15 Noyabr 2024 09:00
1710
İQTİSADİYYAT
A- A+
Qlobal istiləşmə, COP29 və Azərbaycan

Qlobal istiləşmə, COP29 və Azərbaycan


XXI əsrin əsas çağırışlarından biri ekoloji tarazlığın təmin edilməsidir. Buraya təbii resursların intensiv istismarının, neft-qaz və kömür hasilatının məhdudlaşdırılması, bərpaolunan enerji növlərinə, "yaşıl və mavi iqtisadiyyat"a üstünlük verilməsi, su ehtiyatlarının səmərəli istifadəsi, karbon qazının həcminin azaldılması, təkrar emal və digər məsələlər daxildir.

Bitkilər planetdəki bütün canlıların həyatının əsasını təşkil edir, üzvi aləm və canlı həyat onlarla başlamışdır. Bitkilər aləmi müşahidə etdiyimiz Yerin görünüşünü yaradan unikal fotosintez prosesi sayəsində günəş işığından birbaşa istifadə etmək qabiliyyətinə malikdir. Yer kürəsini oksigenlə təmin edən və bununla da təkamülün hərəkətverici qüvvəsi rolunu icra edən məhz bitkilərdir. Onlar üzvi maddələrin zəngin ehtiyatı və çox qiymətli sərvətdir. Hər bir regionun bitki örtüyü ərazinin mühit amillərinin fasiləsiz kompleks təsiri nəticəsində daim dəyişikliyə məruz qalır. Bu dəyişikliklər ərazinin fiziki-coğrafi şəraitindən, qlobal istiləşmədən, atmosferin ekoloji balansının pozulmasından asılı olaraq baş verir. 

Qlobal istiləşmənin birbaşa floraya, dolayısı ilə insanların sağlamlığına və bütövlükdə canlı ekosistemə təsiri bəşəriyyətin daim diqqət mərkəzindədir. 

Texnologiya inkişaf etdikcə qlobal iqlim dəyişikliyi dünya floristlərini və ekoloqları narahat edən əsas problemlərdən biridir. Anomal iqlim dəyişikliyi nəticəsində yaranan təbii fəlakətlərin miqyası ildən-ilə artmaqda davam edir. Qlobal istiləşmənin təsirindən bölgələrdə uzunmüddətli quraqlıq və səhralaşma baş verir, bitki aləmi tamamilə yox olur, ya da azalır, Yer kürəsində ekoloji tarazlıq və enerji balansı pozulur.

Alimlərin fikrincə, kontinental buzlaqların tam əriməsi və suyun istidən genişlənməsi nəticəsində okeanların səviyyəsi indikinə nisbətən 70-80 santimetr artacaq, hazırda milyonlarla insanın məskunlaşdığı sahilyanı yaşayış məntəqələri su altında qalacaq ki, bu da siklonların və antisiklonların illik hərəkət trayektoriyalarının dəyişəcəyinə və iqlim dəyişikliyinin intensivləşəcəyinə, beləliklə, bir çox bitki növünün nəslinin kəsilməsinə səbəb olacaqdır.

Yer kürəsini fəlakətli iqlim dəyişikliyindən xilas etməkdə bitkilərin potensial rolu bəşəriyyətə məlumdur. Lakin son zamanlar dünya ekoloqları, floristləri tərəfindən aparılmış bəzi tədqiqat işləri nəticəsində məlum olmuşdur ki, Yer kürəsinin bitki örtüyü insan fəaliyyəti nəticəsində atmosferə buraxılan karbon qazını əvvəllər düşünüldüyündən daha çox udmaq iqtidarındadır. Tədqiqatçılar müəyyən ediblər ki, XXI əsrin sonunda bitkilər tərəfindən karbon qazının udulması artacaq. İndi karbon dioksidin yarpaqda nə qədər səmərəli hərəkət edə biləcəyini, bitkilərin temperatur dəyişikliklərinə necə uyğunlaşdığını və qida maddələrinin necə paylandığını müəyyən etmək mümkündür.

Uzun illər insanların fəaliyyəti ətraf mühitə geri dönüşü olmayan zərbələr vurmuşdur. Bir neçə il əvvəl bəşəriyyət "bizdən sonra nə olur-olsun" prinsipi ilə yaşayırdı. Xoşbəxtlikdən bu tendensiya dəyişmişdir. Belə ki, ekosistemin sərvətlərinin istismarı təbii sistemlərin bərpasına zərər verməyəcək səviyyədə məhdudlaşdırılır. "Yaşıl iqtisadiyyat"ın inkişafı bunun birbaşa sübutudur. "Yaşıl iqtisadiyyat" insanların təbii ehtiyatlara məsuliyyətli münasibətini nəzərdə tutan iqtisadi inkişaf modelidir. O, rifahın artırılması ilə təbii ehtiyatların qorunması arasında ağlabatan kompromis tapmağa yönəlmişdir.

İnkişaf etmiş ölkələr inkişaf etməkdə olanlara iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı toplayırlar. Beləliklə, dünya florasına iqlim dəyişikliyinin təsirini azaltmaq üçün tədbirlər sayəsində bitki növlərini xilas etməyin mümkün olduğunu hər bir insan düşünür.

Sürətli qlobal istiləşməni dayandırmaq, ekstremal hava şəraitini ram etmək, buzlaqların əriməsinin sürətini azaltmaq və biosferi xilas etmək naminə atmosferdən artıq karbonu çıxarmaq üçün zəkalı insanlar çıxış yolu tapmalıdır. Bitki örtüyü canlı ekosistemin tərkib hissəsi kimi daim dəyişikliyə məruz qaldığından insanlar bitkiləri tanımalı, mütəxəssislər yaşadıqları ərazilərin florasının qorunması və bərpası tədbirlərini işləyib hazırlamalıdırlar. 

2024-cü il qalıq yanacaq istehsalçısı və ixracatçısı hesab olunan Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etməyi ilə əlamətdardır. Azərbaycan Respublikasının rəhbərliyi iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görmək strategiyasını nümayiş etdirməyi qarşısına məqsəd qoymuşdur. COP29 ekoloji problemlərin müzakirəsi və həlli üçün birlikdə mühüm addımların atılacağı qlobal forumdur. Bakı iki həftə ərzində dünyanın diqqət mərkəzində olacaq. COP29-un Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmizin iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Bundan əlavə, COP29-un Azərbaycanda reallaşdırılması BMT səviyyəsində   ölkədə   siyasi   və   iqtisadi   sabitliyin tanınmasından xəbər verir. Bu qərar həm də Azərbaycanın "yaşıl enerji" siyasətinə qlobal dəstəyi ifadə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Neft-qaz ölkəsi olan Azərbaycan "yaşıl enerji" növlərinin yaradılmasını və dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Bərpaolunan və "yaşıl enerji" əsasında istehsal edilən elektrikin ixracı ölkənin enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. COP29-un Azərbaycanda keçirilməsi ekoloji, iqtisadi, innovasiya və texnologiya sahəsində nailiyyətlər əldə etməsi üçün geniş imkanlar yaradacaq.

Bu mühüm beynəlxalq tədbirin Azərbaycana verə biləcəyi siyasi və iqtisadi üstünlüklər ölkənin regional və beynəlxalq arenada mövqeyini möhkəmləndirmək baxımından əhəmiyyətlidir. COP29 çərçivəsində Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak edərək, müasir dünyanın qarşılaşdığı əhəmiyyətli problemlərə diqqət çəkmək imkanı qazanır. 

COP29-un keçirilməsi siyasi müstəvidə Azərbaycanın beynəlxalq aləmdəki müsbət imicini artırır. Bu proses respublikanın ekoloji siyasətinin, enerji effektivliyinin və sərvətlərin səmərəli idarə olunmasının geniş müzakirəsinə şərait yaradır.

COP29 "yaşıl texnologiyalar"ın transferinə, innovativ layihələrin həyata keçirilməsinə və xarici investorların maraq dairəsinin genişlənməsinə xidmət edir. Nəticədə Azərbaycanın qlobal iqlim siyasətindəki rolu onun iqtisadiyyatını və beynəlxalq əlaqələrini daha da gücləndirir.


Elşad QURBANOV, 

BDU-nun Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

16:36
13 İyun

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO  

15:59
13 İyun

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

15:48
13 İyun

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!