14 Avqust 2026 08:50
163
CƏMİYYƏT
A- A+
Adına və andına sadiq qaldı

Adına və andına sadiq qaldı


1996-cı il oktyabrın 1-də, sərin bir payız günündə Goranboyun Yolqulular kəndində yaşayan Qüdrət kişinin ailəsində bir oğul övladı dünyaya gəldi. "Həmişə elə arxa, dayaq olsun" - deyib körpənin adını Qəhrəman qoydular. 

İllər yavaş-yavaş ötüb keçdikcə Qəhrəman da boya-başa çatdı. 6 yaşı olanda  valideynlərinin əlindən tutub yaşıdları ilə çiyin-çiyinə kəndlərindəki orta məktəbə  getdi. Beləcə, günlər, həftələr, aylar yavaş-yavaş ilə dönərək durna qatarı kimi ötüb keçdi. Qəhrəman həm dərslərini yaxşı oxuyur, həm də məktəbin ictimai həyatında yaxından iştirak edirdi. "Üfüqdə parıltı", "Cəsurlar", "Şahin" hərbi idman və turizm oyunlarında böyük fəallıq göstərirdi.

Qəhrəman Məmmədov 2014-cü ildə ordu sıralarına çağırıldı. O, bu günü çoxdan gözləyirdi. Gözləyirdi ki, əyninə hərbi forma geyinib ordu sıralarına yollansın, Vətənə xidmət eləsin. Qoynunda dünyaya göz açdığı torpaqları düşmənlərdən qorusun. Artıq Qəhrəman arzusuna çatmışdı. 

Doğmaları, yaxınları onu ordu sıralarına təntənə ilə yola saldılar. Qəhrəman əsgərliyə yollanarkən doğmalarına verdiyi sözə sadiq qaldı. Xidmətinin ilk günlərindən təlim-məşqlərdə fəal iştirak etdi, hərbi biliklərə dərindən yiyələndi. 

Günlər keçdikcə, xidməti davam etdikcə əsgər Qəhrəman Məmmədovun orduya, hərbi xidmətə sevgisi daha da artırdı. Silahlı Qüvvələrin sıralarında xidmət etməyi özü üçün böyük şərəf bilən Qəhrəman Vətənə xidmət etmək istəyirdi. Odur ki, ordu sıralarında qalıb müddətdən artıq həqiqi xidmət qulluqçusu kimi xidmət etmək istədiyini komandanlığa bildirdi. Etiraz etmədilər. 

Qəhrəman Məmmədov torpaqlarımızın azadlığı uğrunda döyüşməyə, igidlik göstərməyə hər an hazır idi. Onun gözlədiyi gün 2020-ci il sentyabrın 27-də gəldi. İkinci Qarabağ müharibəsi başlayanda Qəhrəman Məmmədov ön xətdə idi. Bir müddətdən sonra onları Suqovuşana göndərdilər. Bu istiqamətdə qanlı döyüşlər gedirdi. Geriyə çəkilmək istəməyən düşmən əlverişli mövqelərdə möhkəmlənərək ciddi müqavimət göstərirdi. Amma nəyin bahasına olursa olsun, yağılar geri oturdulmalıydı. 

Qəhrəman Məmmədov cəsarətlə vuruşurdu. Atdığı güllələrin biri də olsun hədəfdən yayınmırdı. Düşmən ordumuzun güclü əks-hücumları qarşısında dayana bilməyərək geri çəkilirdi. Amma Suqovuşandan geri çəkilən düşmən strateji yüksəkliklərdə mövqelər tutaraq müqavimət göstərməyə çalışırdı. Döyüşün qızğın, həlledici məqamında Qəhrəman kürəyindən yaralandı. Buna baxmayaraq, döyüş mövqeyindən çıxmadı, geri çəkilmədi, atəşi dayandırmadı. Güllələri düşmənin başına dolu kimi yağdırmağa davam etdi. Təəssüf ki, bir azdan düşmənin atdığı güllə bu dəfə onun başından dəydi. Əsgər Qəhrəman Məmmədov şəhid oldu.

Doğmaları, əzizləri göz yaşları içində onu doğulduğu Yolqulular kəndində torpağa tapşırdılar. Qəhrəman ölümü ilə də valideynlərinin, doğmalarının başını el içində uca etdi. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə"  ordeni və "Suqovuşanın azad olunmasına görə",  "Vətən uğrunda" medalları ilə təltif edildi.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıdakı civəli termometr bərpa edilib

09:00
14 Avqust

Adına və andına sadiq qaldı

08:50
14 Avqust

Şəhidliyi ilə heç zaman enməyəcəyi yüksəkliklərə ucaldı

08:40
14 Avqust

Zəfər davam edir

08:30
14 Avqust

İqlim və insan amilləri qlobal ərzaq böhranına səbəb ola bilər

08:20
14 Avqust

Azərbaycan diplomatiyasının fəallığı Cənubi Qafqazda sülhə və əməkdaşlığa yeni təkan verir

08:10
14 Avqust

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı zamanın sınağından uğurla çıxıb 

08:00
14 Avqust

"İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:16
14 Avqust

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

20:20
13 Avqust

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

20:15
13 Avqust

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

20:10
13 Avqust

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir 

20:05
13 Avqust

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi 

20:00
13 Avqust

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!