08 Oktyabr 2026 12:19
401
CƏMİYYƏT
A- A+
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər  

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər  

Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Veleyin (Charles Veley) rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzura səfərə gələn beynəlxalq səyyahlar ilk olaraq Xocavənd rayonundakı qədim yaşayış məskəni olan Azıx mağarasını ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin ilk dayanacaq məntəqəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Nihad Rəhimli qonaqlara mağara haqqında ətraflı məlumat verib. Bildirilib ki, Xocavənd rayonunda yerləşən Azıx mağarası Cənubi Qafqazın ən böyük əhəngdaşı mağarası və Avrasiyanın ən qədim insan məskənlərindən biridir.

1960-cı ildən arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində burada ümumi qalınlığı 14,5 metr olan 10 mədəni təbəqə, minlərlə daş alət və fauna qalığı aşkar edilib. Mağarada insan məskunlaşmasının izləri təxminən 1,2 milyon il əvvələ aid olunur. 1968-ci ildə tapılan və 300–400 min il əvvələ aid edilən qədim insanın (Azıxantrop) alt çənə sümüyü fraqmenti, habelə 700–500 min illik daş divarla əhatələnmiş ocaq xüsusi elmi əhəmiyyət daşıyır. Mağara 2021-ci ildə Tağlar mağarası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısının İlkin Siyahısına (Tentative List) daxil edilib.

Diqqətə çatdırılıb ki, işğal dövründə – 2002-ci ildən etibarən mağarada Ermənistan arxeoloqları tərəfindən xarici tədqiqatçıların iştirakı ilə Azərbaycanın razılığı olmadan qanunsuz qazıntılar aparılıb, əldə olunan tapıntılar Ermənistana daşınıb. Bu qanunsuz əməllər 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il İkinci Protokolunun və Arxeoloji irsin qorunması haqqında 1992-ci il Avropa Konvensiyasının tələblərinə ziddir.

Hazırda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leybnits Arxeologiya Mərkəzi (LEIZA) arasında imzalanmış memorandum əsasında Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası artıq üçüncü ildir ki, tədqiqatları davam etdirir. Ekspedisiyada Azərbaycan və Almaniya ilə yanaşı daha 10 ölkədən mütəxəssislər iştirak edir. Mağaranın ikinci girişində (Azıx 2) əvvəllər məlum olmayan geniş qalereya aşkar olunub, 2025-ci ildə III təbəqədən götürülmüş nümunələr OSL (Optik Stimullaşdırılmış Lüminessensiya) üsulu ilə təxminən 300 min il əvvələ aid edilib.

Qeyd edək ki, budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və s.) 40-a yaxın nümayəndə daxildir. Səfər proqramına Azərbaycanın qədim tarixini özündə əks etdirən alban məbədlərinin ziyarəti də daxildir.

Bu, dünyanın əsas səyyah klublarının 2021–2026-cı illər ərzində Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil olunan 17-ci səfəridir. Belə səfərlər beynəlxalq heyətlərə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmaq imkanı yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kim nə qədər qazanır? 

19:09
12 Noyabr

Sahibkarların elektrikə qoşulma xərcinə dövlət ortaq olur  

18:53
12 Noyabr

Sümük sınıqları riskini azaltmağın yolu 

18:41
12 Noyabr

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

18:36
12 Noyabr

Əhalinin gəlirləri 81 milyard manatı keçib: maaşlar artır, inflyasiya isə zəifləyir

18:29
12 Noyabr

Suyu cəmi beş dəqiqəyə təmizləyən mikrokapsullar hazırlanıb  

18:26
12 Noyabr

İspaniyada mənzil böhranına görə ümummilli tətil keçirilib  

18:24
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB  

18:24
12 Noyabr

Orqanizmdə piy yığılmasının qarşısını alan çay

18:23
12 Noyabr

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib  

18:12
12 Noyabr

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib  

18:10
12 Noyabr

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb  

18:03
12 Noyabr

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub

17:59
12 Noyabr

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir  

17:48
12 Noyabr

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər  

17:47
12 Noyabr

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb  

17:37
12 Noyabr

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq  

17:19
12 Noyabr

Milli Kitabxanada “Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub  

16:57
12 Noyabr

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub  

16:51
12 Noyabr

Avropa məkanında artan nüfuz  

16:51
12 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:47
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!