14 Avqust 2026 21:15
348
CƏMİYYƏT
A- A+
Qaradağda palçıq vulkanlarının mühafizəsi və təbliğinə həsr olunmuş tədbir keçirilib

Qaradağda palçıq vulkanlarının mühafizəsi və təbliğinə həsr olunmuş tədbir keçirilib


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində” 2026-cı il avqustun 14-də Qaradağ Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə  Qaradağ Rayon İcra Hakimiyyətində “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2007-ci il tarixli, 2315 nömrəli Sərəncamının imzalanmasının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən başçınınn birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Azərbaycan Respublikası Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev, Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev,  Mədəniyyət Nazirliyinin abidələr üzrə eksperti, tədqiqatçı Faiq Nəsibov, ətraf mühit üzrə beynəlxalq ekspert Xakiyev İsrafil Rəşid oğlu, Azərbaycan Respublikası Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları, rayon icra hakimiyyətinin məsul əməkdaşları, müvafiq sahə üzrə mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın nadir təbiət sərvətlərindən olan palçıq vulkanlarının qorunmasının əhəmiyyətini ictimaiyyətin diqqətinə çatdırmaq, onların elmi, ekoloji və turizm potensialı barədə məlumatlılığı artırmaq, bu unikal təbiət irsinin gələcək nəsillər üçün qorunmasında dövlət qurumlarının, mütəxəssislərin və cəmiyyətin birgə məsuliyyətini ön plana çəkmək olub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Azərbaycanın zəngin təbiətini, palçıq vulkanlarının bənzərsiz landşaftını və onları əhatə edən təbiət mənzərələrini əks etdirən xüsusi hazırlanmış videoçarx nümayiş olunub. Videoçarx vasitəsilə ölkəmizin nadir geoloji irsinin unikallığı və onun qorunmasının əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən başçınınn birinci müavini Emil Abbasov bildirib ki, bu tədbirin keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2007-ci il tarixli 2315 nömrəli Sərəncamı ilə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun yaradılmasının 19-cu ildönümünə təsadüf edir. Bu mühüm sənəd ölkəmizin nadir geoloji və təbii irsinin qorunmasına dövlət səviyyəsində verilən yüksək qiymətin bariz nümunəsidir.

Azərbaycan zəngin təbii sərvətləri, özünəməxsus landşaftı və geoloji xüsusiyyətləri ilə seçilən ölkələrdəndir. Bu təbii irsin mühüm hissəsini palçıq vulkanları təşkil edir. Xüsusilə Qaradağ rayonu ərazisində yerləşən palçıq vulkanları həm təbiətimizin unikallığını nümayiş etdirir, həm də elmi tədqiqatlar, ekoloji maarifləndirmə və turizmin inkişafı baxımından böyük potensiala malikdir.

Palçıq vulkanlarına yalnız geoloji obyekt kimi yanaşmaq düzgün olmazdı. Onlar Azərbaycanın təbii irsinin ayrılmaz hissəsidir. Bu obyektlərin qorunması eyni zamanda ətraf mühitin, biomüxtəlifliyin və təbii landşaftın mühafizəsi deməkdir.

Bu baxımdan Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təbii irsin qorunması, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və rayonun turizm potensialının tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti xüsusi qeyd edilib.

Tədbirin rəsmi hissəsində çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov “Azərbaycanın nadir təbiət irsinin qorunmasında dövlət siyasəti və Qaradağ rayonunun palçıq vulkanlarının əhəmiyyəti” mövzusunda danışıb. Çıxışında ölkəmizin nadir təbiət abidələrinin qorunmasına göstərilən dövlət qayğısından, bu istiqamətdə həyata keçirilən siyasətin əhəmiyyətindən, eləcə də Qaradağ rayonunda yerləşən palçıq vulkanlarının təbii irsimizdə tutduğu xüsusi yerdən bəhs edib.

Azərbaycan Respublikası Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev “Azərbaycan palçıq vulkanlarının geoloji və elmi əhəmiyyəti” mövzusunda çıxış edib. O, palçıq vulkanlarının Azərbaycanın geoloji baxımdan ən maraqlı və nadir təbiət hadisələrindən biri olduğunu qeyd edərək, onların öyrənilməsi, mühafizəsi və elmi əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev “Palçıq vulkanlarının mühafizəsi, ekoloji təhlükəsizlik və maarifləndirmə” mövzusunda çıxış edib. Məruzədə palçıq vulkanlarının qorunmasının yalnız elmi deyil, eyni zamanda mühüm ekoloji və ictimai məsuliyyət məsələsi olduğu diqqətə çatdırılıb, onların mühafizəsi, ekoloji təhlükəsizliyin təmin olunması və əhali arasında maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb.

Çıxışlar zamanı qeyd olunub ki, Qaradağ rayonunun ərazisində yerləşən palçıq vulkanları rayonun zəngin geoloji və təbii irsinin mühüm tərkib hissəsini təşkil edir. Bu unikal təbiət abidələrinin mühafizəsi ilə yanaşı, onların elmi əsaslarla öyrənilməsi, ekoloji təhlükəsizliyin təmin edilməsi, ictimai maarifləndirmənin gücləndirilməsi və turizm potensialından dayanıqlı şəkildə istifadə edilməsi mühüm əhəmiyyət daşıyır.

Tədbirin məruzələr hissəsindən sonra sual-cavab və müzakirələr aparılıb. İştirakçılar palçıq vulkanlarının mühafizəsi, elmi tədqiqi, ekoloji əhəmiyyəti və turizm imkanları ilə bağlı suallarını mütəxəssislərə ünvanlayıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin xüsusi məqamlarından biri təbiətin və təbii sərvətlərin qorunması istiqamətində çalışan insanların əməyinin qiymətləndirilməsi olub. Təbii sərvətlərin mühafizəsində göstərdikləri səmərəli və məsuliyyətli fəaliyyətə görə 8 nəfər əməkdaş təltif olunub. Onların təbiət abidələrinin, palçıq vulkanlarının və ətraf ekosistemin qorunmasında göstərdikləri əməyin əhəmiyyəti xüsusi qeyd edilib.

Belə tədbirlərin keçirilməsi ekoloji maarifləndirmənin genişləndirilməsinə, cəmiyyətdə təbiətə məsuliyyətli münasibətin formalaşdırılmasına, Azərbaycanın nadir təbiət irsinin təbliğinə və onun qorunması istiqamətində dövlət, mütəxəssis və ictimaiyyət əməkdaşlığının gücləndirilməsinə xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quba rayonunda zəlzələ baş verib

21:24
14 Avqust

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

21:22
14 Avqust

Qaradağda palçıq vulkanlarının mühafizəsi və təbliğinə həsr olunmuş tədbir keçirilib

21:15
14 Avqust

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

18:47
14 Avqust

“Qarabağ” - “Tvente” oyunu norveçli hakimlərə tapşırılıb

18:05
14 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:00
14 Avqust

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

17:55
14 Avqust

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

17:50
14 Avqust

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

17:45
14 Avqust

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara

17:40
14 Avqust

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

17:35
14 Avqust

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

17:30
14 Avqust

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi  

17:25
14 Avqust

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub

17:20
14 Avqust

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib

17:15
14 Avqust

Naxçıvanda iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlət qayğısı da xüsusi diqqət mərkəzindədir

17:10
14 Avqust

Lənkəranda sakinlərin su və kanalizasiya ilə bağlı müraciətləri dinlənilib  

17:05
14 Avqust

“CITIC Group” şirkətinin Bakıdakı süni intellekt hesablama platforması layihəsində iştirakı dəyərləndirilib

17:00
14 Avqust

Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil

16:57
14 Avqust

Prezident İlham Əliyevin Naxçıvana səfəri daha geniş siyasi və geostrateji məzmun daşıyır

16:55
14 Avqust

Ekspert: Azərbaycanda metal istehlakında artım 2035-ci ilədək davam edəcək

16:52
14 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!