18 Noyabr 2025 08:05
490
SİYASƏT
A- A+
Regional inteqrasiyanın yeni mərhələsi başlayır

Regional inteqrasiyanın yeni mərhələsi başlayır


Azərbaycan ilə Mərkəzi Asiya arasında əlaqələr güclənir


Azərbaycan bundan sonra Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirak edəcək. Beləliklə, Mərkəzi Asiya ilə Azərbaycan arasında regional inteqrasiyanın yeni mərhələsi başlayır. 

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri, Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü bunu bir daha təsdiqləyib. Belə ki, Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir. Burada Cənubi Qafqazın lokomotivi olan Azərbaycanın fəaliyyətini Mərkəzi Asiya istiqamətində genişləndirməsindən söhbət gedir. "Cənab Prezidentin də söylədiyi kimi,  Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində ölkəmiz və Mərkəzi Asiya artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb". 

Dövlət başçımız bu günlərdə Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində də qeyd etmişdi ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoq və qarşılıqlı səfərlər bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır. Azərbaycanın bu formata məhz Özbəkistanın paytaxtı Daşkənddə keçirilən toplantıda qəbul edilməsi təsadüfi deyil. Belə ki, bu il Bakı ilə Daşkənd arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Prezident qeyd edib ki, son illər reallaşan qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.

Deputat vurğulayıb ki, tərəflər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar sərgiləyirlər. Xüsusilə Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdikdən sonra Mərkəzi Asiya ölkələri Azərbaycana qardaş dəstəyi nümayiş etdirir. Prezident İlham Əliyev Məşvərət Şurasının toplantısında bu məsələyə bir daha diqqət çəkib və bu dəstəyi yüksək qiymətləndirib.

Deputatın sözlərinə görə, mürəkkəb geosiyasi proseslər kontekstində region ölkələri arasında birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi zərurətə çevrilib. Əməkdaşlığı daha da gücləndirmək, təhlükəsizliyə və davamlı inkişafa, təhdidlərə qarşı koordinasiyalı cavab hazırlamaq yeni dövrün əsas vəzifələrindəndir. Bu xüsusda regional dialoqun strateji formata çevrilməsi vacibdir.

N.Məmmədova bildirib ki, region ölkələri həmçinin ticarət, iqtisadi və investisiya əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər: "Belə ki, ilkin mərhələdə hədəf qarşılıqlı ticarət həcmini və ümumi xarici ticarət dövriyyəsini 1,5-2 dəfə artırmaqdır. Regionda vahid investisiya mühitinin formalaşdırılması, virtual ticarət platformalarının yaradılması da prioritetlər sırasındadır. Regionun yüksək texnologiyalı infrastrukturu və nəqliyyat-logistika potensialı yaxşı imkanlar yaradır. Bu xüsusda Orta dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizinin (TRIPP) xüsusi əhəmiyyəti var. Dövlət başçımız bir daha bəyan etdi ki, Azərbaycanda Zəngəzur dəhlizinin (TRIPP) tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin (TRIPP) bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir".

Orta dəhliz çərçivəsində Azərbaycanın Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış etdiyini deyən deputat bildirib  ki, son illərdə Orta dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin (TRIPP) açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək. "Bununla yanaşı, "yaşıl dəhliz"lərin, fiber-optik xətlərin və digər obyektlərin tikintisi və modernləşdirilməsi üçün strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi səyləri birləşdirilir. Beləliklə, qısa müddət ərzində Mərkəzi Asiya dialoqdan real tərəfdaşlığa keçdi. Bu region ilə Azərbaycan arasında güclü bir körpü formalaşmaqdadır. Bu isə region ölkələri arasında strateji əlaqələri və sabitliyi gücləndirəcək", - deyə N.Məmmədova bildirib. 


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!