28 Dekabr 2025 11:31
160
CƏMİYYƏT
A- A+
Bu gün vəkillərin peşə bayramı günüdür  

Bu gün vəkillərin peşə bayramı günüdür  


Bu gün Azərbaycanda vəkillərin peşə bayramıdır.

AZƏRTAC xatırladır ki, Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də imzaladığı Sərəncama əsasən, hər il dekabrın 28-i ölkəmizdə vəkillər üçün peşə bayramı – Vəkil Günü kimi qeyd edilir. Bu tarix yalnız peşə sahiblərinin gündəlik zəhmətinə dəyər vermək deyil, həm də hüquqi dövlətin institusional inkişafında vəkilliyin əhəmiyyətini vurğulamaq baxımından mühüm məna daşıyır.

Azərbaycan Vəkillər Kollegiyası ölkədə bütün vəkilləri birləşdirən, qeyri-dövlət, müstəqil, özünüidarə edən təsisatdır. Kollegiya Azərbaycan SSR dövründə 1980-ci ildə təsdiq edilən Əsasnamə ilə formalaşıb, müstəqillik dövründə isə tam olaraq yenilənib. 2004-cü il noyabrın 3-4-də Bakıda keçirilən təsis yığıncağı ilə yeni Vəkillər Kollegiyası yaradılıb və bu proses ölkəmizdə müasir və müstəqil vəkillik institutunun formalaşmasında ciddi dönüş nöqtəsi olub.

Vəkillər Kollegiyasının əsas missiyası hər bir şəxsin hüquq və azadlıqlarının müdafiəsini təmin etmək, vətəndaşlara peşəkar, keyfiyyətli və vicdanlı hüquqi yardım göstərmək, eyni zamanda vəkillik peşəsinin nüfuzunu qorumaqdan ibarətdir. Bu funksiyalar Azərbaycanın Konstitusiyasında təsbit olunan ədalət mühakiməsi, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərinin gerçəkləşdirilməsində mühüm rol oynayır.

2018-ci ildən etibarən ölkədə aparılan hüquqi islahatlar çərçivəsində vəkillik institutu yeni inkişaf mərhələsinə daxil olub. Xüsusilə, Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı bu sahənin modernizasiyası baxımından tarixi sənəd hesab edilir. Sərəncamda vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardımın təmin edilməsi, güclü və nüfuzlu vəkillik təsisatının formalaşdırılması dövlət siyasətinin prioritetləri kimi müəyyən olunub.

Bu dövrdə həyata keçirilən tədbirlər nəticəsində vəkillik institutunun maddi-texniki bazası gücləndirilib, dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişlərin məbləği 3 dəfə artırılıb, regionlarda vəkillik fəaliyyətinin genişləndirilməsi istiqamətində addımlar atılıb, gənc hüquqşünasların vəkilliyə cəlb olunması üçün şərait yaxşılaşdırılıb.

Eyni zamanda, Vəkillər Kollegiyasının üzvlük sayı dinamik şəkildə artıb, yeni nəsil hüquqşünaslar peşəyə inteqrasiya olunub, peşə hazırlığı və etik standartların yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilib.

Vəkillər Kollegiyası son illərdə şəffaflıq, hesabatlılıq, peşəkarlıq və etik davranış standartlarının möhkəmləndirilməsi istiqamətində sistemli addımlar atıb. İxtisas imtahanlarının müntəzəm keçirilməsi, davamlı təlim proqramları, beynəlxalq təşkilatlarla əməkdaşlıq, regionlarda maarifləndirmə tədbirləri bu sahədə aparılan siyasətin əsas istiqamətləridir.

Həmçinin Kollegiya cəmiyyətin hüquqi maarifləndirilməsi, sosial həssas qrupların müdafiəsi və pulsuz hüquqi yardım təşəbbüsləri ilə də seçilir. Bu fəaliyyət vəkillərin yalnız hüquqi institut kimi deyil, həm də ictimai məsuliyyət daşıyan peşə icması kimi rolunu gücləndirir.

Vəkilliyin institusional inkişafı, cəmiyyətin hüquqi müdafiə mexanizminin səmərəliliyi və hüquq sisteminin ümumi keyfiyyəti ilə birbaşa əlaqəlidir. Müstəqil, peşəkar, nüfuzlu vəkil korpusu ədalət mühakiməsinin ədalətli icrası, insan hüquqlarının müdafiəsi və demokratik idarəçiliyin əsas komponentidir.

Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və Kollegiyanın Nizamnaməsi ilə tənzimlənir ki, bu da təsisatın hüquqi çərçivəsinin sabit, şəffaf və demokratik prinsiplərə əsaslanmasını təmin edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib  

21:03
28 Dekabr

Naxçıvana 35 santimetr qar yağıb  

19:44
28 Dekabr

Şuşaya mövsümün ilk qarı yağıb

17:54
28 Dekabr

Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycan idmanını tarixi zirvələrə yüksəldib

17:04
28 Dekabr

Türkiyə dünya aviasiya tarixində ilkə imza atıb  

16:47
28 Dekabr

Laçında qarlı hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır VİDEO  

15:42
28 Dekabr

Polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar  

15:26
28 Dekabr

Ağdərədə yollar xüsusi texnikalarla təmizlənir

14:36
28 Dekabr

Yol polisi dağlıq ərazilərdə mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

14:13
28 Dekabr

Cəbrayıl şəhərinə və Horovlu kəndinə mövsümün ilk qarı yağıb  

13:47
28 Dekabr

Laçın şəhəri ağ örpəyə bürünüb, qarın hündürlüyü 5 santimetrə çatıb 

13:30
28 Dekabr

Sabahın hava proqnozu – bəzi rayonlara qar yağacaq

13:16
28 Dekabr

Azərbaycan bəstəkarının əsərləri Ankarada Atatürkün xatirəsinə həsr olunmuş konsertdə səsləndirilib

12:41
28 Dekabr

AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib  

11:48
28 Dekabr

Bu gün vəkillərin peşə bayramı günüdür  

11:31
28 Dekabr

Naxçıvanda qarın hündürlüyü 29 santimetrə çatıb 

11:02
28 Dekabr

Xankəndiyə ilk qar yağıb

10:48
28 Dekabr

Kəlbəcərdə qarın hündürlüyü 15, yüksək dağlıq ərazilərdə isə 35 santimetri keçib

10:28
28 Dekabr

Peruda güclü zəlzələ qeydə alınıb  

10:16
28 Dekabr

Texasda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib  

10:01
28 Dekabr

Media: ABŞ deportasiyaları sürətləndirmək üçün Venesuela ilə müharibə ehtimalını araşdırır  

09:37
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!