktyabr

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır  

11:51
07 Oktyabr

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

11:50
07 Oktyabr

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

11:34
07 Oktyabr

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub  

11:33
07 Oktyabr

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

11:31
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!