24 Iyul 2024 20:59
106
CƏMİYYƏT
A- A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “Heydər” məscidində olub

 

İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Heydər" məscidi idarəsinin fəaliyyəti ilə tanış olub.

Komitədən AZƏRTAC-a bildiriblər ki, idarənin sədri Sabir Həsənli məscidin fəaliyyəti ilə bağlı məlumat verib. Deyib ki, İslam dünyasında vəhdət namazının qılındığı, heç bir məzhəb ayrı-seçkiliyinin olmadığı ibadətgah fəaliyyət göstərdiyi ilk gündən vəhdət prinsipini əsas götürən nadir məscidlərdən biridir.

S.Həsənli xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan məsciddə hər iki məzhəbdən olan din xadimləri və onlar arasındakı örnək münasibətlərdən danışaraq məscidin Azərbaycanda tarixən formalaşan qardaşlıq və tolerantlıq mühitinin təşviqində mühüm rol oynadığını qeyd edib.

Ramin Məmmədov din xadimləri ilə söhbətində ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərinə, həmrəylik və mənəvi vəhdətin önəminə diqqət çəkib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə dövlət qayğısının gündən-günə artması sayəsində Azərbaycandakı birgəyaşayış mühiti daha da möhkəmlənir. Bu dəyərlərin təbliği istiqamətində görülən işlərdə din xadimlərinin üzərinə düşən vəzifələrə də toxunan R.Məmmədov ideoloji sahədə aparılan maarifləndirmə işlərində onların fəallıq nümayiş etdirmələrinin vacibliyi barədə danışıb.

Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, ölkəmizdə dini sahədə görüləcək işlərə dair müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video