08 Oktyabr 2026 13:21
172
SİYASƏT
A- A+
Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  

Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  


Prezident İlham ƏLİYEV: “Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”


Bəzən bir torpağın taleyindən danışmaq üçün illərin tarixini vərəqləməyə ehtiyac qalmır. Yolun kənarında ucalan yeni bina, doğma kəndinə qayıdan bir ailənin sevinc dolu baxışları, məktəbə gedən uşaqların şən gülüşləri həmin taleyin ən canlı ifadəsidr. Qarabağ və Şərqi Zəngəzur bu gün məhz belə bir böyük dəyişimin, yəni susqunluqdan həyata, xarabalıqdan quruculuğa, həsrətdən qayıdışa doğru gedən yolun şahididir.

Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların arzusu bu torpaqlarda yenidən gerçəyə çevrilir. Vaxtilə yalnız xatirələrdə yaşadılan küçələr, evlər, məktəblər, məhəllələr yenidən qurulur. Dağlar qoynunda illər boyu səssiz qalan kəndlərdə həyatın ritmi duyulur. Yurd yerləri  üç on il  gözlədiyi övladlarını qarşılayır, onlara “qucaq açır”.

İşğaldan azad olunmuş torpaqların  bərpası sadəcə tikinti layihələrinin həyata keçirilməsini təmin etməkdən ibarət deyil. Burada söhbət bir coğrafiyanın yenidən qurulmasından, eləcə də pərən salınmış həyatların geri qaytarılmasından gedir. Yollar, yaşayış məntəqələri, məktəblər, müəssisələr böyük qayıdışın bir parçasıdır. Bütün bunlar o deməkdir ki, dağıdılmış şəhərlərin yerində yeni həyat qurmaq, yaddaşı qoruyaraq gələcəyi yaratmaq mümkündür. Zatən  Azərbaycan dövləti bunu  durmadan həyata keçirir. 

Böyük  Qayıdışın real mənzərəsi  rəqəmlərdə də görünür - doğma torpaqlarda yaşayan, çalışan və təhsil alan insanların sayında, yenidən qurulan yaşayış məntəqələrində və həyata keçirilən layihələrin coğrafiyasında. Prezident İlham Əliyev bu göstəriciləri  Yeni Azəraycan Partiyasının VIII qurultayındakı çıxışında belə ifadə edib: “Təbii ki, əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə Böyük Qayıdış  daha da sürətlə gedəcək”.

Dövlət başçısının səsləndirdiyi bu rəqəmlər Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa - quruculuq işlərinin miqyasını aydın şəkildə göstərir. 96 min insanın artıq bu ərazilərdə yaşaması, çalışması və təhsil alması Böyük Qayıdışın mərhələli şəkildə real həyata keçirildiyinin göstəricidir. 28 milyard manatlıq investisiyanın böyük hissəsinin infrastruktur layihələrinə yönəldilməsi isə qayıdışın yalnız insanların köçürülməsi ilə məhdudlaşmadığını, onların burada təhlükəsiz, rahat və davamlı həyat qurması üçün zəruri şəraitin yaradıldığını təsdiqləyir. 48 yaşayış məntəqəsində keçmiş köçkünlərin məskunlaşması da bu prosesin artıq konkret ünvanlarda, real həyatda baş verdiyini ortaya qoyur.  Qarşıdakı dövrdə Böyük Qayıdışın daha da sürətlənməsi isə bu quruculuq prosesinin miqyasının genişlənəcəyinə və daha çox insanın doğma torpaqlarına qayıdışının təmin ediləcəyinə işarə edir.

Təbii ki, əsl qayıdış o zaman baş verir ki, Azərbaycanın müxtəlif ərazisində məskunlaşmış  keçmiş məcburi köçkünlər doğma yurda dönür, yeni salınan kənd və şəhərlərdə həyatın bütün sahələri bərpa olunur, insanlar firəvan  yaşayır, işləyir, övladlarını böyüdür və gələcəklərini qururlar. Prezident İlham Əliyevin  bu və digər çıxışlarında da Qarabağ və Şərqi Zəngəzurun bərpası məhz  bu kontekstdə təqdim olunur. Söhbət  keçmişin izlərinin aradan qaldırılmasından deyil, işğaldan azad edilmiş ərazilərin müasir və dayanıqlı inkişafının təmin edilməsindən gedir. İllər  əvvəl həyatın məcburi surətdə  dayandığı məkanlarda indi yeni həyat üçün bütöv bir mühit formalaşdırılır. Bu mənzərədə hər yeni yaşayış məntəqəsi Böyük Qayıdışın növbəti ünvanına, hər açılan məktəb gələcəyə atılan növbəti addıma çevrilir. 

Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri bir tərəfdən dağıdılmış infrastrukturun yenilənməsini, digər tərəfdən isə uzun illər ərzində qırılmış həyat ritminin bərpasını təmin edir. Hər yeni mərhələ Böyük Qayıdışın coğrafiyasını genişləndirir, doğma torpaqlarda həyatın daha çox möhkəmlənməsinə şərait yaradır. Prosesin coğrafiyası genişləndikcə işğaldan azad olunmuş ərazilərdə həyatın bütün sahələrini əhatə edən yeni bir inkişaf ritmi formalaşır.  

Quruculuğun miqyası bununla da məhdudlaşmır. Regionun gələcək iqtisadi inkişafı üçün sənaye, kənd təsərrüfatı, xidmət və digər sahələrdə yeni imkanlar yaradılır. Çünki insanın doğma torpağa qayıtması qədər orada işləməsi və gələcəyini qurması da Böyük Qayıdışın bir parçasıdır. Bu mənada Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər isə vahid bir inkişaf strategiyasının tərkib hissəsidir. Yol  yaşayış məntəqələrini birləşdirir, enerji  yeni həyatın davamlılığını təmin edir, sosial obyektlər insanların gündəlik ehtiyaclarını qarşılayır, iqtisadi layihələr isə regionda yeni iş imkanlarının formalaşmasına zəmin yaradır.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  

13:21
08 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb  

12:39
08 Oktyabr

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir  

12:31
08 Oktyabr

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb

12:29
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB  

12:24
08 Oktyabr

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO  

12:21
08 Oktyabr

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər  

12:19
08 Oktyabr

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır  

12:07
08 Oktyabr

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

11:57
08 Oktyabr

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

11:49
08 Oktyabr

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir  

11:18
08 Oktyabr

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir  

11:16
08 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb  

11:13
08 Oktyabr

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib  

11:09
08 Oktyabr

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub  

11:03
08 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir  

10:59
08 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib  

10:52
08 Oktyabr

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib  

10:43
08 Oktyabr

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

10:41
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

10:39
08 Oktyabr

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

10:25
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!