13 Noyabr 2025 08:05
359
CƏMİYYƏT
A- A+
Qanunun aliliyinə möhkəm əsas yaradan sənəd

Qanunun aliliyinə möhkəm əsas yaradan sənəd


12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası ölkəmizi dünya birliyinin tamhüquqlu üzvünə çevirdi. Yeni minilliyin astanasında qəbul edilən bu hüquqi sənəd  dövlətçiliyimizin dirçəlişində tarixi əhəmiyyətə malik bir mərhələ oldu. Ölkəmizin siyasi-iqtisadi və sosial-mədəni həyatında baş verən dəyişikliklərin nəticəsi kimi formalaşan yeni Konstitusiyada respublikamızın müstəqilliyinin qorunması və möhkəmləndirilməsinə, dövlətçiliyin inkişafına xüsusi diqqət yetirilmiş, əsas prioriteti isə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi olmuşdur.

Konstitusiyamız adi hüquqi sənəd deyil, o, mahiyyət etibarilə vətəndaş cəmiyyətinin dünyaya yeni baxışının təzahürüdür. Azərbaycan Respublikasının qanunvericilik sistemində aparıcı mövqe tutan Əsas Qanun, vətəndaşlarla dövlət arasında bir növ müqavilə rolunu oynayır və dövlət aparatının özbaşına hərəkətlərindən və ya hərəkətsizliyindən hər bir şəxsi qorumaq səlahiyyətinə malikdir. Konstitusiya vasitəsilə Azərbaycan Respublikasının hər bir vətəndaşı anlayır ki, o, suveren olaraq, konstitusion quruluşun bir hissəsinə və dövlət hakimiyyətinin yeganə mənbəyinə çevrilir.

Azərbaycan Konstitusiyasını siyasi sənəd kimi də dəyərləndirmək olar, çünki o, cəmiyyətdə gedən siyasi proseslərə tənzimləyici təsir göstərir və sosial qüvvələrin, siyasi partiyaların, qrupların müəyyən qarşılıqlı nisbətini möhkəmləndirir.

Ümumillikdə isə Konstitusiyanın cəmiyyətdə nüfuzunu əhəmiyyətli dərəcədə artırmaq yalnız fəal maarifləndirici və təbliğat siyasəti vasitəsilə mümkündür. Hər bir vətəndaş Konstitusiyanı öyrənməli, onun bizə hansı hüquq və vəzifələri müəyyən etdiyini anlamalıyıq. Bu baxımdan, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü ildə imzaladığı Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında sərəncam cəmiyyətin konstitusiya dəyərlərinə olan münasibətinin gücləndirilməsini, hüquqi maarifləndirmənin artırılmasını və hüquqi dövlət prinsiplərinin daha da dərinləşdirilməsini hədəflədi. 

Konstitusiyamız tarixi ənənənin ən yaxşı elementləri ilə bərabər, müasir dövlətin səmərəli fəaliyyət mexanizmlərini də özündə birləşdirmiş və tətbiq etmişdir. Bu sənəd xalqın ali dəyərinin təcəssümüdür, onun tarixi yaddaşını, milli şüurunu və ədalətli dövlət qurmaq arzusunu birləşdirir. O, cəmiyyətin birliyinin, vətəndaş hüquqlarının qorunmasının, ölkənin gələcəyini formalaşdıran və suverenliyin etibarlı təminatçısıdır.

Azərbaycan Konstitusiyası, əsasən, xalq hakimiyyətinin yaradılmasına və təmin edilməsinə yönəldiyi üçün müasir vətəndaş cəmiyyətinin möhkəm hüquqi əsasını qoyur. Əsas Qanun Azərbaycan xalqının iradəsini əks etdirir və bu, demokratik dəyərlərin möhkəmləndirilməsinə və vaxtında sosial-iqtisadi islahatların həyata keçirilməsinə xidmət edir.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasının dəyəri təkcə vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin sosial maraqlarının ədalətli bölüşdürülməsində deyil, həm də şəxsin hüquqi azadlığının müəyyən edilməsində, dövlət hakimiyyətinin özbaşınalığının məhdudlaşdırılmasında, eləcə də ölkənin hüquq sistemində onun ali və məcburi qüvvəyə malik olmasında əksini tapmışdır.

8 noyabr tarixində biz qürurla Azərbaycanın ərazi bütövlüyünün bərpasını və tarixi Qələbəni qeyd etdik. Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli rəhbərliyi altında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkəmizin dövlət suverenliyini tam təmin etdi. Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident öz çıxışında bununla bağlı fikirlərini bildirərək qeyd edib ki, "bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq... Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır". 

Bu mühüm nailiyyət, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının bütün ölkə ərazisində, işğaldan azad olunmuş torpaqlar da daxil olmaqla, tam şəkildə tətbiqinə şərait yaratdı. Beləliklə, Konstitusiyanın ali hüquqi qüvvəsi və onun prinsipləri respublikamızın hər bir bölgəsində təmin olunaraq qanunun aliliyinə və vahid dövlət idarəçiliyi sisteminə möhkəm əsas yaratdı.


 Reyhan CƏFƏROVA,

hüquq üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!