27 Noyabr 2024 12:54
1847
COP29
A- A+
Rusiya energetika bazarlarında şokun qarşısını almaq üçün bütün yanacaq növlərinə investisiya qoymağa çağırır  

Rusiya energetika bazarlarında şokun qarşısını almaq üçün bütün yanacaq növlərinə investisiya qoymağa çağırır  

Rusiya enerji bazarlarına zərbə vurmamaq üçün bütün mövcud yanacaq növlərinə investisiya qoymağa çağırır və enerji keçidində təbii qazın əsas rolunu vurğulayır.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta” nəşrinə müsahibəsində Rio-de-Janeyroda keçirilən G20 sammitinin tədbirlərində enerji təhlükəsizliyi mövzusunun müzakirəsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Əvvəllər olduğu kimi, Rusiya nümayəndə heyəti bütün iştirakçıları ənənəvi enerji sektorlarına investisiyaların azaldılması hesabına bərpaolunan enerji sektoru üçün qlobal maliyyələşdirmənin artırılmasının ardınca getməyə qarşı xəbərdar etdi. Hesab edirik ki, enerji bazarlarında şokların qarşısını almaq və enerji yoxsulluğu probleminin həlli üçün bütün mövcud yanacaq növlərinə sərmayə qoymaq lazımdır”.

Rusiya XİN-in rəhbəri əlavə edib: “Biz enerjiyə keçid vəzifəsini ucuz, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə universal çıxışın təmin edilməsi kontekstində nəzərdən keçiririk. Bu prosesdə əsas rolu bütün karbohidrogenlərin ən təmizi və ideal keçid yanacağı olan təbii qaza veririk”.

S.Lavrov qeyd edib ki, hazırda beynəlxalq platformalarda aşağı emissiyalı texnologiyalardan istifadəyə keçidlə bağlı fəal müzakirələr aparılır. “Buradan belə bir nəticə hasil olur ki, karbon qazı (CO2) emissiyaları istixana effekti yaradır və bu da öz növbəsində iqlimin istiləşməsinə səbəb olur. Nəticə ondan ibarətdir ki, CO2 emissiyaları məhdudlaşdırılarsa, temperatur yüksəlməyəcək və ya bu proses sürətlə baş verməyəcək”.

Eyni zamanda, nazir belə bir mövqenin bütün elmi dairələrdə dəstəklənmədiyinə də xüsusi diqqət yetirib. “Belə bir düşüncə məktəbi də var ki, onun nümayəndələri konkret faktlardan istifadə edərək və çox inandırıcı şəkildə iqlim dəyişikliyinin dövri proses olduğunu göstərirlər. Buna görə də yumşaq desək, iqlim dəyişikliyi ilə mübarizə tərəfdarlarının hesablamalarında antropogen amilin əhəmiyyəti çox şişirdilib”, - deyə o vurğulayıb.

S.Lavrovun sözlərinə görə, Bakıda keçirilən COP29 zamanı inkişaf etmiş ölkələrin nümayəndələri inkişaf etməkdə olan ölkələrdən olan həmkarlarını əmin ediblər ki, onlara yaşıl layihələrə illik 300 milyard dollar məbləğində maliyyə dəstəyi veriləcək. Nazir əlavə edib: “Sizə xatırlatmaq istərdim ki, Qərb yaşıl maliyyələşdirmə ilə bağlı əvvəlki öhdəliyini yerinə yetirməyə cəsarət etmədi, həmin məbləğ vəd edilən vəsaitlərin illik həcmindən üç dəfə az idi”.

Rusiyanın xarici işlər naziri bəyan edib ki, Moskva inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yardım etmək üzrə öhdəliklərini yerinə yetirməsində israr edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:01
29 Yanvar

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanununun tətbiqi və "Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

00:59
29 Yanvar

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:58
29 Yanvar

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 105-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

00:55
29 Yanvar

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Tibbi sığorta haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Təhsil haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:54
29 Yanvar

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:53
29 Yanvar

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 85-VIIQD nömrəli Qanununun tətbiqi və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

00:53
29 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

00:51
29 Yanvar

Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub

22:31
28 Yanvar

ƏƏSMN: Pensiyalarda iki istiqamətdə artım olacaq, gələn ay pensiyalar artırılmış məbləğdə veriləcək

22:30
28 Yanvar

Moldovalı ekspert: Azərbaycan texnologiyanın inkişafı üzrə regional mərkəzə çevrilə bilər - MÜSAHİBƏ 

22:28
28 Yanvar

Makronun etirafı: “Başqa seçimim yox idi, o, hər şeyi məhv edəcəkdi!”

22:19
28 Yanvar

Azərbaycandan tranzit keçməklə Avropaya çatdırılması nəzərdə tutulan 5 tondan çox narkotik maddə məhv edilib  

21:15
28 Yanvar

Türkiyə bərpaolunan mənbələrdən əldə etdiyi enerjinin həcmini artırmaqla COP31-ə iddiasını gücləndirir  

20:06
28 Yanvar

İlk “iPad” artıq 15 yaşındadır

20:04
28 Yanvar

Medianın İnkişafı Agentliyi saxta məlumatlarla bağlı açıqlama yayıb

19:20
28 Yanvar

BAMF-ın Himayəçilik Şurasının illik hesabatı dinlənilib

19:17
28 Yanvar

İnternet sahəsi üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair prioritetlər müzakirə olunub  

19:15
28 Yanvar

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatı  

19:14
28 Yanvar

Dünya Bankının nümayəndələri qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərlə bağlı məlumatlandırılıb  

19:11
28 Yanvar

Çin süni zəkanın inkişafına 150 milyard dollara yaxın sərmayə yatıracaq

19:03
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!