24 Noyabr 2025 17:16
528
CƏMİYYƏT
A- A+
Raniyə əl-Maşat: Misirdə Azərbaycan investisiyalarının, eləcə də ticarət mübadiləsinin həcminin artmasında maraqlıyıq  

Raniyə əl-Maşat: Misirdə Azərbaycan investisiyalarının, eləcə də ticarət mübadiləsinin həcminin artmasında maraqlıyıq  


Misirli nazir Raniyə əl-Maşat çıxışında Misir-Azərbaycan əlaqələrinin dərin köklərə malik olduğunu, ölkələr arasında dinamik və uzunmüddətli tərəfdaşlığın mövcudluğunu qeyd edib. Bildirib ki, ölkəsində Azərbaycan investisiyalarının, eləcə də ticarət mübadiləsinin həcminin artmasında maraqlıdır. Misirdə müxtəlif sahələrdə, xüsusilə turizm, xidmətlər, sənaye, tikinti, rabitə, kənd təsərrüfatı, İKT sahələrində 35 şirkət fəaliyyət göstərsə də, bu, Misirlə Azərbaycan arasındakı əlaqələrin həcminə uyğun deyil, özəl sektordakı imkanlardan istifadə edilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Qahirədə Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə əl-Maşat Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin iştirakı ilə keçirilən Azərbaycan-Misir Biznes Forumunda çıxışında bildirib. Forum Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası çərçivəsində baş tutub.

Misirli nazir əlavə edib ki, ölkəsi Azərbaycanla sənaye və texnologiya, xüsusilə də avtomobil sənayesi, toxuculuq, sement istehsalı, tibbi avadanlıqların hazırlanması sahələrində əməkdaşlığı genişləndirmək istəyir. Qeyd olunub ki, Misir yüksək istehsal imkanları olan sektorlarda əməkdaşlığa keçidi gücləndirən strateji tərəfdaşlıqları genişləndirmək istəyir.

Misir iqtisadiyyatının hazırkı vəziyyətindən danışan Raniyə əl-Maşat ötən maliyyə ilində 4,4 faiz inkişaf göstəricilərinə nail olunduğunu diqqətə çatdırıb.

Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri müştərək komissiyaların ölkələr arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində imkanların yollarının üzə çıxarılması və inkişafında beynəlxalq əməkdaşlıq mexanizmlərindən biri olduğunu qeyd edib. Misirdə münbit investisiya mühitinin formalaşdığını bildirən nazir Süveyş kanalı İqtisadi Zonası və digər investisiya və iqtisadi imkanlar haqqında danışıb.

Misirli nazir ölkəsi ilə Azərbaycan arasında tərəfdaşlığın dərinləşəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, bu gün, həmçinin Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə əl-Maşatın və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin həmsədrliyi ilə Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası keçirilib.

Ölkəmizi iclasda nazir Rəşad Nəbiyevin sədrliyi ilə geniş nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə iqtisadiyyat, gənclər və idman, mədəniyyət nazirlərinin müavinləri, eləcə də Xarici İşlər Nazirliyinin, AZPROMO-nun, Dövlət Turizm Agentliyinin, Ələt Azad İqtisadi Zonasının, Qida Təhlükəsizliyi Agentliyinin, Elm və Təhsil, Energetika və Kənd Təsərrüfatı Nazirliklərinin, KOBİA-nın, TƏBİB-in və SOCAR Trading-in məsul şəxsləri daxildir. Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov tədbirdə iştirak edib.

Səfər çərçivəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ikitərəfli görüşləri planlaşdırılır.

Qeyd edək ki, Müştərək Komissiya 1994-cü il aprelin 7-də Qahirədə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb. Müştərək Komissiyanın beşinci iclası 2022-ci il fevralın 25-də Bakıda keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!