24 Iyul 2024 18:35
123
İDMAN
A- A+

Rəşad Sadıqov: "Dunayska Ştreda” "Şerif"dən fərqli olaraq, təşkilatlanmış komandadır

 

"Sabah bizə maraqlı oyun gözləyir. Yaxşı komandaya qarşı oynayacağıq. İlk oyunda sərfəli nəticə qazanmaq istəyirik. Matçın taleyi isə Slovakiyada həll olunacaq".

Bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyanın “Dunayska Ştreda” komandasına qarşı keçiriləcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin meydanda yaxşı pressinq etdiyini bildirib: "Komandada çox dəyişiklik olmayıb. Bizim kimi heyətlərini qoruyublar. Rəqibi nə qədər analiz etsək də, hər şeyi meydanda görəcəyik. "Şerif"lə oyunda 120 dəqiqə güc sərf etdiyimiz üçün futbolçulara istirahət vermişdik. Slovakiya təmsilçisi Moldova klubundan fərqli olaraq, daha təşkilatlanmış kollektivdir. Məni öz oyunumuz düşündürür. Vaxtımız az idi, lakin əlimizdən gələni edəcəyik”

43 yaşlı mütəxəssis "Şerif"lə oyunda qırmızı alan Salifu Suma barədə də danışıb: "Öz karyerasını böyük zərbə vurdu. Bəlkə də "Şerif"lə oyundan sonra ona yaxşı təkliflər gələcəkdi. Mən ondan bu hərəkətə gözləmirdim. Əlbəttə ki, cəzasını alacaq".

R. Sadıqov hakim idarəçiliyinə də toxunub: "Bizim öz hakimlərimizi hər zaman yüksək tutmuşam. Düşünürəm ki, onlar daha böyük oyunları idarə edə bilərlər. "Şerif"lə matçda isə qazaxıstanlı referinin səhvləri çox idi. Lakin məğlubiyyətə səbəb hakimin epizodları deyildi. Azlıqda qalmağımız nəticə əldə etməməyimizə təsir göstərdi".

Qeyd edək ki, “Zirə” - “Dunayska Ştreda” oyunu iyulun 25-də “Dalğa Arena”da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Slovakiyada baş tutacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video