28 May 2023 09:10
1036
SİYASƏT
A- A+
Qlobal nüfuzun və ehtiramın nümunəsi

Qlobal nüfuzun və ehtiramın nümunəsi

 

Bu günlərdə 28 May - Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. Nəzər yetirdikdə görürük ki, qlobal siyasətdə aparıcı rol oynayan bütün dövlətlərin rəhbərləri, hökumət başçıları Azərbaycan Prezidentini təbrik edirlər. Bu təbriklərin hər biri ilk növbədə nüfuzlu siyasi liderlərin İlham Əliyevə  və Azərbaycana olan  ehtiram və rəğbətinin təcəssümüdür.

 

Regionun iqtisadi gücü

 

Bir neçə gün əvvəl isə Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib. Azərbaycan 2014-cü ildə yaradılmış bu təşkilatın üzvü deyil. Amma Ermənistan istisna olmaqla, Azərbaycanın bu təşkilatın digər üzv  dövlətləri ilə sıx iqtisadi və siyasi münasibətləri var.
İclasda çıxışında bu barədə danışan Prezident İlham Əliyev ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin 31 faiz artdığını və 4,7 milyard dollar təşkil etdiyini bildirdi. Bu ilin yanvar-aprel aylarında isə qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. İlham Əliyev həmçinin əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu diqqətə çatdırıb.
İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmiz Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Respublikamızda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu isə Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Respublikamızın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması isə Azərbaycanın nəqliyyat-logistik imkanlarını daha da artıracaq. Bütün bunlar onu göstərir ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə iqtisadi dövriyyəsinin daha da artırılması üçün geniş imkanlar var. 
Təbii ki, ayrı-ayrılıqda götürdükdə təşkilata üzv dövlətlərlə Azərbaycanın iqtisadi əməkdaşlığında ildən-ilə artan dinamizmi görmək mümkündür. Ermənistan isə bu təşkilatın üzvü olsa da, onun təşkilatda təmsil olunan dövlətlərlə iqtisadi-ticari dövriyyəsi bu rəqəmdən qat-qat azdır. Bu da öz növbəsində Azərbaycanın regionun iqtisadi gücü olduğunu, Avrasiya İqtisadi Birliyi üzvlərinin Azərbaycanla sıx iqtisadi əməkdaşlığını təsdiq edən mühüm faktordur. Elə Rusiya Prezidenti Vladimir Putin də Azərbaycanın ikitərəfli formatda təşkilata üzv ölkələrlə iqtisadi əməkdaşlığının müntəzəm artdığını qeyd edərək, bunun həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

 

Rəğbətlə qarşılanan siyasət

 

Dövlətimizin başçısı bu təşkilatın iclasında Rusiya Prezidentinin dəvəti əsasında qonaq qismində iştirak edirdi. Bu dəvətin özü ilk növbədə Prezident İlham Əliyevin yüksək siyasi nüfuzunü təsdiq edən mühüm siyasi amildir.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il Azərbaycanın üzv olmadığı Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmişdi. Prezident İlham Əliyevin "dəmir yumruğu"nun növbəti zəfəri olan 2022-ci ilin sentyabr döyüşlərindən sonraya təsadüf edən bu sammitə  dəvət alması və bu çərçivədə keçirdiyi görüşlər dövlətimizin başçısına və Azərbaycana göstərilən qlobal ehtiramın və dəstəyin növbəti nümunəsi olmuşdu. Bu təşkilata üzv dövlətlərin də əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, bir qismi ilə müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri birləşdirir.  
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin hadisələrə və proseslərə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası da bu baxımdan xüsusi qeyd edilməlidir. Təbii ki, bunun əsas səbəbləri ilk növbədə Prezident İlham Əliyevin özünün yüksək siyasi nüfuzu və həyata keçirdiyi siyasətin məzmunudur. Azərbaycan Prezidentinin qətiyyətli və müstəqil siyasəti, qlobal və regional əməkdaşlıqda konkret, aydın və dəqiq mövqe ortaya qoyması bütün siyasi müstəvilərdə təqdir olunur, rəğbətlə qarşılanır.
Bütövlükdə, Prezident İlham Əliyevin Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirakı Azərbaycanın güclü qlobal mövqelərinin növbəti təsdiqi oldu. Eyni zamanda bu iclas Ermənistanın diplomatik  müstəvidə növbəti dəfə fiaskoya uğradılması ilə yadda qalan mühüm siyasi hadisə oldu.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!