17 Oktyabr 2025 09:25
9644
Oxucu məktubları
A- A+
Rahat yol rahat həyat üçün vacib şərtdir

Rahat yol rahat həyat üçün vacib şərtdir


Bizim Zərdabi qəsəbəsi Quba və Xaçmaz rayonlarının arasında yerləşir. Bura Quba rayonunda əhalinin sıx məskunlaşdığı ərazilərdən biridir.

Təbiidir ki, hər gün qəsəbənin onlarla sakini  rayon mərkəzinə, eləcə də  yaxınlıqda yerləşən Qusar, Xaçmaz, Şabran və digər rayonlara iş yerlərinə, yaxud bazar-dükana, xeyrə-şərə  yollanır. Əvvəllər çox əziyyət çəkərdik. Çünki yollarımız bərbad vəziyyətdə idi. Qubadan Xaçmaza getmək üçün uzun bir məsafə qət etməli olurduq - sürücülər Şabran ərazisindən keçərək 20 dəqiqəlik yolu bir saata gedirdi. 

Öncə  Quba və Xaçmaz rayonları arasındakı 20 kilometrlik yol təmir edildi və bu problem aradan qaldırıldı. Lakin qəsəbəarası küçələrin bəziləri yararsız olaraq qalırdı. Bununla bağlı  əlaqədar təşkilatlara etdiyimiz müraciət də cavabsız qalmadı. Tezliklə qəsəbədaxili yollar əsaslı şəkildə təmir edildi. Yolların ətrafı təmizləndi və orada işıq dirəkləri quraşdırıldı. Məktəb və inzibati binaların qarşısı abadlaşdırıldı. Həmin ərazidəki küçələrə asfalt döşəndi. Piyadalar üçün səkilər təmir edildi.   Qəsəbənin girişi milli ornamentlərlə yeniləndi.

Bu gün sakinlər artıq istədikləri yerə rahat gedib-gələ bilirlər. İnsan qayğı ilə əhatə  olunanda həyata daha çox bağlanır, sabaha inamı artır. Onun  rahatlığını təmin edən başlıca şərtlərdən biri də məhz yaşadığı ərazidə yolların rahat olmasıdır.


Fəxrəddin COMƏRDOV,

Quba rayonunun Zərdabi qəsəbə sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ildə dünyada 67 jurnalist öldürülüb  

17:54
09 Dekabr

Mərkəzi Bankın sədri: Kapital bazarlarının inkişafı strateji prioritetə çevrilib  

17:52
09 Dekabr

“Politico” Avropanın ən nüfuzlu 28 liderinin reytinqində birinci yeri Trampa verib  

17:39
09 Dekabr

“Ford” Avropa bazarı üçün yeni strategiyasını açıqlayıb  

17:37
09 Dekabr

Serbiyanın sabiq Prezidenti XIII Qlobal Bakı Forumunun əsas prioritetlərindən danışıb  

17:36
09 Dekabr

SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib  

17:34
09 Dekabr

Aİ-Ermənistan sənədi əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir  

17:30
09 Dekabr

Azərbaycan XİN-dən Aİ-Ermənistan Strateji Gündəliyinə kəskin etiraz  

17:29
09 Dekabr

XİN: Aİ–Ermənistan sənədində TRIPP layihəsinə bir dəfə də istinad edilməməsi ciddi narahatlıq doğurur  

17:28
09 Dekabr

Sosial xidmətlərlə bağlı İşçi qrupun növbəti iclası keçirilib

17:27
09 Dekabr

Azərbaycan XİN: Aİ–Ermənistan sənədi sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir  

17:23
09 Dekabr

Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin güclənməsinə böyük təkan verəcək - ŞƏRH  

17:22
09 Dekabr

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

17:20
09 Dekabr

Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub  

17:15
09 Dekabr

Boris Tadiç: Azərbaycan qarşılaşdığı çətinlikləri uğurla aradan qaldırır  

17:14
09 Dekabr

“Ayaks”ın baş məşqçisi: “Qarabağ” yaxşı komandadır  

17:03
09 Dekabr

Serbiyanın sabiq Prezidenti: Azərbaycanla strateji tərəfdaşlığımız möhkəm təməllər üzərində qurulub  

16:40
09 Dekabr

Ədliyyə Nazirliyi son 6 ildə Azərbaycana hansı ölkələrdən ekstradisiyalar həyata keçirib?  

16:39
09 Dekabr

Tədqiqatçı-alim: “Ağıllı” şəbəkə sistemi Azərbaycanın enerji ixracı imkanlarını artıracaq  

16:32
09 Dekabr

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib YENİLƏNİB 

16:30
09 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNƏCƏK  

16:27
09 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!