14 Avqust 2026 16:17
172
CƏMİYYƏT
A- A+
Naxçıvanın inkişafına yönəlmiş genişmiqyaslı layihələr regionun gələcəyinə verilən önəmin bariz ifadəsidir 

Naxçıvanın inkişafına yönəlmiş genişmiqyaslı layihələr regionun gələcəyinə verilən önəmin bariz ifadəsidir 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın katibi, “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Ramilə Mahmudova AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində sosial evlər kompleksinin təməlinin qoyulmasının və Regional DOST Mərkəzinin açılışının əhəmiyyətindən danışıb. O, bu layihələrin verəcəyi töhfələrdən söhbət açıb. Həmin müsahibəni təqdim edirik.

– Ramilə xanım, Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində sosial evlər kompleksinin təməlinin qoyulmasını və Regional DOST Mərkəzinin açılışını muxtar respublikada sosial siyasətin daha da genişlənməsi baxımından necə qiymətləndirirsiniz?

– Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində sosial evlər kompleksinin təməlinin qoyulması və Naxçıvan Regional DOST Mərkəzinin açılması sosial siyasətin insanın gündəlik həyatına birbaşa təsir göstərən iki mühüm istiqamətini – layiqli yaşayış şəraitini və sosial xidmətlərə əlçatanlığın təmin edilməsini özündə birləşdirən mühüm addımlardır.

Sosial siyasətin nəticəliliyi, ilk növbədə, onun insanların həyatında yaratdığı real dəyişikliklərlə ölçülür. İnsan üçün uyğun yaşayış mühitinin formalaşdırılması və ehtiyac duyduğu sosial xidmətlərə rahat çıxışının təmin olunması bu siyasətin mühüm göstəricilərindəndir.

Bu baxımdan Naxçıvanda sosial evlər kompleksinin inşasına başlanılması mənzil şəraitinin yaxşılaşdırılmasına, DOST Mərkəzinin fəaliyyətə başlaması isə sosial xidmətlərin müasir və vətəndaşyönümlü formada təqdim olunmasına xidmət edir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, bu iki layihə fərqli sosial ehtiyaclara cavab versə də, onların ortaq məqsədi insanın sosial rifahının və hüquqlarının daha səmərəli şəkildə təmin edilməsidir. Bu da sosial siyasətin ayrı-ayrı tədbirlərin məcmusu deyil, insanın həyat keyfiyyətinə kompleks təsir göstərən ardıcıl fəaliyyət sahəsi olduğunu nümayiş etdirir.

– Bəs, sosial evlərin inşasının əhalinin sosial rifahına, xüsusilə, aztəminatlı ailələrin həyat şəraitinə təsiri barədə nə deyə bilərsiniz...

– Mənzil insanın yalnız yaşadığı məkan deyil, həm də onun ailə və sosial həyatının sabitliyi üçün mühüm şərtdir. Təhlükəsiz və layiqli yaşayış şəraiti ailənin gündəlik həyatına, uşaqların böyüdülməsinə, ailə büdcəsinin planlaşdırılmasına və gələcəklə bağlı qərarların daha inamla qəbul edilməsinə təsir göstərir.

Bu səbəbdən sosial evlərin inşasını yalnız yeni mənzillərin yaradılması kimi qiymətləndirmək doğru olmaz. Mənzilə ehtiyacı olan ailələr üçün belə layihələr daha sabit yaşayış şəraitinə çıxış yaradır, onların sosial dayanıqlığını gücləndirir və həyat keyfiyyətinin yüksəldilməsinə zəmin formalaşdırır.

Məsələyə inklüzivlik prizmasından yanaşdıqda isə daha bir mühüm məqam ortaya çıxır. Əlilliyi olan şəxslər üçün mənzil məsələsi yalnız yaşayış sahəsinin mövcudluğu ilə məhdudlaşmır. Mənzilin və ətraf mühitin fiziki əlçatanlığı, ümumi infrastruktura maneəsiz çıxış və gündəlik ehtiyacların müstəqil şəkildə qarşılanması da nəzərə alınmalıdır.

Ona görə də müasir sosial mənzil siyasətinin keyfiyyət göstəricilərindən biri müxtəlif sosial qrupların fərqli ehtiyaclarına nə dərəcədə həssas yanaşılmasıdır. Bu yanaşma mənzil təminatını sosial müdafiənin dar çərçivəsindən çıxararaq insanların daha layiqli və müstəqil həyat sürməsi üçün şərait yaradılması müstəvisinə gətirir.

– Regional DOST Mərkəzinin Naxçıvanda fəaliyyətə başlaması sosial xidmətlərin vətəndaşlar üçün əlçatanlığı baxımından hansı yenilikləri gətirə bilər?

– DOST modelinin əsas üstünlüklərindən biri sosial xidmətləri vətəndaşa yaxınlaşdırması və onların əldə edilmə mexanizmini sadələşdirməsidir. Müxtəlif məsələlər üzrə xidmətlərin vahid məkanda “bir pəncərə” prinsipi əsasında göstərilməsi vətəndaşın vaxtına qənaət edir, əlavə müraciətlərin və prosedurların sayını azaldır.

Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlaması bu müasir xidmət modelinin Naxçıvan sakinləri üçün də əlçatan olmasını təmin edir. DOST Agentliyinin məlumatına görə, mərkəzdə sosial sahələr üzrə 159 xidmətin “bir pəncərə” prinsipi ilə, operativ, şəffaf və vətəndaş rahatlığına uyğun təqdim olunması nəzərdə tutulub.

Burada əsas məsələ yalnız xidmətlərin sayının çoxluğu deyil, onların vətəndaş üçün nə qədər rahat və anlaşıqlı təşkil edilməsidir. Çünki sosial hüququn qanunvericiliklə tanınması qədər həmin hüquqdan istifadə prosedurunun sadə və əlçatan olması da əhəmiyyətlidir.

Bu yanaşma xüsusilə yaşlı şəxslər, əlilliyi olan şəxslər, işaxtaranlar və sosial dəstəyə ehtiyacı olan digər insanlar üçün faydalıdır. Xidmətə çıxışın asanlaşdırılması sosial müdafiə mexanizmlərinin insanın real ehtiyacına daha çevik cavab verməsinə imkan yaradır.

– Ramilə xanım, bu layihələrin Naxçıvanda dövlət-vətəndaş münasibətlərinin və vətəndaş məmnuniyyətinin daha da gücləndirilməsinə təsiri barədə fikirlərinizi də bilmək istərdik...

– Dövlət-vətəndaş münasibətlərində etimadın formalaşmasında vətəndaşın dövlət xidmətindən istifadə zamanı qazandığı təcrübə mühüm rol oynayır. Müraciətin diqqətlə dinlənilməsi, aydın məlumatın verilməsi və problemin həllinə real imkan yaradılması xidmət keyfiyyətinin mühüm göstəricilərindəndir.

DOST modelində xidmətin nəticəsi ilə yanaşı, onun təqdimolunma mədəniyyətinə də xüsusi diqqət yetirilir. Operativlik, şəffaflıq, rahatlıq və vətəndaş məmnuniyyəti bir-birini tamamlayan prinsiplər kimi çıxış edir.

Sosial evlər isə bu münasibətin digər tərəfini ifadə edir. Dövlətin vətəndaşın sosial ehtiyacına konkret layihələrlə cavab verməsi sosial siyasətin gündəlik həyatda hiss olunan tərəfini gücləndirir.

Dövlət siyasətinin real təsiri vətəndaşın gündəlik həyatında nə qədər aydın hiss olunursa, dövlət-vətəndaş münasibətlərində etimad və qarşılıqlı məsuliyyət də bir o qədər möhkəm əsaslar üzərində formalaşır. Bu baxımdan vətəndaş məmnuniyyəti yalnız göstərilən xidmətin yekun qiymətləndirilməsi deyil, dövlətlə vətəndaş arasında sağlam münasibətin mühüm göstəricisidir.

– Sosial mənzil və sosial xidmətlərin eyni inkişaf gündəliyində təqdim olunması Naxçıvanın sosial-iqtisadi inkişafı baxımından nə dərəcədə əhəmiyyətlidir?

– Mən bunu Naxçıvanın inkişafına insan amilini önə çəkən kompleks və uzunmüddətli yanaşmanın mühüm göstəricisi hesab edirəm. Çünki regionun sosial-iqtisadi tərəqqisi yalnız yeni istehsal və infrastruktur obyektlərinin yaradılması ilə ölçülə bilməz. Əsas məsələ bu inkişafın insanların yaşayış şəraitinə, sosial hüquqlarından istifadə imkanlarına və ümumi həyat keyfiyyətinə necə təsir göstərməsidir.

Sosial mənzil və DOST xidmətlərinin eyni inkişaf gündəliyində yer alması da məhz bu baxımdan əhəmiyyətlidir. Sosial mənzil layiqli yaşayış şəraitinin formalaşdırılmasına, DOST modeli isə sosial xidmətlərə daha rahat və çevik çıxışın təmin edilməsinə xidmət edir. Bu iki istiqamətin paralel şəkildə inkişaf etdirilməsi sosial siyasətin insanın həm yaşayış mühitini, həm də dövlət xidmətlərindən yararlanmaq imkanlarını əhatə etdiyini göstərir.

Bu yanaşmanın Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan kimi uzunmüddətli şəhərsalma sənədində əksini tapması da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin səfər çərçivəsində Baş Planla tanış olması Naxçıvanın gələcək simasının, şəhər mühitinin və infrastrukturunun uzunmüddətli perspektivdə planlaşdırılmasına dövlət səviyyəsində verilən əhəmiyyəti göstərir.

Bu uzunmüddətli baxışın səfərdən dərhal sonra imzalanmış “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamda konkret maliyyə təminatı ilə müşayiət olunması isə xüsusilə diqqətəlayiqdir. Sərəncama əsasən, 2026–2027-ci illərdə Naxçıvanda enerji, yol və nəqliyyat, təhsil və digər infrastrukturların yenilənməsi, eləcə də abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün ümumilikdə 258 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Vəsaitin Tivi Su Elektrik Stansiyasında işlərin davam etdirilməsinə, avtomobil yollarının əsaslı təmirinə, Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksinin tikintisinə, yeni məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsinə, yaşayış binalarının və istilik təsərrüfatının təmirinə yönəldilməsi inkişafın müxtəlif istiqamətlərinin bir-birindən ayrı deyil, vahid məqsəd ətrafında əlaqələndirildiyini göstərir.

Naxçıvanın inkişafına yönəlmiş genişmiqyaslı layihələr dövlətimizin insan rifahına və regionun gələcəyinə verdiyi önəmin bariz ifadəsidir. Burada diqqəti xüsusilə cəlb edən məqam ondan ibarətdir ki, cari ehtiyacların həlli ilə yanaşı, Naxçıvanın gələcək inkişaf perspektivləri də uzunmüddətli planlaşdırma və konkret dövlət dəstəyi ilə təmin olunur.

Bu baxımdan sosial mənzil, müasir sosial xidmətlər, təhsil, nəqliyyat, enerji və digər infrastruktur istiqamətlərinin paralel inkişafı Naxçıvanda daha əlverişli və müasir yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. İnkişafın real dəyəri isə onun insanların gündəlik həyatında yaratdığı müsbət və davamlı dəyişikliklərlə müəyyən olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“CITIC Group” şirkətinin Bakıdakı süni intellekt hesablama platforması layihəsində iştirakı dəyərləndirilib

17:00
14 Avqust

Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil

16:57
14 Avqust

Prezident İlham Əliyevin Naxçıvana səfəri daha geniş siyasi və geostrateji məzmun daşıyır

16:55
14 Avqust

Ekspert: Azərbaycanda metal istehlakında artım 2035-ci ilədək davam edəcək

16:52
14 Avqust

Naxçıvan dünya əhəmiyyətli logistik mərkəzə və strateji plasdarma çevriləcək

16:50
14 Avqust

Azərbaycan dilində vikipediya üçün ilk dəfə süni intellektəsaslı alət hazırlanıb 

16:49
14 Avqust

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub

16:44
14 Avqust

Naxçıvanın inkişafına yönəlmiş genişmiqyaslı layihələr regionun gələcəyinə verilən önəmin bariz ifadəsidir 

16:17
14 Avqust

Avropa Çempionlar Kubokunun ikiqat qalibi vəfat edib

16:15
14 Avqust

MKİ İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır

16:12
14 Avqust

Nigeriyada mədəndə faciə baş verib

16:10
14 Avqust

Pakistanda 3 polis əməkdaşı həlak olub

16:08
14 Avqust

İtaliyada silah zavodunda partlayış olub

16:06
14 Avqust

Azərbaycan və Ermənistan elektrik enerjisinin ixracı və idxalı sahəsində də əməkdaşlıq edə bilər

16:00
14 Avqust

Bioloji yaşı azaltmağın yolu tapılıb

15:54
14 Avqust

Süni intellekt Sinqapurun iqtisadiyyatını Yaxın Şərq böhranından qoruyub

15:52
14 Avqust

Aİ-də kömür dövrü başa çatır

15:52
14 Avqust

Böyük Britaniyada ilin ən yüksək temperaturu qeydə alınıb

15:50
14 Avqust

Yeni üsul sement zavodlarını karbon təmizləyən maşınlara çevirəcək

15:49
14 Avqust

ABŞ məlumat mərkəzləri öz elektrik stansiyalarını qurur

15:47
14 Avqust

Qlobal enerji bazarının dəyəri 1,1 trilyon dolları keçib

15:45
14 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!