08 İyul 2025 08:30
645
CƏMİYYƏT
A- A+
"Psixologiya Zirvəsi - 3" beynəlxalq konfransı keçirilib

"Psixologiya Zirvəsi - 3" beynəlxalq konfransı keçirilib


5-6 iyul tarixlərdə Bakı Slavyan Universitetində (BSU) "Psixologiya Zirvəsi - 3. Şəxsiyyət və Suverenlik: fərdi və milli kimliyin psixoloji aspektləri" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir BSU, Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konfransda BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Müasir Azərbaycan Psixoloqları Cəmiyyətinin sədri  Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Yıldız Teknik Universitetinin rektorunun müşaviri professor Mehmet Engin Deniz, dosent Ümit Arslan, professor Elmar Hüseynov, dosent Murat Artıran, dosent Gülnarə Həsənova, uzman psixiatr Elmir Təhməzov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Təlim və Tədqiqatlar Departamentinin Tibb müəssisələrində təlimlərin idarə olunması şöbəsinin müdiri Emil İskəndərov, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti və Bakı Sağlamlıq Mərkəzinin Psixosomatika şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Araz Manuçehri Lalei və digər mütəxəssislər  iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla anılması ilə başlanıb.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Azərbaycan psixoloqlarını bir araya gətirən III Beynəlxalq Psixologiya Zirvəsi Konfransına 2-ci dəfə evsahibliyi etməkdən məmnunluğunu bildirərək, konfransın  "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirildiyini vurğulayıb. Rektor A.Nağıyev konfransın əsas istiqamətlərindən biri kimi milli kimliyin psixoloji aspektləri məsələsinin gündəmə gətirilməsinin xüsusi önəm daşıdığını qeyd edib, milli kimliyin formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. A.Nağıyev suverenliyin milli kimlikdə əhəmiyyətindən danışıb. 

Milli Məclisin deputatı, Müasir Azərbaycan Psixoloqları Cəmiyyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev çıxışında şəxsiyyətin psixoloji xüsusiyyətlərinin suverenlik kontekstində təhlilinə toxunub. Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasında oynadığı rolu xüsusi qeyd edib.

Professor Bəxtiyar Əliyev Azərbaycanda psixologiya elminin formalaşma mərhələləri, bu sahədə aparıcı alimlərin rolu və beynəlxalq miqyasda psixologiya elminin inkişaf dinamikasından söhbət açlb. O, psixologiya elminin Azərbaycanın sosial-mənəvi inkişafında və əhalinin psixi durumunda strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov çıxışında Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin elm sahəsində də özünü göstərdiyini bildirib. O, institutun Türkiyənin aparıcı universitetləri ilə illərdir psixologiya sahəsində uğurlu təcrübə və bilik mübadiləsi apardığını söyləyib.

Yıldız Teknik Universitetinin rektorunun müşaviri, professor Mehmet Engin Deniz, TƏBİB-in nümayəndəsi Emil İskəndərov və ATU-nun Psixiatriya kafedrasının dosenti Araz Manuçehri Lalei çıxışlarında konfransın elmi və praktiki əhəmiyyətindən bəhs ediblər.

İkigünlük tədbir çərçivəsində müasir psixoloji yanaşmalar, psixoterapevtik metodlar, cəmiyyətin psixi rifahı, fərdi və milli identiklik, ailə psixologiyası, təhsil psixologiyası, uşaqlarda inkişaf problemləri və digər aktual mövzular ətrafında təqdimatlar edilib. 

Professor Bəxtiyar Əliyev "Psixologiyada şəxsiyyət və suverenlik məsələsi", fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov "Zorakılıqsız ailə modeli: psixoloji müdaxilə və profilaktika yolları", professor Mehmet Engin Deniz "İş həyatında tükənmişlikdən xoşbəxtliyə: pozitiv psixologiyanın gücü", professor Elmar Hüseynov "Karyera planlama və özünü inkişaf etdirmə psixologiyası", dosent Ümit Arslan "Zor zamanlara hazırlıqlı olmaq: məktəblərdə itki və yas", dosent Gülnarə Həsənova "Neyroqrafika: şüurun transformasiya üsulu kimi", uzman psixiatr Elmir Təhməzov "Boşanmanın dinamikası", klinik psixoloq Narınc Rüstəmova "2024-cü ildə Azərbaycanda aparılan araşdırma əsasında uşaqlarda autizmin başlanğıcına təsir edən risk faktorlarının təhlili", psixoloq Ülviyyə Nəhmətova "Həll mərkəzli terapiya", sosial psixoloq Ülkər Zalova-Nuriyeva "Nəzəriyyədən dataya: psixoloji tədqiqatlarda yeni dövr", defektoloq-loqoped Səbinə Oruc Eyyub isə "Nitqin səslərlə imtahanı: dislaliyanın kök nöqtələri və bərpa strategiyaları" mövzularında elmi çıxışlar ediblər.

Konfransın bağlanış mərasimində tədbirin elmi və təşkilati uğurları yüksək qiymətləndirilib, gələcək illərdə bu ənənənin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Tədbir iştirakçılarla xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!