14 Avqust 2026 15:54
2036
Səhiyyə
A- A+
Bioloji yaşı azaltmağın yolu tapılıb

Bioloji yaşı azaltmağın yolu tapılıb


Sinqapur Milli Universitetinin Rəqəmsal Təbabət İnstitutunun direktoru, professor Din Ho uzunömürlülük sahəsində diqqətçəkən elmi tədqiqata imza atıb. O, təkbaşına iştirakçısı olduğu “DELTA” adlı təcrübə sayəsində bioloji yaşını 15 il azaldaraq 32-yə endirib.

“MedicalXpress” portalının məlumatına görə, gündəlik sağlamlıq göstəricilərinin zamanla necə dəyişdiyini öyrənmək istəyən professor 2024-cü ilin avqust ayından etibarən öz həyat tərzində kəskin dəyişikliklər edib və orqanizminin buna reaksiyasını real vaxt rejimində izləyib.

Professor tətbiq etdiyi həyat tərzi rejiminə hər gün təxminən 20 saatlıq oruc və müəyyən aralıqlarla 48 saatlıq tam aclıq dövrləri daxil edib. O, hər səhər 90 dəqiqəlik güc və ya kardioməşqlər edib, qidalanmasında isə tərəvəzlər, tumlar, zeytun yağı və yağsız zülalla zəngin pəhrizə üstünlük verib. Qəbul etdiyi mayelər yalnız su, mineral tərkibli su, şəkərsiz, südsüz qara qəhvə və çay ilə məhdudlaşıb. Bədən göstəricilərini anbaan izləmək üçün isə o, eyni vaxtda üç fərqli ağıllı qolbaqdan (“Whoop”, “Garmin” və “Apple Watch”) istifadə edib. 

Eksperiment nəticəsində professorun bədəninin qənd yandırmaqdan yağ yandırmağa keçid müddəti 24 saatdan 16,5 saata düşüb ki, bu da onun yaşındakı şəxslər üçün normal sayılan 36-72 saatlıq göstəricidən qat-qat sürətlidir. Onun istirahət halındakı ürək döyüntüsü dəqiqədə 65-dən 46-ya enib. Bu isə ürəyin daha effektiv işlədiyini və bərpa olunduğunu göstərir. Yuxu rejimi də əhəmiyyətli dərəcədə yaxşılaşaraq gecə yarısından axşam saat 21:00-a çəkilib, ümumi yuxu müddəti 5 saatdan 8 saata qədər artıb və dərin yuxu keyfiyyəti yüksəlib. Nəticədə, tədqiqatçılar tərəfindən hazırlanan xüsusi süni intellekt modeli Ho-nun bioloji yaşını real yaşından 15 il kiçik - 32 yaş olaraq qiymətləndirib.

“PLOS One”da dərc edilən həmin araşdırma rəqəmsal təbabət və fərdiləşdirilmiş qocalma əleyhinə tədqiqatlar sahəsində yeni bir mərhələ hesab olunur.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şükürbəylidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:22
22 Sentyabr

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib 

13:17
22 Sentyabr

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 

13:15
22 Sentyabr

“Apple” ağıllı evlər üçün yeni cihaz hazırlayır  

13:08
22 Sentyabr

“Anglo Asian Mining” qızıl hasilatı proqnozunu niyə aşağı saldı?

12:54
22 Sentyabr

IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

12:33
22 Sentyabr

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər 

12:26
22 Sentyabr

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir  

12:01
22 Sentyabr

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNƏCƏK

11:58
22 Sentyabr

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək  

11:49
22 Sentyabr

Ötən gün 51 cinayətin açılması təmin olunub

11:43
22 Sentyabr

Havada normadan artıq toz müşahidə olunur

11:41
22 Sentyabr

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

11:40
22 Sentyabr

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

11:38
22 Sentyabr

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

11:12
22 Sentyabr

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

11:11
22 Sentyabr

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

11:02
22 Sentyabr

Ağdam-Xankəndi dəmir yolu xəttinin bərpası istiqamətində işlər davam etdirilir

11:00
22 Sentyabr

Qızıl və gümüşün ucuzlaşması davam edir

10:58
22 Sentyabr

Birjalarda neft bahalaşıb

10:57
22 Sentyabr

İnsanabənzər robotlar erası başlayır: ötən il dünyada 7 min android satılıb

10:40
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!