17 Fevral 2026 10:12
504
CƏMİYYƏT
A- A+
Qərbi Azərbaycan İcmasının üzvləri İrəvan Qazılığının ofisini ziyarət ediblər

Qərbi Azərbaycan İcmasının üzvləri İrəvan Qazılığının ofisini ziyarət ediblər


Qərbi Azərbaycan İcmasının nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində (QMİ) İrəvan Qazılığının fəaliyyəti üçün ayrılmış ofisi ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə ofisin şəraiti, inzibati struktur və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İrəvan Qazılığı tarixi ənənələrə əsaslanan dini-institusional qurum kimi Qərbi Azərbaycan mənşəli soydaşlarımızın dini-mənəvi irsinin araşdırılması, sənədləşdirilməsi və təbliği istiqamətində sistemli iş aparır.

Görüş zamanı İcma rəhbərliyi Qazılığın fəaliyyəti, arxiv sənədlərinin toplanması, tarixi mənbələrin tədqiqi, eləcə də İrəvan mahalı və ümumilikdə Qərbi Azərbaycanda mövcud olmuş dini abidələrə dair materialların sistemləşdirilməsi prosesi ilə yaxından tanış olub. Qeyd olunub ki, deportasiyalar nəticəsində fəaliyyətini dayandırmış dini idarəçilik ənənələrinin elmi əsaslarla bərpası və ictimaiyyətə təqdim olunması prioritet istiqamətlərdəndir.

İrəvan qazısı Bəxtiyar Nəcəfov görülən işlər, hazırlanmaqda olan elmi nəşrlər və arxiv materialları əsasında aparılan tədqiqatlar barədə məlumat verib. O bildirib ki, əsas məqsəd İrəvan Qazılığının tarixi irsinin qorunması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır.

Nümayəndə heyəti İrəvan Qazılığının fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığın vacibliyini qeyd edib. Bildirilib ki, dini-mənəvi irsin qorunması Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq müstəvidə təqdim olunmasında mühüm rol oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

S.N.Japarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında

12:45
31 İyul

Prezident Sadır Japarov: Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur

12:38
31 İyul

Prezident Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb

12:31
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələdə: müttəfiqlikdən strateji iqtisadi əməkdaşlığa

12:24
31 İyul

Azərbaycan-Qırğızıstan müttəfiqliyi – Strateji tərəfdaşlıqdan yeni əməkdaşlıq mərhələsinə

12:17
31 İyul

FT: Texnologiya nəhənglərinin süni intellekt investisiyaları bir trilyon dolları ötüb

12:10
31 İyul

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

12:03
31 İyul

Prezident İlham Əliyev: Azərbaycan-Qırğız Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik

11:56
31 İyul

Prezident İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir

11:49
31 İyul

Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib

11:42
31 İyul

Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 

11:35
31 İyul

Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub

11:28
31 İyul

ABŞ Prezidenti: HƏMAS-ın tərk-silahından sonra İsrail qüvvələri Qəzzadan çıxacaq

11:28
31 İyul

Azərbaycanlı alimin Əlişir Nəvai irsinə həsr olunmuş monoqrafiyası özbək dilində nəşr edilib

11:21
31 İyul

Qəbələdə möhtəşəm Vyetnam musiqi gecəsi

10:56
31 İyul

Bir qərarla iki qardaşı bir gündə güllələyiblər

10:49
31 İyul

37-nin qanlı salnaməsi: Əhməd Triniçin faciəvi taleyi

10:42
31 İyul

Macəra dolu yolun sonunda möhtəşəm mənzərə - Qələbin şəlaləsi

10:35
31 İyul

Goranboyda sənaye müəssisələri fəaliyyətlərini genişləndirməyi hədəfləyiblər 

10:29
31 İyul

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin möhkəm dayağıdır

10:22
31 İyul

Lənkəran Dövlət Universiteti aqrar kadrların hazırlanmasına diqqəti artırır

10:22
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!