13 Avqust 2026 19:55
1899
CƏMİYYƏT
A- A+
Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 


Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfərini təhlil edərkən məntiqi ardıcıllığa diqqət yetirdikdə, səfərin məqsədlərinin kifayət qədər aydın olduğu görünür. İlk növbədə, səfərin məqsədinə baxdıqda, əsas məqsəd üç istiqamət üzrə müəyyən tədbirlərin həyata keçirilməsini təmin etmək idi. Birinci növbədə Naxçıvanın təhlükəsizliyi məsələsi ilə bağlı ciddi mesaj verildi. Hərbi hissənin yenidən qurulması, komando birliklərinin imkanlarının genişləndirilməsi və sair məsələlər Naxçıvanın təhlükəsizliyi ilə bağlı ciddi mesaj idi. İkinci istiqamət Naxçıvanın sosial-iqtisadi inkişafı, əhalinin rifahının gücləndirilməsi, müəyyən sosial layihələrin həyata keçirilməsi və sosial çağırışların həlli oldu.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyib.

“Bununla bağlı Prezident tərəfindən Sərəncam imzalandı və müxtəlif istiqamətlər üzrə məsələlərin həlli ilə bağlı 258 milyon manat vəsait ayrıldı. Bu vəsaitin içərisində həm də investisiya xarakterli məsələlər var. Məsələn, 15-16 meqavat gücündə su elektrik stansiyasının tikintisi, eləcə də sosial istiqamətli məsələlər var. Binaların mərkəzi istilik sistemi ilə təmin olunması, təmiri və sair”, - deyə ekspert bildirib.

O qeyd edib ki, üçüncü əsas məsələ Naxçıvanın qlobal layihələrdə iştirakını təmin edən infrastruktur layihələrinin həyata keçirilməsi, bununla bağlı yerli və beynəlxalq ictimaiyyətə konkret mesajların çatdırılmasıdır: “Azərbaycan, o cümlədən onun ayrılmaz parçası olan Naxçıvan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi müəyyənləşdirilib. Naxçıvan Orta Dəhlizdə hansı rol oynayacaq. Azərbaycan həmin layihələrdə investorların cəlb olunmasına müsbət baxır - bütün bunlarla bağlı konkret mesajlar verildi”.

Ekspert vurğulayıb ki, müxtəlif layihələrin həyata keçirilməsinin və qlobal layihələrin Naxçıvanın iqtisadiyyatına töhfəsi məsələsi də xüsusi əhəmiyyət daşıyır. Burada önəmli məsələlərdən biri odur ki, Azərbaycan təkcə Orta Dəhlizdən keçən yükün həcminin artırılmasını deyil, həm də bu logistika xəttindən əlavə, Orta Dəhlizdən əldə olunan iqtisadi dəyərin artırılmasında maraqlıdır. Azərbaycan həm ənənəvi, hə də alternativ enerjisini ixrac etməyi planlaşdırır. Bu dəhlizlə paralel olaraq gələcəkdə fiber-optik kabelin çəkilməsi, avtomobil yollarının inşası və sair gözlənilir. Naxçıvanda, həmçinin sənaye və istehsal imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada istehsal olunan məhsullar üçün lazım olan xammalın həmin dəhliz vasitəsilə gətirilməsi, hazır məhsulların isə bu marşrutla ixrac olunması imkanları var”.

O deyib ki, səfər çərçivəsində sənaye və enerji sahələri ilə bağlı da konkret mesajlar verilib: “Prezident Naxçıvana səfəri zaman ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək. Naxçıvanın elektrik enerjisi istehsal etmək imkanları genişdir. Burada su, istilik və Günəş enerjisindən istifadə imkanları mövcuddur. Bu istiqamətdə konkret mesajların verilməsi Azərbaycanın həm elektrik enerjisi istehsalı, həm də ixracı baxımından imkanlarını genişləndirə bilər.

Naxçıvanın turizm potensialına da diqqət çəkən iqtisadçı-ekspert bildirib ki, muxtar respublika Azərbaycanın ən böyük turizm potensialına malik olan bölgələrindən biridir. Özünün tarixi abidələri ilə çox böyük imkanlara malikdir. Naxçıvanın tarixi və mədəni irsinin, tarixi məkanlarının daha geniş tanıdılması üçün imkanlar böyükdür. Naxçıvanda turizmin inkişafı ilə bağlı verilən mesajlardan biri də mehmanxana infrastrukturunun genişləndirilməsi ilə əlaqədardır. Muxtar respublikada hotellərin hazırda müəyyən tələblərə cavab verməsi və yeni hotellərin tikintisi ilə bağlı tədbirlər görülür. Həmçinin Naxçıvanda binaların təmiri, istilik stansiyasının tikintisi, yolların çəkilməsi və digər infrastruktur layihələrinin icrasının böyükdür. Naxçıvan rayonlarını bir-birinə bağlayan yolların daha da təkmilləşdirilməsi regionun inkişafına əlavə imkanlar yaradacaq. Qazlaşdırma və digər kommunal infrastruktur məsələləri ilə bağlı da dövlətimizin başçısı tərəfindən konkret mesajlar verilib və qarşıdakı dövrdə bu istiqamətdə tədbirlərin görülməsi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
09 Sentyabr

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında

00:36
09 Sentyabr

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə görüşüb

22:02
08 Sentyabr

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!