02 Oktyabr 2025 16:04
651
DÜNYA
A- A+
Robotları düşündürən süni intellekt modelləri hazırlanıb  

Robotları düşündürən süni intellekt modelləri hazırlanıb  


 Mətn, şəkil, audio və hətta video yarada bilən generativ süni intellekt sistemləri getdikcə daha geniş yayılır. Onlar robotlar üçün əməliyyat ardıcıllığı təqdim edə bilirlər. “Google DeepMind”ın təqdim etdiyi “Gemini Robotics” layihəsi də məhz bu prinsip üzərində qurulub. Bu layihə çərçivəsində iki bir-birini tamamlayan model təqdim olunub ki, bunlar robotlara hərəkət etməzdən öncə “düşünmək” imkanı verir.

Robotlar “Gemini Robotics 1.5” və “Gemini Robotics-ER 1.5” modelləri vasitəsilə əvvəlcə tapşırığı “düşünüb”, sonra icra edirlər. Texnologiya generativ süni intellekt sistemlərinə əsaslanır və hər bir konkret tapşırıq üçün uzunmüddətli sazlama tələb edən müasir robotların məhdudiyyətlərini aradan qaldırmağa yönəlib.

Ənənəvi böyük dil modellərinin (LLM) müəyyən məhdudiyyətləri olsa da, simulyasiya edilmiş məntiqi düşüncə mexanizminin tətbiqi onların imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. “Google DeepMind” komandası hesab edir ki, generativ süni intellekt robot texnologiyasını köklü şəkildə dəyişdirərək onlara universal funksionallıq təmin edə bilər. Müasir sistemlərdən fərqli olaraq, hansı ki, bir dar ixtisaslaşmış tapşırıq üçün aylarla sazlama tələb edir və yeni şəraitə zəif uyğunlaşır, yeni süni intellekt yanaşmaları robotların tanış olmayan mühitlərdə yenidən proqramlaşdırmaya ehtiyac olmadan işləməsinə imkan yaradır.

“Gemini Robotics-ER 1.5” “görmə-dil” (VLM) modeli olub, bədənləşdirilmiş məntiqi düşüncə funksiyasına malikdir. O, vizual və mətn məlumatlarını təhlil edir, tapşırığın addım-addım icra planını formalaşdırır və konteksti dəqiqləşdirmək üçün “Google” axtarışı kimi xarici alətləri qoşa bilir. “Gemini Robotics-ER 1.5” isə “görmə-dil-əməl” (VLA) modelidir. Bu model alınan təlimatları robotun fiziki hərəkətlərinə çevirir, eyni zamanda onları vizual geribildirim və hər addım üzrə öz “düşünmə” prosesinə əsasən tənzimləyir.

Tərtibatçılar yeni modellərin necə işlədiyini əyani şəkildə nümayiş etdiriblər. “Gemini Robotics 1.5” ilə təchiz edilmiş “Apollo” adlı insanabənzər robot səyahət üçün əşyaları yığıb, digər robot “Aloha 2” isə hər iki əlindən istifadə edərək tullantıları çeşidləyib.


Ülkər XASPOADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konstitusiyamız müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməlidir  

14:11
12 Noyabr

Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb

14:02
12 Noyabr

Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir  

13:59
12 Noyabr

Konstitusiyamız hüquqi dövlətçiliyimizin əsasını təşkil edir  

13:54
12 Noyabr

Azərbaycan 178 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

13:41
12 Noyabr

Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb

13:38
12 Noyabr

COP31-də müzakirələr davam edir

13:37
12 Noyabr

Xərçəng erkən dövrdə aşkarlana bilər

13:22
12 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

12:41
12 Noyabr

ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb

12:40
12 Noyabr

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

12:39
12 Noyabr

Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb  

12:37
12 Noyabr

Ötən ay qeyri-neft sektoru üzrə ixrac 414 milyon dolları ötüb  

12:30
12 Noyabr

AI mərkəzləri qazla işləyən elektrik stansiyaları inşa etməyi planlaşdırır

12:21
12 Noyabr

Azərbaycan Konstitusiyası dövlətimizin bu günü və gələcəyi üçün mühüm siyasi-hüquqi sənəddir  

12:16
12 Noyabr

Nazir müavini: Gələn ilin büdcəsində qeyri-neft ÜDM-in 4,4%-lik real artımı əsas götürülüb

11:48
12 Noyabr

Gələn il media qurumlarının xərclərinin qarşılanmasına 68,4 milyon manat vəsait ayrılacaq

11:33
12 Noyabr

İqtisadiyyat naziri Hindistan şirkətlərinin rəhbərləri ilə mümkün birgə layihələri müzakirə edib  

11:27
12 Noyabr

Özbəkistanın birinci xanımı Antalyada mühüm ekoloji təşəbbüslər irəli sürüb  

11:26
12 Noyabr

Neft qiymətləri son iki ayın minimumuna enib

11:12
12 Noyabr

Konstitusiyanın tarixi missiyası müstəqil, suveren və hüquqi dövlətçilik ənənələrinin davamlılığını təmin etməkdir  

10:48
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!