19 İyun 2025 09:10
11409
Oxucu məktubları
A- A+
Qurumaqda olan ağaclara etinasızlıq

Qurumaqda olan ağaclara etinasızlıq


Paytaxtın küçə və prospektlərində yaşıllıqlara diqqət göstərilsə də, qayğıdan kənarda qalan ərazilər, qurumaqda olan yaşıllıqlar də yox deyil. Bu mənzərənin simvolik ifadəsi isə şəhərin tam mərkəzində - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası yaxınlığında - Ələsgər Ələkbərov və Landau küçələrində yaşanır. Burada bir neçə ağac quruyub, bəziləri tamamilə məhv olub, bir qismi isə baxımsızlıqdan solğun və "xəstə" görünür. Ağaclara baxdıqca sanki onların səssiz harayını eşidirsən.

Ekoloji siyasətin müəllifi və icraçısı hesab olunan bir qurumun gözü önündə belə bir mənzərənin hökm sürməsi ictimai etimad və idarəetmənin effektivliyi baxımından haqlı suallar doğurur. Axı hamımızın gözləri önündə susuzluqdan və baxımsızlıqdan bu hala düşən yaşıl canlılara münasibətimiz niyə belədir? Axı biz insanlara oksigen bəxş edən bu varlıqlara niyə bu qədər laqeyidik? Özü də coğrafi baxımdan ağac yetişdirilməsi o qədər də asan olmayan paytaxtda... 

Ələsgər Ələkbərov və Landau küçələrində,  "KapitalBank"ın Yasamal filialının qarşısında müşahidə olunan mənzərələr - ağacların tədricən quruması və məhv olması şəhər suvarma sistemlərinin effektivsizliyi, suvarma xidmətlərinin yarıtmaz təşkili və monitorinqlərin olmamasından  da xəbər verir. Vəziyyət təkcə ekoloji məsələ deyil, o, idarəetmə və vətəndaş məsuliyyəti kontekstində də qiymətləndirilməlidir. Bu məsələlərdə yalnız cavabdeh təşkilatın hərəkətini gözləməməli və ya o idarənin məsuliyyətsizliyini müşahidə etməməliyik. Hər bir vətəndaş, hər bir müəssisə rəhbəri - istər dövlət, istərsə də qeyri-dövlət müəssisələri olsun, ətrafdakı yaşıllıqların qorunması istiqamətində öz töhfəsini verməlidir. O qədər də zaman almayan 3-5 ağacın suvarılmasını hər bir müəssisə əməkdaşı həyata keçirə bilər. Yetər ki, istəyək, bunu özümüzə bir vətəndaşlıq borcu bilək. Çalışdığımız iş yerimizin ətrafında əkilmiş ağaclara qulluq edək, lap elə dibini belləyək, su verək, bunu bir ictimai vərdişə çevirək. Bu həm də bir təşviq, eyni zamanda savabdır. Mərkəzi küçələrdə belə vəziyyətin hökm sürməsi kənar məhəllələrdə və ətraf yaşayış massivlərində vəziyyətin nə qədər acınacaqlı ola biləcəyini təsəvvür etməyə imkan verir. Yaşıllıq nəzarətsiz qaldıqca, şəhər istisi artır, toz və qaz hissəcikləri yığılır, sakinlərin sağlamlığı və gündəlik həyat keyfiyyəti birbaşa mənfi təsirlərlə üzləşir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli kommunal xidmət orqanları bu vəziyyətə dərhal müdaxilə etməklə, yuxarıda adları çəkilən küçələrdə və digər ərazilərdə ağacların vəziyyəti ilə bağlı kompleks audit aparmaqla problemi aradan qaldıra bilərlər. Təkcə yeni ağac əkməklə iş bitmir - mövcud ağacların qorunması, davamlı qulluq və müasir suvarma sistemlərinin tətbiqi bu işin əsasını təşkil etməlidir.

Eyni zamanda vətəndaş cəmiyyəti və media da bu prosesdə passiv müşahidəçi olmamalıdır. Ekoloji məsələlər ictimai gündəmin prioritetinə çevrilməli, hər bir ağac şəhər həyatının dəyər göstəricisi kimi qiymətləndirilməlidir. Əgər bu gün şəhərin mərkəzindəki yaşıllıqlar belə baxımsız buraxılırsa, sabah bu laqeydlik daha genişmiqyaslı ekoloji böhrana yol aça bilər.

Göz önündəki ağaclar susur, lakin onların səssiz harayı gələcək üçün ciddi xəbərdarlıqdır.


N.ƏSGƏROVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!