14 Avqust 2026 17:10
236
SİYASƏT
A- A+
Naxçıvanda iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlət qayğısı da xüsusi diqqət mərkəzindədir

Naxçıvanda iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlət qayğısı da xüsusi diqqət mərkəzindədir


Naxçıvan, sadəcə, Azərbaycanın coğrafi baxımdan ayrılmış bir parçası deyil. Naxçıvan müasir Azərbaycan dövlətçiliyinin mühüm siyasi dayaqlarından biridir. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Məhz Naxçıvanda qəbul edilmiş mühüm siyasi qərarlar, milli dövlətçilik ideyasının qorunması və gələcək Azərbaycanın siyasi kursunun formalaşdırılması sonrakı proseslər üçün mühüm zəmin yaradıb. Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlətin göstərdiyi böyük diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən tədbirlər və görülən işlər dövlətimizin bu sahəyə və insan amilinə verdiyi önəmin aydın göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, 2023-cü ildən indiyədək şəhid ailələri və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil, avtomobil və sanatoriya-kurort yollayışları ilə təmin olunması, eləcə də onlara maddi yardım göstərilməsi dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biridir.

“Bu tədbirlər dövlətin həmin kateqoriyadan olan şəxslərə göstərdiyi diqqət və qayğının konkret ifadəsidir. Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzil və digər sosial ehtiyaclarının qarşılanması istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin sosialyönümlü xarakterini bir daha nümayiş etdirir. Naxçıvanda yeni istehsal və xidmət sahələrinin yaradılması, sahibkarlığın dəstəklənməsi, iqtisadi fəallığın artırılması ilə yanaşı, şəhid ailələrinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dövlət qayğısının gücləndirilməsi muxtar respublikada həyata keçirilən yenilənmə prosesinin mühüm tərkib hissəsidir. Bütün bunlar göstərir ki, Naxçıvanda həyata keçirilən yenilənməni yalnız iqtisadi göstəricilərlə ölçmək düzgün olmazdı. Bu prosesin mühüm göstəricilərindən biri də insanların, xüsusilə şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasıdır. Dövlətimizin bu kateqoriyadan olan insanlara göstərdiyi diqqət və qayğı onların gündəlik həyatına birbaşa təsir edən mühüm amildir”, – deyə deputat vurğulayıb.

C.Məmmədov bildirib ki, iqtisadi inkişaf və sosial siyasətin paralel şəkildə həyata keçirilməsi Naxçıvanın gələcək inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Yeni istehsal sahələrinin yaradılması və sahibkarlığın inkişafı iqtisadi imkanları genişləndirirsə, şəhid ailələrinə və digər həssas kateqoriyalara göstərilən dövlət qayğısı həmin inkişafın insan amilinə və sosial rifaha yönəlməsini təmin edir. Qarşıdakı dövrdə Naxçıvanda iqtisadi fəallığın daha da artması, yeni iş yerlərinin yaradılması və sosial infrastrukturun inkişaf etdirilməsi ilə yanaşı, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlər davam etdiriləcək. Bu siyasət bütövlükdə Naxçıvanın daha dayanıqlı inkişafına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcək”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” - “Tvente” oyunu norveçli hakimlərə tapşırılıb

18:05
14 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:00
14 Avqust

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

17:55
14 Avqust

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

17:50
14 Avqust

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

17:45
14 Avqust

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara

17:40
14 Avqust

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

17:35
14 Avqust

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

17:30
14 Avqust

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi  

17:25
14 Avqust

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub

17:20
14 Avqust

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib

17:15
14 Avqust

Naxçıvanda iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlət qayğısı da xüsusi diqqət mərkəzindədir

17:10
14 Avqust

Lənkəranda sakinlərin su və kanalizasiya ilə bağlı müraciətləri dinlənilib  

17:05
14 Avqust

“CITIC Group” şirkətinin Bakıdakı süni intellekt hesablama platforması layihəsində iştirakı dəyərləndirilib

17:00
14 Avqust

Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil

16:57
14 Avqust

Prezident İlham Əliyevin Naxçıvana səfəri daha geniş siyasi və geostrateji məzmun daşıyır

16:55
14 Avqust

Ekspert: Azərbaycanda metal istehlakında artım 2035-ci ilədək davam edəcək

16:52
14 Avqust

Naxçıvan dünya əhəmiyyətli logistik mərkəzə və strateji plasdarma çevriləcək

16:50
14 Avqust

Azərbaycan dilində vikipediya üçün ilk dəfə süni intellektəsaslı alət hazırlanıb 

16:49
14 Avqust

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub

16:44
14 Avqust

Naxçıvanın inkişafına yönəlmiş genişmiqyaslı layihələr regionun gələcəyinə verilən önəmin bariz ifadəsidir 

16:17
14 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!