09 İyul 2025 12:37
595
DÜNYA
A- A+
Rusiya Ukraynaya miqyasına görə ən böyük hava hücumu edib  

Rusiya Ukraynaya miqyasına görə ən böyük hava hücumu edib  


Rusiya iyulun 9-na keçən gecə Ukraynaya miqyasına görə ən böyük hava hücumu həyata keçirib. Əsas zərbə Lutska endirilib, daha 10 rayonda da dağıntılar qeydə alınıb.

AZƏRTAC bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.

Ukrayna Prezidenti vurğulayıb: “Rusiyanın şəhərlərimizə yeni irimiqyaslı hücumu baş verib. Gün ərzində ən çox - 741 hava hədəfi olub: 728 müxtəlif tipli pilotsuz uçuş aparatı, onlardan 300-dən çoxu “Şahed”, 13 ədəd “Kinjal” və “İsgəndər” raketi. Hədəflərin əksəriyyəti vurulub”.

O qeyd edib ki, bugünkü hücum zamanı müdafiə üçün Ukraynanın pilotsuz uçuş aparatlarından istifadə edilib və onlarla hədəf zərərsizləşdirilib.

Prezident əlavə edib: “Texnologiyanın miqyasını genişləndiririk. Mobil atəş qrupları da işə salınıb və onların vasitəsilə onlarla hədəf vurulub. Dəqiq atışlara görə bütün hərbçilərə minnətdaram”.

Bununla belə, Zelenski qeyd edib ki, bu gün səhər saatlarından etibarən Ukraynanın bir çox bölgələrində Rusiyanın gecə saatlarında etdiyi hücumun nəticələri aradan qaldırılır.

Prezident bildirib ki, əsas zərbə Lutskda olub, həmçinin Dnepr, Jitomir, Kiyev, Kirovoqrad, Nikolayev, Sum, Xarkov, Xmelnitski, Çerkası və Çerniqov vilayətlərində də dağıntılar qeydə alınıb. O vurğulayıb: “Bu, nümayişkaranə bir hücumdur və hazırda sülhə nail olmaq, atəşi dayandırmaq üçün bu qədər cəhdlər edildiyi bir vaxtda Rusiya hər şeyi rədd edir. Hücumlar sanksiyaların lazım olduğuna dair əlavə sübutdur, üç ildən artıq davam edən müharibədə Moskvanın döyüş maşınını pulla təmin edən neftlə bağlı ağrılı sanksiyalar vacibdir”.

Zelenskinin sözlərinə görə, Rusiya neftini alan və qətllərə sponsorluq edənlərə qarşı da ikinci dərəcəli sanksiyalara ehtiyac var.

“Tərəfdaşlar necə təzyiq göstərməli olduğunu bilirlər. Rusiya yeni zərbələr haqqında deyil, müharibəni bitirmək barədə düşünməyə məcbur olmalıdır. Sülh istəyən hər kəs hərəkətə keçməlidir”, -deyə Ukrayna lideri vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:44
28 İyul

Qvadelupadan Parisə sərt cavab: Dekolonizasiya Fransanın daxili işi deyil

15:37
28 İyul

İsmail Ermağan: Orta Dəhlizin əhəmiyyəti Azərbaycanın liderliyi ilə daha da artır  

15:30
28 İyul

“Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında

15:23
28 İyul

“Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” 

15:16
28 İyul

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:11
28 İyul

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 467-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

15:09
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 471-VIIQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında  

15:05
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

15:04
28 İyul

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

15:02
28 İyul

Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi Koreya Fiskal İnformasiya Xidməti ilə Anlaşma Memorandumu imzalayıb

14:52
28 İyul

Birinci yarımildə Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 3 dəfəyə yaxın artıb

14:19
28 İyul

ABŞ Fransanın tənqidinə etiraz olaraq BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib

14:11
28 İyul

Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu Sessiyasına ev sahibliyi edəcək

14:04
28 İyul

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib

13:47
28 İyul

Deputat: Azərbaycan Prezidentinin Almaniya səfəri və imzalanan sənədlər ölkəmizin enerji siyasətinin uzaqgörənliyini göstərir

13:40
28 İyul

Fransada deputat hökuməti “dövlət qalmaqalı”nda ittiham edir

13:33
28 İyul

Düzgün istiqamətləndirmə ilə süni intellekt güclü təhsil tərəfdaşına çevrilə bilər 

13:26
28 İyul

Rusiya səmasında gecə saatlarında 356 Ukrayna dronu vurulub

13:23
28 İyul

Səyyar ASAN xidmət Laçında

13:21
28 İyul

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:18
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!