08 Oktyabr 2026 15:23
457
CƏMİYYƏT
A- A+
Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib


İtkin şəxslər məsələsi beynəlxalq humanitar hüququn, insan hüquqlarının, cinayət və mülki qanunvericiliyin kəsişməsində dayanır. Lakin hər şeydən əvvəl bu, humanitar problemdir. Çünki hər bir itkin şəxsin arxasında illərlə qeyri-müəyyənlik içində qala bilən qohumları dayanır.

AZƏRTAC xəbər verir ki, Tacikistanın Baş Prokurorluğunun baş prokuroru Şohin Talbakzoda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiyada çıxış edərkən deyib. O bildirib ki, Azərbaycanın təşəbbüsü ilə formalaşdırılan İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu beynəlxalq ictimaiyyətin bu humanitar faciəyə diqqətinin cəlb olunmasına xidmət edən mühüm platformaya çevrilib.

“Bizim fikrimizcə, həlak olmuş şəxslərin qalıqlarının aşkar edilməsi, onların ləyaqətlə dəfn olunması, ailələrin baş vermiş hadisələr barədə həqiqəti bilmək hüququnun təmin edilməsi beynəlxalq humanitar hüququn ayrılmaz hissəsidir”, - deyə Ş.Talbakzoda bildirib. Qeyd edib ki, itkin şəxslər probleminin bəzən hüquqi müzakirələrin hüdudlarından kənarda qalan daha bir ölçüsü var. Bu, dünyanın insani ölçüsüdür. İtkin şəxslərin identifikasiyasına müasir yanaşma hüquqi mexanizmləri, axtarış işlərini, məhkəmə-tibbi, kriminalistik, antropoloji, genetik, informasiya texnologiyalarını və beynəlxalq əməkdaşlığı birləşdirməlidir.

“Əsas vəzifə yalnız naməlum insanın kimliyini müəyyən etməkdən ibarət deyil. Bizim ümumi vəzifəmiz elə bir sistem yaratmaqdır ki, aşkar edilmiş hər bir obyekt lazımi qaydada qorunsun və tədqiq edilsin. İşin hər bir mərhələsi sənədləşdirilsin, əldə olunan nəticə elmi cəhətdən əsaslandırılsın, hüquqi baxımdan möhkəmləndirilsin və itkin şəxslərin ailələri üçün mümkün qədər faydalı olsun”, - deyə o qeyd edib.

Ş.Talbakzoda bildirib ki, itkin şəxslər probleminin həlli dövlət qurumlarının qarşılıqlı fəaliyyətinə, müasir elmi metodların tətbiqinə, məlumat mübadiləsinə və beynəlxalq əməkdaşlığa əsaslanan kompleks yanaşma tələb edir. Həmçinin itkin şəxslərlə bağlı vahid, mühafizə olunan informasiya sisteminin yaradılması, axtarış, məhkəmə-tibbi, kriminalistik, genetik və informasiya texnologiyaları sahəsində qabaqcıl təcrübə və imkanlardan istifadə, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi və institusional əməkdaşlığın gücləndirilməsi vacibdir.

O, konfransın açıq peşəkar dialoq, praktiki təcrübə mübadiləsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması üçün səmərəli platforma olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

14:11
01 Noyabr

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

13:54
01 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

13:51
01 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

13:09
01 Noyabr

Bakıda VI “Qələbə qaçışı”na start verilib

11:07
01 Noyabr

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub  

22:47
31 Oktyabr

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

22:44
31 Oktyabr

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar  

22:43
31 Oktyabr

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub  

21:09
31 Oktyabr

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb  

20:07
31 Oktyabr

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır  

19:57
31 Oktyabr

İran müharibə ehtimalını istisna etmir

18:57
31 Oktyabr

Ukrayna Prezidenti İstanbulda səfərdədir

18:32
31 Oktyabr

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub  

18:01
31 Oktyabr

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

16:41
31 Oktyabr

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

16:40
31 Oktyabr

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

16:39
31 Oktyabr

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

15:25
31 Oktyabr

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

15:24
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!