06 Avqust 2024 09:12
1124
Oxucu məktubları
A- A+

Problem operativ həll edildi

 

Məsələnin kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, vətəndaşları narahat edən və həlli mümkün olan hər bir müraciətə həssaslıqla yanaşılmalıdır. Tərtər rayonunda icra başçısının keçirdiyi səyyar qəbul-görüşlərin əsas məqsədi belədir. Bu görüşlərdə rayon rəhbəri ilə yanaşı, idarə və müəssisə, təşkilat rəhbərlərinin  iştirakı hər bir müraciəti dərhal araşdırıb operativ tədbir görməyə kömək edir. 
Bu günlərdə kəndimizdə keçirilən qəbul-görüş zamanı mən yuxarıda deyilənlərin şahidi oldum.
Xeyli vaxt idi ki, evimin yaxınlığında qəzalı vəziyyətdə olan elektrik dirəkləri və naqilləri küləkli havada təhlükə törədirdi. Müraciətim əsasında operativ olaraq elektrik dirəkləri dəyişdirildi, yararsız naqillər yenisi ilə əvəz olundu, elektrik naqillərinə toxunan ağaclar isə budanaraq ərazidən təmizləndi.
Xırda məsələlərin vaxtında həlli böyük problemlərin yaranmasının qarşısını alır. 

Elbrus MURADOV,
Tərtər rayonu Səhlabad kənd sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video