18 Avqust 2024 08:51
7974
İQTİSADİYYAT
A- A+
Qarabağ cəlbedici turizm məkanına çevrilir  

Qarabağ cəlbedici turizm məkanına çevrilir  

 

Qarabağ və Şərqi Zəngəzur tarixinin qədimliyi, təbiətinin əsrarəngizliyi və ələlxüsus da havasının saflığı, sularının, bitkilərinin şəfaverici olması ilə işğalaqədərki dövrdə də yerli sakinlərimizin və əcnəbilərin böyük ilgi göstərdiyi ünvanlardan olub. İşğaldan azad olunandan sonra bu ərazilərə insanların göstərdiyi maraq dəfələrlə çoxalıb. Gündən-günə Qarabağ və Şərqi Zəngəzura səfər edənlərin sayının artması isə təkcə bu yerlərin təbii gözəlliyinə görə yox, həm də xalqımızın hər bir üzvünün ürəyində müqəddəs yer tutmasına görədir. 

 

Hər kəs Şuşanı görmək istəyir

Azərbaycan dövlətinin həyata keçirdiyi geniş quruculuq-bərpa işləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə həyat gündən-günə canlanır. Təkcə bir misal gətirək ki, hətta bu gün Şuşaya ayaq basan insanlar inana bilmir ki, cəmi bir neçə il əvvəl bu şəhər xarabalıq olub. Mədəniyyət paytaxtımızda görülən  kompleks işlərin nəticəsində şəhərdə demək olar ki, hər yan abadlaşıb, Şuşa əvvəlkindən də möhtəşəm şəhərə çevrilir və gələn qonaqlarını heyran edir. Hər gün zəfər qalamızı yüzlərlə insan ziyarət edir və bu səbəbdən də Şuşanın məscidləri, tarixi, gəzməli-görməli yerləri, küçələri, hotelləri insanlarla dolub-daşır. Özü də təkcə azərbaycanlılar deyil, əcnəbi qonaqlar da böyük maraq və istəklə qədim şəhərimizə üz tuturlar. O da qürurverici məqamdır ki, Şuşa həm də ali qonaqların səfər etdiyi baş ünvan statusu qazanıb. Mütəmadi olaraq burada həm yerli əhəmiyyətli, həm də beynəlxalq tədbirlər keçirilir və mötəbər qonaqlar qarşılanır. 
Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısında Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Şimali Kipr Türk Cümhuriyyətinin prezidentlərinin, Macarıstanın Baş nazirinin, Türkiyə Respublikasının vitse-prezidentinin, Türk Dövlətləri Təşkilatının Baş katibinin, ümumiyyətlə, türkdilli dövlətlərdən olan xeyli mötəbər şəxsin iştirak etməsi də buna bariz nümunədir.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir neçə dəfə mədəniyyət paytaxtımızın fəxri qonağı olub. 

 

Səfərlərin istiqamətləri genişləndirilir

Düşmən 30 il ərzində bu əraziləri mina tarlasına çevirib və bu səbəbdən də vətəndaşlarımızın o yerlərə səfər etməsində müəyyən məhdudiyyətlər var. Amma çox sürətli bir şəkildə həmin yerlər minalardan təmizlənir və lazım olan infrastruktur qurulur, mərhələli şəkildə qayıdış gerçəkləşdirilir. Həm də müvafiq olaraq Qarabağ və Şərqi Zəngəzura turlar təşkil olunur. 
Prezident İlham Əliyevin tapşırığı ilə ilk olaraq 2022-ci il yanvarın 24-də Bakı-Şuşa-Bakı avtobus reysinin açılması ilə vətəndaşlarımızın Şuşaya mütəmadi səfərləri başladı. Sözügedən tarixdən Bakı-Ağdam-Bakı istiqaməti üzrə müntəzəm avtobus marşrutu da istifadəyə verildi. 
Böyük qayıdış proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. Belə ki, bu il aprelin 27-dən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə getməklə bərabər, artıq Laçın şəhərinə də səfər edə bilirlər. Buna görədir ki, Şuşa və Laçın şəhərlərinə fərdi avtomobil ilə turist səfərlərinin sayında xeyli artım müşahidə olunur.
Antiterror tədbirləri nəticəsində azad edilən Xankəndiyə də bir müddətdir ki, turlar təşkil olunur. 
Qarabağ və Şərqi Zəngəzurda aparılan kompleks bərpa və quruculuq işləri, dünyasəviyyəli hotellərin tikilib istifadəyə verilməsi də bu ərazilərə səfərlər üçün mühüm zəmin yaradır. Bu ərazilərdə iki beynəlxalq hava limanı (Füzuli və Zəngilan) istifadəyə verilib, Laçın Beynəlxalq Hava Limanı isə sürətlə tikilir. Bütün bunlar bölgəyə səfərlərin daha əlçatan olmasına xidmət edir. 
Artıq Azərbaycanın milli aviadaşıyıcısı AZAL Qarabağa müntəzəm reyslərə başlayıb. Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə uçuşlar həyata keçirilir.
Göründüyü kimi, hər ötən gün marşrut istqamətləri genişləndirilir və vətəndaşlarımız rahat şəkildə Qarabağ və Şərqi Zəngəzura səfər edə bilirlər. 

 

Zəngin turizm potensialı

Azad edilən ərazilərimizə səyyahlar da böyük maraq göstərirlər. Məsələn, keçən ayın 25-nə olan məlumata əsasən, Vətən müharibəsindən ötən dörd il ərzində beynəlxalq səyahətçilər böyük qruplarla Qarabağa və Şərqi Zəngəzura 10-dan artıq səfər ediblər. 
Mütəxəssislərin proqnozlarına əsasən, qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzura daha da böyük maraq yaranacaq və bu ərazilərə turist axınının olacağı gözlənilir. Buna səbəb isə həmin ərazilərin hərtərəfli turizm potensialına, məsələn, yay, qış, tarixi, mədəni, dini ziyarət, sağlamlıq turizmi və sair kimi imkanlara malik olmasıdır. 
Bir sözlə, yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzur nəinki ölkənin, hətta dünyanın ən cəlbedici turizm məkanlarından birinə çevriləcək. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!