23 Oktyabr 2026 08:10
186
SİYASƏT
A- A+
Makronun ictimai etimad göstəriciləri Fransada siyasi vəziyyətin ağırlaşdığını göstərir

Makronun ictimai etimad göstəriciləri Fransada siyasi vəziyyətin ağırlaşdığını göstərir


Fransada dərinləşən sosial-siyasi böhran, ölkənin müxtəlif şəhərlərində baş verən kütləvi etirazlar göstərir ki, cəmiyyət bütövlükdə hakimiyyətin sosial siyasətinə və idarəetmə üsuluna münasibətini yenidən nəzərdən keçirir.  Fransa uzun illər özünü demokratiyanın, insan hüquq və azadlıqlarının müdafiəçilərindən biri kimi təqdim etməyə çalışıb. Lakin ölkə daxilindəki qarşıdurmalar müxtəlif ziddiyyətləri gündəmə gətirir. 2018-ci ildə başlayan "sarı jiletlilər" hərəkatı da məhz sosial narazılıqların simvoluna çevrilmişdir. Hələ 8 il əvvəl də vergi siyasəti, yanacağın bahalaşması, yaşayış xərcləri etirazların əsas səbəbləri sırasında idi. Bu gün baş verən etirazlar da həmin sosial problemlərin tam aradan qalxmadığını göstərir.

Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamasında dedi ki, 2026-cı ilin sentyabrından etibarən məktəblərdə təhsil şəraiti, müəllim çatışmazlığı və ailələrin gündəlik xərcləri ilə bağlı narazılıqlar genişlənərək ümummilli etirazlara çevrilib. Nümayişlərin əksəriyyəti dinc xarakter daşısa da, bəzi şəhərlərdə toqquşmalar, ictimai binalara hücumlar qeydə alınıb. Üç minə yaxın etirazçı polis zorakılığına məruz qalaraq həbs olunub. "Etirazların miqyası hökumətin böhranı əvvəlcədən qiymətləndirmək və təhlükəsizlik tədbirlərini düzgün planlaşdırmaq qabiliyyəti ilə bağlı suallar yaradıb. Yerli mətbuatda da təhlükəsizlik qurumlarının nümayişçilərin sayını düzgün proqnozlaşdıra bilməməsi əsas problemlər sırasında göstərilib. Tələbə etirazları zamanı həddindən artıq güc tətbiqi barədə məlumatlar var", - deyə o əlavə etdi.

Deputat qeyd etdi ki, Makron hakimiyyətinin siyasi problemləri iqtisadi vəziyyətlə sıx bağlıdır. Fransanın dövlət borcu, büdcə kəsiri və xərclərin azaldılması ətrafındakı mübahisələr hökumətin manevr imkanlarını məhdudlaşdırır. Büdcə intizamının təmin edilməsi zərurəti ilə sosial ehtiyacların qarşılanması arasında yaranan gərginlik hökumətin qarşısında duran əsas problemlərdəndir. Makronun ictimai etimad göstəriciləri də siyasi vəziyyətin ağırlığını əks etdirir. Respondentlərin 79 faizi ona etimad göstərməyib. Bu nəticə Makronun siyasi dayaqlarının zəiflədiyinin mühüm göstəricisidir.

N.Məmmədova bildirdi ki, böhran Fransa siyasətindəki qütbləşməni də gücləndirir: "Sağ və sol müxalifət qüvvələri hakimiyyətin sosial siyasətini, təhlükəsizlik tədbirlərini və böhrana reaksiyasını tənqid edir. 2027-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində sosial narazılıqların artması siyasi mübarizənin gərgin keçəcəyini deməyə əsas verir. Hətta istisna deyil ki, sosial-siyasi böhranı ört-basdır etmək üçün seçkilər ərəfəsində fövqəladə vəziyyət elan edilsin. 

Bu gün Fransada narazı təbəqə hakim elitanın korrupsiya əməllərinə də etiraz edir. Xüsusi xidmət orqanları nümayişçilərə qarşı məqsədli təxribatlar törədərək dinc tələbələrin və işçilərin haqlı etirazlarını kölgədə qoymağa çalışırlar. Dövlət tərəfindən idarə olunan bu vandallıq ssenarisinin əsas məqsədi dinc etirazçılara qarşı nifrət formalaşdırmaqdır".

Deputat vurğuladı ki, Fransadakı hadisələr Avropa institutlarının insan hüquqları  məsələsinə ikili münasibətlərini də gündəmə gətirir. Avropa institutlarının həm üzv dövlətlərdə, həm də digər ölkələrdə hüquq və azadlıqların qorunmasına münasibəti şəffaf meyarlara əsaslanmalıdır. Burada selektiv yanaşma yolverilməzdir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇÖRƏK HAQQI

09:10
23 Oktyabr

"Şahdəniz"dən təzə xəbər var

09:00
23 Oktyabr

ZƏFƏR gündəliyi

08:50
23 Oktyabr

Putin Rusiyanın Ukrayna münaqişəsinə dair üçtərəfli danışıqlara hazır olduğunu bildirib  

08:46
23 Oktyabr

İtkin düşmüş şəxslər üzrə BMT çərçivəsində xüsusi mexanizmin yaradılması zəruridir

08:40
23 Oktyabr

"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri təqdim edilib

08:30
23 Oktyabr

İslam maliyyəsi: şəffaf, rəqabətədavamlı və səmərəli

08:20
23 Oktyabr

Makronun ictimai etimad göstəriciləri Fransada siyasi vəziyyətin ağırlaşdığını göstərir

08:10
23 Oktyabr

Ölkəmiz regionda sabitliyi təmin edib

08:00
23 Oktyabr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!