05 İyul 2025 08:20
584
İQTİSADİYYAT
A- A+
"Qara qızıl" istehsalçısından "yaşıl enerji" ixracatçısına

"Qara qızıl" istehsalçısından "yaşıl enerji" ixracatçısına


Dünya Bankı bu istiqamətdə də Azərbaycanla əməkdaşlıq edir


Azərbaycan günü bu gün də dünyada neft-qaz istehsalçısı kimi tanınır. Vaxt olub ki, dünyada neftə olan tələbatın ödənilməsində Bakı beynəlxalq miqyasda əsas mərkəz sayılıb. Rusiyanın tərkibində olduğumuz illərdən başlayan bu mövqe müstəqilliyimiz bərpa edildikdən sonra da davam edib və neft sənayesi ölkəmizin həyatında önəmli rol oynayıb.

Bu çərçivədə dünyanın qabaqcıl transmilli şirkətləri ilə bağlanan "Əsrin müqaviləsi" ölkəmizə təkcə rifah gətirməyib, həm də siyasi müstəqilliyimizin qarantı olub. Bu gün də Azərbaycan iqtisadiyyatında neft-qaz sənayesi aparıcı sahə olaraq qalır. Ölkəmizin ixracdan əldə etdiyi gəlirlərin mühüm bir hissəsi bu sahənin hesabına formalaşır.

Ancaq dünya sürətlə dəyişdiyindən elm və texnologiyaların inkişafı yeni yanaşmalar tələb edir. Çünki sənayenin inkişafı qlobal səviyyədə insanın rifahına müsbət təsir etsə də, digər tərəfdən, varlığına təhlükə törədir. Başqa sözlə, sənayenin inkişafı, sahibkarların daha çox qazanmaq hərisliyi ekologiyaya elə zərbə vurur ki, indi beynəlxalq miqyasda onun fəsadlarının aradan qaldırılması uğrunda mübarizə aparılmasına ehtiyac yaranıb. 

Bu səbəbdən ayrı-ayrı ölkələr ətraf mühitə mənfi təsir göstərməyən "yaşıl enerji"yə keçmək üçün ciddi addımlar atırlar. Azərbaycan da bu sırada öndə gedənlər arasında yer alır. Hətta biz nəinki ölkəmiz, dünya üzrə bu istiqamətdə ciddi tədbirlərin görülməsini dəstəkləyən azsaylı dövlətlərdənik. Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi də bunu sübut edir.

Azərbaycan təkcə sözdə deyil, əməldə "yaşıl enerji"yə keçidə uğurla addımlar atır və bu proses getdikcə dərinləşir. Həmin məqsədlə dünyanın "yaşıl enerji" sahəsində ixtisaslaşan transmilli şirkətlərlə, həmçinin dünyanın nəhəng maliyyə qurumları ilə yaxından əməkdaşlıq edilir. Belə əməkdaşlığın nümunələrindən biri də Dünya Bankı ilə "Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi" üzrə kredit sazişinin imzalanmasıdır. 

Bununla bağlı düzənlənən mərasimdə çıxış edən maliyyə naziri Sahil Babayev qeyd etmişdir ki, ölkəmizin hədəfi "yaşıl enerji" ixracatçısına çevrilməkdir. Nazir həmçinin vurğulamışdır ki, Prezident İlham Əliyevin tapşırığı əsasında beynəlxalq maliyyə qurumları ilə layihənin maliyyələşdirilməsi üzrə əməkdaşlığın genişləndirilməsi çərçivəsində imzalanan kredit müqaviləsinin ölkəmizin enerji sektorunda dayanıqlı və "yaşıl enerji" mənbələrinə keçidin sürətləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və iqlim dəyişiklikləri ilə mübarizə baxımından əhəmiyyəti çoxdur. S.Babayev Azərbaycanın zəngin bərpaolunan enerji ehtiyatlarına, o cümlədən günəş, külək və hidroenerji sahəsində yüksək texniki potensiala malik olduğunu bildirərək qeyd etmişdir ki, hökumətin məqsədi ölkəni yalnız enerji istehsalçısı deyil, eyni zamanda, "yaşıl enerji" ixracatçısına çevirməkdir. Nazir onu da bildirmişdir ki, COP29 sədrliyi çərçivəsində Azərbaycan "yaşıl enerji" gündəliyinə sadiq qalaraq enerji balansında bərpaolunan mənbələrin rolunun artması, ötürmə infrastrukturunun genişləndirilməsi, enerji saxlama sistemlərinin tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərinə fəal şəkildə investisiyalar cəlb edir.

Xatırladaq ki, Azərbaycan Dünya Bankı ilə bərpaolunan enerji layihəsi üzrə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb. Həmin kredit Azərbaycanda tikilməkdə olan bərpaolunan enerji mənbələri (BOEM) üzrə stansiyalardan alınan enerjinin milli enerji sisteminə təhlükəsiz və dayanıqlı inteqrasiyasını təmin etmək məqsədilə enerji ötürücü infrastrukturunun gücləndirilməsinə yönəldiləcək. Kredit 5 il güzəşt müddəti olmaqla 15 illik şərtlərlə ayrılıb və 2039-cu ilin sonunda tam qaytarılması nəzərdə tutulur. Layihədə Azərbaycan hökumətinin iştirak payı 31,2 milyon dollardır.

İcra müddəti 4 il olan layihənin əsas məqsədi "AzərEnerji"nin enerji sisteminin səmərəliliyini artırmaq və növbəti 5 ildə BOEM-lərin elektrik ötürücü şəbəkəyə təhlükəsiz inteqrasiyasına dəstək verməkdir.

Dünya Bankının maliyyələşdirəcəyi komponentlərə 341 kilometr uzunluğunda 500 və 330 kV-luq 4 yeni elektrik verilişi xəttinin inşası, eləcə də 500/330/10 kV-luq Nəvahi yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması daxildir. Bu saziş Azərbaycana 1,8 qiqavat elektrik enerjisini şəbəkəyə inteqrasiya etmək imkanı yaradacaq.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!