31 Mart 2023 02:52
480
SİYASƏT
A- A+
Qan yaddaşımızın zülməti

Qan yaddaşımızın zülməti

Biz bu zülməti yarıb işığa çıxmalıyıq

Xatın faciəsi haqqında orta məktəbdə kitabdan oxuduqlarımızdan çox, müharibə iştirakçısı olan tarix müəllimimizin söylədiyi faktlar uşaq  təfəkkürümüzdə vahimə yaratmışdı. İllər sonra Belarusa səfər edərkən həmin kənddəki memorialı ziyarət etdik. "Xatın" memorial-kompleksinin müəllifləri  kəndlə birlikdə diri-diri yandırılmış və güllələnmiş 149 nəfər dinc sakinin xatirəsini əbədiləşdiriblər. 

1943-cü ildə faşistlər bu kəndi  yer üzündən siliblər. Bu gün xəritədə Xatın kəndinin adı yoxdur. Memorialı ziyarət edərkən ekskursiya rəhbərinin söylədiklərindən dəhşətə gəlmişdik, belarusların halına acımışdıq. Ağlımızın ucundan belə keçməmişdi ki, vaxtilə bənzər faciəni biz də yaşamışıq. Bilmirdik.  Amma ağılın düşündükləri ilə reallıqdakı çirkin və mənfur siyasət heç bir zaman üst-üstə düşmür, bir-biri ilə çarpaz formada kəsişirdi. 

105 il əvvəl Azərbaycanda  belə bir kəsişmə baş verib. Erməni daşnakları  dinc azərbaycanlılarla çarpışıblar. 1918-ci il martın 30-dan aprelin 3-nə kimi Bakı şəhərində və Bakı quberniyasının müxtəlif  bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni quldurları 10 minlərlə azərbaycanlını  vəhşicəsinə qətlə yetiriblər. İnsan nə dərəcədə vəhşi olmalıdır ki, evləri yandırsın?! Gözünü qan necə örtməlidir ki, insanı diri-diri oda atsın?! Bu, vandalizmin son həddidir. Bu, məqsədli şəkildə edilmiş soyqırımıdır. Bu, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, mənəviyyatına sahib çıxmaq cəhdidir.  Xatın faciəsi  bu soyqırımla müqayisədə kölgədə qalır. 

Mart soyqırımı Xatın faciəsindən onunla fərqlənir ki, Azərbaycan xalqı dinc dövrdə erməni faşistlərinin insanlıqdan kənar, vəhşi hərəkətlərinin qurbanı olublar. Xatında baş verən vəhşilik isə İkinci Dünya müharibəsinin "yadigarı"dır.  31 mart soyqırımı bir millətin varlığına sui-qəsd deməkdir,  bütövlükdə insanlığa yönəlmiş amansızlıqdır. Mart soyqırımı Xatın faciəsindən bir  də onunla fərqənir ki, Xatın yerləyeksan olub, kənddə bir kimsə qalmayıb, 149 nəfər torpağa gömülüb.  Azərbaycanda isə kütləvi qırğın olub. 

Bu gün həmin soyqırımdan 105 il keçir. 105 ildir hər gələn nəsil keçmişə boylanıb ata-babalarının faciəsinə köks ötürür, bir millətin digər millətə olan nifrətinin soyqırıma əl atacaq qədər amansız olmasından dolayı dəhşətə gəlir. 105 ildir Quba kütləvi qəbiristanlığında narahat ruhlar dolaşır. Narahat  və didərgin ruhların "haray"ı amansız olur. Xatın  heykəlləşmiş daşlarda, gipslərdə yaşayır. Orada ruhlar da daşa dönüb artıq.  Amma  Azərbaycan dövlətinin qətiyyəti və Azərbaycan xalqının namusu, qeyrəti  31 mart soyqırımının  "doğduğu" ruhların daşlaşmasına icazə verməyəcək.

Xatın faciəsi  31 Mart Soyqırımından onunla fərqlənir ki, orada baş verən faşizmin vəhşiliklərini dünya görür, "kədərlənir", "göz yaşı axıdır". İllərdir Azərbaycan ictimaiyyəti və xalqı Azərbaycanda soyqırımının baş verdiyini beynəlxalq səviyyədə sübut edirlər. Amma ikili standartlarla yaşayan dünyanın kar olmuş qulaqlarını, kor olmuş gözlərini açmaq hələ ki "daşa dirənib". Halbuki bu, təkcə Azərbaycanın qan yaddaşı deyil, bütün bəşəriyyətin qanlı faciəsidir. Sovetlər zamanı bu soyqırımı haqqında məlumatsız olmuşuq, daha doğrusu, erməni havadarları  faciənin üstüörtülü qalması üçün hər cür əmələ əl ataraq bizə onu unutdurmağa  çalışıblar, söz deməyə, haqqımızı istəməyə imkan verməyiblər. Necə deyərlər, "qazan ağzıbağlı qaynayıb".  

Amma indi bu məsələdə kimsə qarşımızda duracaq  gücdə deyil. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, "Biz ermənilərdən fərqli olaraq soyqırımı adı ilə xaricdən maliyyə yardımı almırıq, məqsədimiz həqiqətləri dünyaya çatdırmaqdır". Məşhur diplomatlardan biri deyib: "Danışmaq lazımdır ki, həqiqət açılsın". Və biz illərdir danışırıq, göstəririk, sübut edirik. Yaddaşımızın qanlı səhifəsini dünyanın gözünə soxuruq. Amma nədənsə dünyanın buz kimi soyuq gözü heç nə görmək istəmir.  

Qan yaddaşının  oyanması amansız olur. Azərbaycan xalqının da qan yaddaşına hopmuş qətllər, cinayətlər, soyqırımlar vaxt gələcək ki, dünyanın gözünə batacaq.  Erməni daşnaklarının əli ilə cəhənnəmini görən bu xalq 31 Mart Soyqırımının da heyfini alacaq. Necə ki, 30 ildən sonra Qarabağ işğaldan azad edildi, Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə Zəfər yazıldı. Gün gələcək ki, bu xalq, bu millət soyqırımın da Zəfərini yaşayacaq. Bax o zaman  Azərbaycanın başı üzərində dolaşan  ruhlar rahat olacaqlar. Qan yaddaşının oyanışı ruhun sakitliyidir, sükutun harayıdır. Gün gələcək  haray çəkən bu sükut  pozulacaq. O zaman  dünyanın  kor gözü açılacaq, kar qulağı eşidəcək.  105 il əvvəl Azərbaycanda yaşanan soyqırımı insanlığın ləkəsidir. Bu ləkəni silmək Azərbaycan dövlətinin  əlləri ilə olacaq.  Azərbaycan xalqının şərəfi ötən əsrdə baş vermiş faciənin izlərinin gələcək nəsillərin əli ilə silinməsinə icazə verməyəcək. 
Biz hər il bu günlər ötənlərə qayıdırıq ki, şüurlu surətdə keçmişimizə düşmüş qan ləkəsini silməyin yollarını arayaq, torpaq altında uyuyan minlərlə soydaşımızın ruhuna and içək. O günlərə dönürük ki,  ölməyən ümidimizin işığını artıraq, qaysaq bağlamayan yaramızın qanını dayandırmayaq, əks halda, qan yaddaşımız ölər.  Mart soyqırımı qan yaddaşımızın zülmətidir.  Biz  bu zülməti yarıb işığa çıxmalıyıq. Biz məhz bu işığa təşnəyik. Bu təşnə hər gün dodağımızı çatladır. 

Tarix sübut edib ki,  qanlı çarpışmalarda, savaşlarda daha çox əzilən, daha çox qanı axan, yerə yıxılan tərəfin ayağa qalxması möhtəşəm  olur. 105 il əvvəlin soyqırımı bəlkə də  Allahın Azərbaycan xalqına verdiyi sınaqdır. Bizi bu sınaqdan çıxaran məhz çatlamış dodaqlarımızın qələbə təşnəsi olacaq!

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!