08 Oktyabr 2026 13:37
233
CƏMİYYƏT
A- A+
Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq  

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq  


Mövcud infrastruktur və təcrübəli mütəxəssis heyəti sayəsində Genetik Araşdırmalar Mərkəzinin potensialını məhkəmə-tibbi ekspertiza fəaliyyətinə və ədalət mühakiməsinin həyata keçirilməsi prosesinə geniş şəkildə inteqrasiya etmək əsas hədəflərimizdən biridir. Bu istiqamətdə Azərbaycan Respublikası Baş Prokurorluğunun və digər hüquq-mühafizə orqanlarının qərarlarına uyğun olaraq, çətin identifikasiya edilən nümunələr üzərində mürəkkəb genetik ekspertizalar artıq uğurla icra olunur.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsinin (HTBİ) rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması " adlı panel sessiyada çıxış edərkən deyib.

HTBİ-nin rəisinin sözlərinə görə, müasir tibb və biologiya elminin çağırışlarına uyğun olaraq, Genetik Araşdırmalar Mərkəzi aparıcı universitetlər və tanınmış elmi-tədqiqat institutları əməkdaşlıq əlaqələrinin gücləndirilməsini diqqət mərkəzində saxlayır:”Əsas strateji hədəfimiz elmi potensialın birləşdirilməsi, müasir çağırışlara çevik reaksiyanın verilməsi və gələcək perspektivlərin düzgün qiymətləndirilməsidir. Hazırda mərkəz tərəfdaş elmi müəssisələrlə birlikdə fundamental və tətbiqi sahələr üzrə genişmiqyaslı elmi tədqiqat layihələrini uğurla davam etdirir. Bu əməkdaşlıq çərçivəsində populyasiya genetikası, epigenetika, farmakogenetika, molekulyar genetika və sitogenetika istiqamətlərində mühüm araşdırmalar aparılır. HTBİ ilə tanınmış elm və təhsil müəssisələri arasında imzalanmış Anlaşma memorandumları çərçivəsində genetika və epigenetika sahələrində aparılan birgə elmi tədqiqatları buna uğurlu nümunə kimi göstərmək olar”.

Rüfət Əliyev bildirib ki, itkin düşmüş şəxslərin identifikasiyasında subyektlərarası əməkdaşlığın imperativə çevrildiyi bir zamanda HTBİ əldə etdiyi təcrübəni tərəfdaşlarla bölüşməyə və genetik ekspertiza sahəsində peşəkar mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırdır. “Bununla yanaşı, fəaliyyətimizin daha təkmilləşdirilməsi məqsədilə bu istiqamətdə qabaqcıl nailiyyətlər əldə etmiş beynəlxalq elmi müəssisələrin təcrübəsini öyrənməyə və qarşılıqlı bilik mübadiləsinə hər zaman açıq olduğumuzu, bu sahədə sıx əməkdaşlığa xüsusi önəm verdiyimizi vurğulamaq istərdim. Əminliklə ifadə edirəm ki, İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə tərəfdaşlıq çərçivəsində reallaşan və artıq ənənəyə çevirilmiş bu konfrans qlobal humanitar böhranların fəsadlarına qarşı mübarizədə və ən ağrılı problemlərdən biri olan itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsində yeni bir mərhələnin əsasını qoyub", - deyə o diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq  

15:44
08 Oktyabr

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

15:32
08 Oktyabr

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

15:23
08 Oktyabr

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

15:11
08 Oktyabr

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb  

15:01
08 Oktyabr

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

14:42
08 Oktyabr

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

14:21
08 Oktyabr

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

14:16
08 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub  

14:11
08 Oktyabr

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

14:02
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

13:51
08 Oktyabr

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır  

13:42
08 Oktyabr

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

13:40
08 Oktyabr

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

13:39
08 Oktyabr

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib  

13:39
08 Oktyabr

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır  

13:37
08 Oktyabr

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq  

13:37
08 Oktyabr

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

13:35
08 Oktyabr

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb  

13:35
08 Oktyabr

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

13:26
08 Oktyabr

Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  

13:21
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!