13 Avqust 2026 15:20
1999
SİYASƏT
A- A+
Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət

Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət


Naxçıvan zəngin hərbi arsenalı, formalaşan yeni beynəlxalq logistika xəritəsindəki açar rolu ilə Azərbaycanın regional liderliyinin parlaq rəmzidir


Azərbaycanın dövlətçilik salnaməsində Naxçıvan hər zaman məğrurluq və sarsılmaz iradə qalası olub. Zaman-zaman tarixin ən ağır sınaqları ilə üz-üzə qalan, işğal təhdidlərinə və amansız blokada məngənəsinə sinə gərən bu qədim türk torpağı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərin işığında özünün yeni, möhtəşəm intibah dövrünü yaşayır. Azərbaycanın qazandığı şanlı qələbə təkcə Qarabağın və Şərqi Zəngəzurun azadlığı ilə məhdudlaşmır, həm də Naxçıvan Muxtar Respublikasının neçə illik təcridinə son qoyacaq, bütöv Türk dünyasını və qlobal ticarət marşrutlarını birləşdirəcək geostrateji zəfər günəşi tək bütün regiona şölə saçacaq.


Günnütdən Şuşaya


Döyüş meydanında yazılan qəhrəmanlıq dastanının diplomatik masadakı parlaq davamı kimi ortaya çıxan bu yeni reallıq Naxçıvanı regional təhlükəsizliyin keçilməz istehkamına və Avrasiyanın ən mühüm nəqliyyat-logistika mərkəzinə çevirir. Naxçıvandan başlayan yüksəliş, Zəngəzur dəhlizinin (TRIPP) reallaşması ilə Azərbaycanın hərbi və iqtisadi zəfərini tam layihələndirərək onu tarixi kökləri üstündə yenidən ucaldır.

Naxçıvan əsrlər boyu Azərbaycanın geostrateji dayaq nöqtəsi, Şərqlə Qərb arasında körpü rolu oynayan qədim türk yurdu olub. 1990-cı illərin mürəkkəb xaosunda, o zamankı naşı və xəyanətkar mərkəzi hökumətin etinasızlığı üzündən ağır blokadaya düşən Naxçıvan düşmən təcavüzü ilə üz-üzə qalmışdı. Lakin xalqın təkidli tələbi ilə idarəçiliyə qayıdan Ümummilli Lider Heydər Əliyev 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilərək xilaskarlıq missiyasını başlatdı. Ulu Öndərin uzaqgörən qərarları, 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi və muxtar respublikanın adından “sovet”, “sosialist” sözlərinin çıxarılması, milli müstəqilliyimizin ilk təməl daşları oldu.

Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərlə regionda tamamilə yeni hərbi-siyasi reallıqlar diktə edir. Bu yeni reallıqların mərkəzində dayanan ən mühüm geostrateji faktorlardan biri isə Zəngəzur dəhlizidir. 

Döyüş meydanında əldə edilən zəfərlər heç də təsadüfi deyil, illərlə səbirlə və dəqiqliklə həyata keçirilən ordu quruculuğu strategiyasının məntiqi nəticəsidir. Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvanda yaradılan Əlahiddə Ümumqoşun Ordu regionun coğrafi özəlliyi və birbaşa quru bağlantısının olmaması nəzərə alınaraq ən müasir hərbi texnologiyalarla təchiz edilib.

Böyük Zəfərə aparan qələbə yolunun ən mühüm addımlarından biri 2018-ci ildə Naxçıvan əməliyyatı zamanı atıldı. 2018-ci il may ayının 20-dən 27-nə qədər baş verən döyüşlərdə Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edildi. Uğurlu Naxçıvan əməliyyatı sayəsində ümumilikdə 11 min hektardan çox ərazi və Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad edildi. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Əməliyyat ordumuza İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi.

İkinci Qarabağ müharibəsində bu strateji kommunikasiyaya nəzarət imkanlarımız düşmənin hərəkət trayektoriyasını izləməyə və bir çox önəmli kəşfiyyat məlumatlarının əldə edilməsinə böyük töhfə verdi. 

Vətən müharibəsində Naxçıvan xüsusi təyinatlıları və digər hərbi birləşmələrinin döyüşçüləri ərazilərimizin işğaldan azad edilməsində böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər. 

Cari il avqustun 11-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak etdilər. 

Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması bölgədəki hərbi balansı tamamilə Azərbaycanın xeyrinə saxlayır. 

Ümumiyyətlə, yenidən qurulan hərbi hissələr, 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı və Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromu bu bölgəni istənilən təhdidə anında cavab verməyə qadir keçilməz qalaya çevirib.

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev Naxçıvanın müdafiə sahəsindəki inkişafını  belə dəyərləndirdi: “Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir... ...Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”.


Hərbi gücdən qlobal logistika qovşağına


Prezident İlham Əliyevin müzəffər liderliklə yanaşı, diplomatik masada nümayiş etdirdiyi uzaqgörənlik müharibənin hərbi nəticələrini böyük geopolitik üstünlüyə çevirdi.

Traixi Vaşinqton razılaşmasına əsasən açılacaq Zəngəzur dəhlizi Naxçıvanı təkcə nəqliyyat keçidi deyil, həm də iri logistika mərkəzlərinin, sənaye zonalarının və ticarət habının mərkəzinə çevirir. 

Naxçıvan Muxtar Respublikası bu gün həm zəngin hərbi arsenalı, həm də formalaşan yeni beynəlxalq logistika xəritəsindəki açar rolu ilə Azərbaycanın regional liderliyinin ən parlaq rəmzidir. Zəngəzur dəhlizinin tam gücü ilə fəaliyyətə başlaması isə bu tarixi missiyanı zirvələrə daşıyaraq Naxçıvanı Şərqlə Qərb, Şimalla Cənub arasında sülhün, təhlükəsizliyin və iqtisadi tərəqqinin qırılmaz bəndinə çevirəcək.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!