16 Yanvar 2025 09:15
1693
Səhiyyə
A- A+
Qriplə necə mübarizə aparaq?

Qriplə necə mübarizə aparaq?


Hər il qış aylarının gəlişi, soyuq-isti balansının pozulması ilə kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Hava-damcı yolu ilə ötürülən bu xəstəliklər, adətən, öskürək, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, boğaz ağrısı və səsin boğulması kimi simptomlarla təzahür edir. 

Xüsusən, dekabr-mart aylarında bu şikayətlərlə həkimə müraciət edənlərin sayı artsa da, builki yoluxucu xəstəliklər öncəkilərdən fərqlənir. Belə ki, son zamanlar kəskin respirator virus infeksiyalarına, xüsusən də qripə yoluxan hər kəs sağalmaqda çətinlik çəkdiyini deyir, "həftələr keçsə də, öskürəyim getməyib, hələ də yorğunam" kimi şikayətlər edirlər.

Yoluxucu xəstəliklər üzrə mütəxəssislər bunun bir neçə səbəbinin olduğunu bildirirlər. Bunlardan ən diqqətçəkəni eyni anda iki virusa yoluxma ehtimalıdır. İki virusdan biri, adətən, hələ də koronavirusdur. Digər tərəfdən, qripin ən çox görülən ağırlaşmalarından biri olan sinüzit xəstəliyin müddətini 10-15 gün uzadır. Çünki burun tıxanıqlığı və sinusların dolması xəstəliyin daha ağır keçməsinə səbəb olur.

COVID-19 pandemiyası dövründə ehtiyat tədbirləri səbəbindən immunitet sistemi bu virusları "unutduğu" üçün də xəstəliklər bir az daha uzanır. Orqanizm  özünə zərər verən amilləri təmizləmək üçün immunitet sistemindən istifadə edir. Qeyri-sağlam vərdişlər və israrla təkrar etdiyimiz səhvlər immun sisteminin zəifləməsinə, xəstəliyin daha uzun müddət davam etməsinə səbəb olur. 

Son günlərdə qripəbənzər tənəffüs yolları xəstəliyi olan metapnevmovirusun (HMPV) da adını tez-tez eşidirik. İlk dəfə 2001-ci ildə rast gəlinən HMPV infeksiyası üzrə qeyri-stabil epidemioloji vəziyyət hazırda Çin, Hindistan, Qazaxıstan, Ukrayna, Qırğızıstan və Rusiyada müşahidə olunur. Virusun yayılmasının əsas səbəbi  kimi beynəlxalq səyahətlər göstərilir.

Çində epidemiyaya səbəb olan metapnevmovirusa ən çox yoluxma uşaqlar və yaşlılar arasında baş verir. Xüsusilə 14 yaşdan kiçik uşaqlar və 60 yaşdan yuxarı şəxslər xəstəliyi daha ağır keçirirlər. HMPV-dən ölüm faktları qeydə alınsa da, mütəxəssislər bu ölümlərə şəxsi faktorların, yanaşı xəstəliklərin səbəb olduğunu, pandemiya riskinin olmadığını deyirlər. Ümumilikdə isə sürətli yoluxuculuğa malik HMPV infeksiyası təhlükəli hesab edilmir. Xəstəliyin hansı mənşəli olduğunu isə yalnız laborator diaqnostika ilə təsdiq etmək olar. Diaqnozu dəqiqləşdirmək üçün burun-udlaqdan götürülmüş yaxma molekulyar üsulla (PZR) yoxlanılır. 

Özbaşına qəbul edilən antibiotiklər də sağalma prosesinin ləngiməsinə səbəb olur, üstəlik, immuniteti zəiflədir. Həkimlər qeyd edirlər ki, viruslara heç bir antibiotik təsir etmir. Antibiotiklər yalnız bakteriyalar üçündür. Viruslar üçün antiviral dərmanlar mövcuddur ki, onlar da həkim tərəfindən təyin edilir. Xəstələr bunun yerinə bol maye qəbul etməli, simptomatik müalicə olunmalıdırlar. Məsələn, burun tıxanıqlığı varsa, burun damcılarından, boğaz ağrısı varsa, spreylərdən, hərarət 38-i keçərsə, qızdırmasalıcı dərmanlardan istifadə etmək olar. Yüksək hərarət 5-7 gündən çox davam etdikdə isə mütləq həkimə müraciət edilməlidir.

Mütəxəssislər bildirirlər ki, xüsusilə yanvar və fevral aylarında diqqətli olmaq lazımdır. Çünki yaxın həftələrdə kəskin respirator virus infeksiyalarına yoluxma hallarının artacağı gözlənilir. Ancaq sadə ehtiyat tədbirləri ilə xəstəliklərin yayılmasının qarşısını almaq mümkündür.

Viruslara yoluxmamaq üçün ilk olaraq immunitet sistemi gücləndirilməlidir. Bunun əsas yolu balanslaşdırılmış qidalanmadan keçir. C və A vitaminləri ilə zəngin portağal, naringi, limon kimi subtropik meyvələrin istehlakı mütləqdir. Ancaq portağalın suyu yerinə özünü bütöv yemək həm lif, həm də şəkər qəbulu baxımından daha yaxşı seçimdir. Tərkibindəki vitaminlər sayəsində ispanaq da hüceyrələri qoruyur və immun sistemimizin zəifləməsinin qarşısını alır, xüsusilə C vitamini A vitamininin istifadəsini artırır. Güclü immunitet sistemi üçün həftədə iki dəfə ispanaq yemək lazımdır. Ancaq A vitamininin təsirli olması üçün ispanağa yağ əlavə edilərək çiy şəkildə yeyilməlidir.

Balıq həm protein, həm də çox sink mənbəyidir. Xəstəliyə səbəb olan birləşmələrin bədəndən çıxarılmasına kömək edən omega-3 ən çox qızıl balıq, skumbriya və tuna balıqlarında olur. Həftədə 2-3 dəfə balıq yeməyə üstünlük vermək lazımdır. Cəfəri, yumurta, qatıq, badam, qoz kimi qidalar da gündəlik rasiona əlavə edilməlidir. Qeyd etmək lazımdır ki, hər bir qida ancaq lazımi miqdarda və balanslaşdırılmış şəkildə istehlak edildikdə faydalı olur. 

İmmunitet sistemini gücləndirməyin digər yolları isə yuxu rejiminə, bol maye qəbuluna diqqət etmək, oturaq həyat tərzindən, stresdən, spirtli içki və tütün məmulatlarından uzaq durmaqdır.

Kəskin respirator virus infeksiyalarından qorunmaq üçün gigiyena qaydalarına əməl etmək, əlləri tez-tez sabunla yumaq və dezinfeksiyaedici məhlullardan istifadə etmək lazımdır. Səthlərdə toplanmış virusların ötürülməsinin qarşısını almaq üçün əllər heç vaxt ağız, burun və gözlərlə təmasda olmamalıdır. Asqırarkən və ya öskürəndə ağzı örtmək, daha sonra isə əlləri alkoqollu salfetlərlə silmək lazımdır.

İnsanların sıx toplaşdığı qapalı və izdihamlı mühitlərdə yoluxma riski daha yüksəkdir. Xüsusilə qış aylarında bu risk artır. İnsanların çox olduğu və qapalı yerlərdə tibbi maskadan istifadə virusların yayılmasının qarşısını alır. Açıq havada maska taxmağa isə ehtiyac yoxdur. Otaqlar tez-tez havalandırılmalıdır. Xəstəliyin yüksək yoluxuculuğunu nəzərə alsaq, onun əlamətlərini hiss edən hər bir şəxs özünü təcrid edərək istirahət etməlidir. Xəstə insanların ən azı 3 gün evdə dincəlmələri və sosiallaşmamaları həm özləri, həm də ətrafdakılar üçün vacibdir.

Hər kəs sağlamlığına diqqət və məsuliyyətlə yanaşmalı, fərdi gigiyena və nizamlı davranış qaydalarına riayət etməli, özünü və ətrafındakıları infeksiyalara yoluxmaqdan qorumalıdır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”yə qalib gəlib

22:25
10 Fevral

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib

22:23
10 Fevral

Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

22:20
10 Fevral

Bakıda İranın milli bayramı qeyd olunub  

22:19
10 Fevral

Türkiyədə 2024-cü ildə 842 terrorçu zərərsizləşdirilib

19:49
10 Fevral

Keniyanın gənclər çempionu Azərbaycanın bu ölkədəki səfirliyində olub  

19:48
10 Fevral

Səudiyyə Ərəbistanı uşaqları Həcc ziyarətinə gətirməyi qadağan etdi

19:21
10 Fevral

Kənd təsərrüfatı naziri bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış olub  

19:20
10 Fevral

Polşalı musiqiçilər “Qış nağılı” festivalında

19:18
10 Fevral

Dövlət katibi: Sloveniya Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirməkdə maraqlıdır  

18:32
10 Fevral

Premyer Liqa: "Araz-Naxçıvan" - "Kəpəz" oyunu qolsuz başa çatıb

18:20
10 Fevral

Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən 

18:19
10 Fevral

Bakıda sahibsiz heyvanlar probleminə həsr olunmuş tədbir keçirilib  

18:17
10 Fevral

ETX: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb  

18:14
10 Fevral

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib  

18:13
10 Fevral

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin binası mükafata layiq görülüb  

18:12
10 Fevral

Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb  

18:11
10 Fevral

Kənd Təsərrüfatı Nazirliyi: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir  

18:10
10 Fevral

Qazaxıstan ordusunun arxa cəbhə təminatının modernləşdirilməsi məsələsi müzakirə olunub  

18:08
10 Fevral

“DeepSeek”in istifadəçi sayı rekord həddə çatıb

17:59
10 Fevral

Maqnit qasırğaları gözlənilir

17:30
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!