29 Dekabr 2025 00:35
144
DÜNYA
A- A+
Putinlə Tramp arasında telefon danışığı bir saatdan çox davam edib  

Putinlə Tramp arasında telefon danışığı bir saatdan çox davam edib  


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və 1 saat 15 dəqiqə davam edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, liderlər Ukrayna məsələsini müzakirə edib, ABŞ Prezidentinin ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlarından sonra yenidən telefon danışığı aparmaq barədə razılığa gəliblər. Söhbət zamanı Rusiya prezidenti Ankoricdə, eləcə də əvvəlki ikitərəfli təmaslar çərçivəsində əldə olunmuş anlaşmaların gələcəkdə də əsas götürülməsinin prinsipial əhəmiyyətini vurğulayıb.

Y.Uşakovun sözlərinə görə, Vladimir Putin Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasının xüsusi yaradılacaq təhlükəsizlik və iqtisadiyyat məsələləri üzrə iki işçi qrup çərçivəsində davam etdirilməsi təklifini dəstəkləyib. Eyni zamanda, döyüş əməliyyatlarının tam dayandırılması üçün Rusiyanın Kiyevdən Donbasla bağlı siyasi qərar gözlədiyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Putinlə Tramp arasında telefon danışığı bir saatdan çox davam edib  

00:35
29 Dekabr

Ukrayna Silahlı Qüvvələri: Qulyapole şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilməyib  

23:18
28 Dekabr

Tramp Zelenksi ilə görüş öncəsi Putinlə danışıb  

23:17
28 Dekabr

Türkiyəli ekspert: Azərbaycana qarşı qərəzli məhdudiyyətlərin davam etdirilməsi elementar hüquqi məntiqə ziddir

22:47
28 Dekabr

Mark Rutte: Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın  

21:48
28 Dekabr

BDYPİ əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib  

21:03
28 Dekabr

Naxçıvana 35 santimetr qar yağıb  

19:44
28 Dekabr

Şuşaya mövsümün ilk qarı yağıb

17:54
28 Dekabr

Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycan idmanını tarixi zirvələrə yüksəldib

17:04
28 Dekabr

Türkiyə dünya aviasiya tarixində ilkə imza atıb  

16:47
28 Dekabr

Laçında qarlı hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır VİDEO  

15:42
28 Dekabr

Polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar  

15:26
28 Dekabr

Ağdərədə yollar xüsusi texnikalarla təmizlənir

14:36
28 Dekabr

Yol polisi dağlıq ərazilərdə mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

14:13
28 Dekabr

Cəbrayıl şəhərinə və Horovlu kəndinə mövsümün ilk qarı yağıb  

13:47
28 Dekabr

Laçın şəhəri ağ örpəyə bürünüb, qarın hündürlüyü 5 santimetrə çatıb 

13:30
28 Dekabr

Sabahın hava proqnozu – bəzi rayonlara qar yağacaq

13:16
28 Dekabr

Azərbaycan bəstəkarının əsərləri Ankarada Atatürkün xatirəsinə həsr olunmuş konsertdə səsləndirilib

12:41
28 Dekabr

AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib  

11:48
28 Dekabr

Bu gün vəkillərin peşə bayramı günüdür  

11:31
28 Dekabr

Naxçıvanda qarın hündürlüyü 29 santimetrə çatıb 

11:02
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!