08 Oktyabr 2026 10:43
156
SİYASƏT
A- A+
Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib  

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib  


Oktyabrın 7-8-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov İspaniya Krallığında səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı paytaxt Madriddə Azərbaycanın Xarici İşlər Nazirliyi və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, İspaniya tərəfindən isə xarici işlər və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Belio başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, o cümlədən yaşıl enerji, mədəniyyət, təhsil, turizm, nəqliyyat-logistika və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunub. Bu çərçivədə ticarət və sərmayələrin təşviqi, habelə “Strateji İqtisadi Dialoq” çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin humanitar minatəmizləmə sahəsində təcrübə mübadiləsi və praktiki əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İspaniya Hökuməti Prezidentinin (Baş nazirin) Ofisində Xarici İşlər Departamentinin direktoru Pilar Sançez-Bella Solis ilə görüşüb.

Nazir müavini Elnur Məmmədov, həmçinin İspaniya Senatının vitse-prezidenti Xavyer Maroto ilə görüşüb. Tərəflər parlament diplomatiyasının təşviqi və ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin rolunu vurğulayıblar.

Bundan əlavə, nazir müavini Elnur Məmmədov İspaniya Diplomatik Məktəbində müəllim və tələbə heyəti üçün “Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimatla çıxış edib.

Səfər zamanı xarici işlər nazirinin müavini İspaniyanın aparıcı kütləvi informasiya vasitələrinə iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə müsahibələr verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  

13:21
08 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb  

12:39
08 Oktyabr

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir  

12:31
08 Oktyabr

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb

12:29
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB  

12:24
08 Oktyabr

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO  

12:21
08 Oktyabr

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər  

12:19
08 Oktyabr

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır  

12:07
08 Oktyabr

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

11:57
08 Oktyabr

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

11:49
08 Oktyabr

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir  

11:18
08 Oktyabr

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir  

11:16
08 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb  

11:13
08 Oktyabr

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib  

11:09
08 Oktyabr

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub  

11:03
08 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir  

10:59
08 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib  

10:52
08 Oktyabr

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib  

10:43
08 Oktyabr

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

10:41
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

10:39
08 Oktyabr

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

10:25
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!