08 Oktyabr 2026 13:35
237
CƏMİYYƏT
A- A+
DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb  

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb  


İnsanlıq tarixinin ən mühüm elmi nailiyyətlərindən biri olan DNT əsaslı tədqiqatlar itkin düşmüş şəxslərin identifikasiya prosesində ciddi nəticələr əldə etmək və əsas məqsədlərə çatmaqda xüsusi rola malikdir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsinin (HTBİ) Genetik Araşdırmalar Mərkəzi bir müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq, hazırlıqlı kadr potensialının formalaşdırılması və laboratoriyanın beynəlxalq standartlara uyğun texnoloji avadanlıq və cihazlarla təchiz edilməsi nəticəsində elmi əsaslı, obyektiv və etibarlı, eləcə də sürətli və keyfiyyətli genetik ekspertiza xidmətləri göstərmək mümkün olub.

AZƏRTAC xəbər verir ki, bunu DTX-nin HTBİ-nin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiyada çıxış edərkən deyib.

Onun sözlərinə görə, itkin düşmüş şəxslərin axtarışı ilə yanaşı, hüquqi qiymətləndirmədə və həqiqətin ortaya çıxarılmasında geniş tətbiq edilən məhkəmə genetik ekspertiza fəaliyyətinin hazırkı dövrdə sabit qalması mümkün deyil: “Texnologiyaların sürətli inkişaf etdiyi müasir dünyamızda itkin düşmüş şəxslərin genetik identifikasiyasında yeni dəyişmələrə elmi əsaslarla cavab verə bilən genetik-ekspertiza qurumlarına ehtiyac getdikcə artmaqdadır. Azərbaycanda mərkəzində insan amilinin, vətəndaşların hüquq və mənafelərinin dayandığı dövlət siyasətinin prinsiplərinə uyğun olaraq, tam dövlət maliyyələşməsi hesabına qurulan Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının akkreditasiyadan keçirilməsinin vacibliyi nəzərə alınıb və 2024-сü ilin may ayında Beynəlxalq Standartlaşdırma Təşkilatının Milli Akkreditasiya Mərkəzi tərəfindən ISO/IEC 17025:2017 standartına uyğun olaraq akkreditasiya edilib və sertifikatlaşdırılıb. Laboratoriyanın bioloji materialların idarəedilməsində beynəlxalq keyfiyyət standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə biobankların səlahiyyətləri, qərəzsizliyi və ardıcıl fəaliyyəti üçün hazırlanmış ISO 20387 standartının tətbiqi və akkreditasiyası üzrə bütün hazırlıq mərhələləri uğurla tamamlanıb və cari ilin noyabr ayında akkreditasiya prosesinin baş tutacağı gözlənilir”.

Rüfət Əliyev bildirib ki, hazırkı dövrədək HTBİ-də 328 nəfər itkin düşmüş şəxsin genetik-identifikasiyası həyata keçirilib. “Genetik Araşdırmalar Mərkəzinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və digər aidiyyəti dövlət qurumlarına rəqəmsal transformasiyası, modern texnoloji cihaz və avadanlıqlardan istifadə edilməsi tədqiqatların etibarlılığını və xidmət keyfiyyətini artırıb, əldə edilən nəticələrlə itkin düşmüş şəxslərin axtarışı prosesinə ictimai etimadı daha da gücləndirib. Yeni nəsil DNT texnologiyaları genetik-mütəxəssislərin bilik və bacarıqlarının yenilənməsini birmənalı olaraq zəruri edir. Xüsusi təlimlər və davamlı peşəkar inkişaf həm fərdi, həm də təşkilati səviyyədə qarşıya əsas vəzifə kimi qoyulub", - deyə o qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropanın kosmos hədəfləri müzakirə olunub  

15:47
08 Oktyabr

 Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq  

15:44
08 Oktyabr

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

15:32
08 Oktyabr

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

15:23
08 Oktyabr

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

15:11
08 Oktyabr

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb  

15:01
08 Oktyabr

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

14:42
08 Oktyabr

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

14:21
08 Oktyabr

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

14:16
08 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub  

14:11
08 Oktyabr

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

14:02
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

13:51
08 Oktyabr

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır  

13:42
08 Oktyabr

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

13:40
08 Oktyabr

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

13:39
08 Oktyabr

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib  

13:39
08 Oktyabr

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır  

13:37
08 Oktyabr

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq  

13:37
08 Oktyabr

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

13:35
08 Oktyabr

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb  

13:35
08 Oktyabr

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

13:26
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!