20 May 2025 08:40
556
SİYASƏT
A- A+
Qərb Azərbaycanın yaratdığı geosiyasi reallığı qəbul etməyə məcburdur

Qərb Azərbaycanın yaratdığı geosiyasi reallığı qəbul etməyə məcburdur


Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyaya işgüzar səfəri ölkəmizin Vətən müharibəsi və antiterror tədbirləri ilə yaratdığı yeni geosiyasi reallığın Qərb qütbü tərəfindən birmənalı şəkildə qəbul edildiyini göstərir. Məlumdur ki, Tirana sammiti Azərbaycan Prezidentinin iştirak etdiyi ilk "Avropa Siyasi Birliyi" Zirvəsi deyil. Azərbaycan Prezidenti hələ 2022-ci ildə "Avropa Siyasi Birliyi"nin Praqa sammitinə dəvət edilmişdi, lakin həmin dəvət daha çox Azərbaycanın bölgədə hərbi-siyasi qələbələri ilə yaratdığı yeni konfiqurasiyanın dəyişdirilməsinə yönəlmişdi. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bununla bağlı "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Praqa sammitində Fransa, Avropa İttifaqı və Ermənistan güclərini birləşdirərək Azərbaycanı siyasi məğlubiyyətə uğradacaqlarına əmin idilər. Xüsusən ölkəmiz əleyhinə başlanılan genişmiqyaslı qarayaxma və böhtan kampaniyası, o cümlədən ayrı-ayrı "beynəlxalq insan haqları təşkilatları", "nüfuzlu media resursları"nın bu prosesdə anti-Azərbaycan mövqe tutması, yaxud muzd hesabına tutmağa məcbur edilməsi ozamankı anti-Azərbaycan qütbü kifayət qədər arxayın davranmağa sövq edirdi. "Qərbin çoxsaylı "beyin mərkəzləri" Vətən müharibəsindən sonrakı keçidi Azərbaycan üçün uğursuz bir dövr kimi xarakterizə edərək Praqa sammitində Azərbaycanın məğlubiyyətini, yaxud hərbi-siyasi qələbələri ilə əldə etdiyi nəticələri "Avropa Siyasi Birliyi"nin masasında buraxıb gedəcəyinə dair kifayət qədər "əmin mövqe" ifadə edirdilər. Lakin möhtərəm cənab Prezident böyük diplomatik məharətlə nəinki Azərbaycanın siyasi məğlubiyyətinə imkan vermədi, üstəlik, sözün əsl mənasında, ustad dərsi keçərək Fransanı və Ermənistanı fiaskoya uğradıb, Nikol Paşinyanı və Emmanuel Makronu Azərbaycanın ərazi bütövlüyünü tanımağa, bunu dildə və yazılı formada ifadə etməyə məcbur etdi. Həmçinin Praqada Azərbaycana qarşı planı pozulan Fransa, Avropa İttifaqı və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər, həm də bu məsələdə Alma-Ata deklarasiyasına istinad etməyə məcbur qaldılar. Təsadüfi deyil ki, həmin görüşə qədər Azərbaycanın məğlubiyyəti ilə bağlı çoxsaylı ssenarilər gündəmə gətirən Qərb mediası və imperializm maliyyəsi hesabına ayaqda qalan beyin mərkəzləri baş verənləri şahmat masasındakı "suqsvanq"a bənzətdiklərini gizlətmədilər. Praqa sammiti eyni zamanda Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində mühüm siyasi platformalardan birinə çevrildi və məhz "Avropa Siyasi Birliyi"nin Praqa Zirvəsinin müsbət məqamlarından biri kimi o zaman bölgədə müvəqqəti şəkildə yerləşmiş Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması sürətləndirildi", - deyə deputat bildirib. 

Deputat xatırladıb ki, bir sıra rusiyalı ekspert və siyasətçilər, o cümlədən Ermənistandakı revanşist dairələr Ermənistanın və Fransanın Praqada tutmağa məcbur qaldığı mövqeni və səsləndirdikləri bəyanatları köklü şəkildə yanlış hesab edərək tənqidə məruz qoydular. İstisnasız olaraq demək mümkündür ki, Praqa görüşünü triumfa çevirən cənab İlham Əliyev bununla da, əslində, "Avropa Siyasi Birliyi"nin Zirvə toplantılarının bizim üçün uğurlu platformaya çevrilə biləcəyini göstərdi. Praqa sammitindən sonrakı periodda əvvəlcə antiterror tədbirləri, daha sonra isə COP29 ərəfəsində ölkəmizə qarayaxma və çirkab kampaniyalarında ehtiva olunan, bir sıra dövlətlərin xarici siyasət idarələrinin birbaşa cəlb edildiyi çoxsaylı hücumlar müşahidə edildi. Hətta Azərbaycan təbii sərvətlərinə görə, daha dəqiq desək, qazıntı yanacağı ehtiyatlarına malik subyekt olmaqda "təqsirləndirildi". Lakin Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan nəinki öz mövqeyindən geri çəkilmədi, əksinə, Avropanın enerji təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizləri baxımından ölkəmizin rolu artdı.  Cəmi 6 ay öncəyə qədər bizi qazıntı yanacağına görə ittiham edənlər bu gün Azərbaycandan mavi yanacaq tədarükünün artırılmasını açıq şəkildə arzulamaqdadırlar. Eləcə də çoxsaylı maneələrə baxmayaraq, cənab İlham Əliyevin zamanında realizə etdiyi infrastruktur layihələri, habelə ölkədə sabit və təhlükəsiz mühit Azərbaycanın nəqliyyat-kommunikasiya habı kimi rolunu sürətlə artırır. 

B.Məhərrəmov qeyd edib ki, qütbləşmənin dərinləşdiyi və ayırıcı xətlərin daha aydın göründüyü bir zamanda Azərbaycanın istər geosiyasi, istər iqtisadi və ticari zəmində əməkdaşlıq körpüsü rolunu oynaması, habelə Orta dəhliz üzərindən daşımaların artdığı bir dövrdə ölkəmizin bu infrastruktur layihəsinin ən etibarlı həlqəsinə çevrilməsi, o cümlədən Tirana sammitinə Azərbaycanın dəvət olunması həm də Qərbin ölkəmizə ehtiyacının birmənalı göstəricisi kimi qiymətləndirilməlidir: "Görünən odur ki, qütblərarası ziddiyyətlərin dərinləşdiyi və nəticədə orta güc dövlətlərinin rolunun artdığı bir məqamda Prezident İlham Əliyev ölkəmizin iqtisadi, siyasi, diplomatik və hərbi potensialını birləşdirərək ötən illər ərzində yaranan imkan və üstünlüklər sayəsində ərazi bütövlüyünü təmin etməyi bacarmaqla həm də de-fakto və de-yure Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun isə nüfuzlu gücü olan Azərbaycanı hesablaşılan orta və regional təsir subyekti kimi təsdiq etdirə bilib. Beynəlxalq ictimaiyyət, o cümlədən "Avropa Siyasi Birliyi"nin nüvəsini təşkil edən subyektlər də yaxşı başa düşürlər ki, regionda Azərbaycanın müsbət mövqeyi olmadan hər hansı ciddi transregional layihə effektiv icra oluna, yaxud hər hansı geosiyasi konfiqurasiya realizə oluna bilməz". 

Deputat bildirib ki, Prezident İlham Əliyev beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsipləri rəhbər tutaraq hərbi, siyasi və diplomatik güc və nüfuzla dəstəklənən, balanslaşdırılmış xarici siyasət kursunu uğurla həyata keçirməklə öz mövqeyini qarşıdakı uzun onilliklər ərzində sabit və dayanıqlı şəkildə təsbit edə bilib. Bu çərçivədə Çinlə imzalanmış "Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" və Bakı ilə Pekinin bir sıra istiqamətlərdə vahid mövqedən çıxış etdiyi, habelə uzun bir dövr ərzində gərgin şəkildə özünü büruzə verən İran-Azərbaycan münasibətlərinin Prezident Məsud Pezeşkianın Bakı səfəri ilə tam yeni müstəviyə qədəm qoyması, o cümlədən ABŞ ilə demokratlar iqtidarı dövründə, demək olar ki, sıfırlanan münasibətlərin yenidən canlanması proseslərin ümumi zəmində məhz Azərbaycanın iradəsinə uyğun axarını göstərir. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığında qazanılan hərbi-siyasi qələbələr, artan iqtisadi imkan, suverenliyin tam şəkildə bərqərar olunması, ölkəmizin birmənalı müstəqil güc kimi çıxış etməsi, habelə beynəlxalq hüququn aliliyinə əsaslanan balanslaşdırılmış xarici siyasət kursu artıq nə Qərbə, nə də digər hər hansı gücə Bakının mənafelərinə zidd şəkildə davranmağa imkan verir.

O vurğulayıb ki, əvvəllər daxildən hansısa marionetlər vasitəsilə Azərbaycan hakimiyyətinə təzyiq etməyə çalışan, "insan haqları", "demokratiya" və "azadlıqlar" pərdəsi altında imperialist niyyətlər naminə ölkəmizə qarşı xaç yürüşlərinə ara verməyən Qərb artıq bu reallıqları dərk edərək ölkəmizlə münasibətlərdə öz maraqlarını təmin etmək üçün hansısa əlaltılarla "iş görməyin" səmərəli olmadığını və dialoqun birbaşa ev sahibi ilə effektiv olacağını gec də olsa, anlamağa başlayıb.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!