05 Noyabr 2025 08:10
441
CƏMİYYƏT
A- A+
Prezidentin çağırışı

Prezidentin çağırışı


Dövlət başçısı alimləri bərpaolunan enerji layihələrində fəal iştiraka dəvət etdi 


İndi elə bir beynəlxalq tədbir, yaxud mötəbər yığıncaq yoxdur ki, orada enerji keçidindən söhbət getməsin. Ənənəvi enerji növlərinin bərpaolunan enerjiyə yol verməsi,  ikincinin  istehsalı, nəqli, istehlakı hazırda bütün dünyanı  düşündürən və məşğul edən məsələdir. 

Bərpaolunan enerji Azərbaycanın da iqtisadi siyasətinin mərkəzində dayanan prioritetlərdəndir. Odur ki, bu istiqamətdə qısa zamanda nəzərə çarpan irəliləyişlər baş verib. 

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında da bu mövzuya toxunması təsadüfi deyil. Dövlət başçısı vurğulayıb ki, bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır və  burada da Azərbaycan ön sıralardadır. 

Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri həqiqətən də   genişmiqyaslıdır. Təkcə işğaldan azad olunmuş ərazilərimizdə  həmin istiqamətdə  görülən işləri qeyd etmək kifayətdir. Məlum olduğu kimi, Prezidentimiz  Qarabağı və Şərqi Zəngəzuru "yaşıl enerji" zonası elan edib.  Orada  indiyədək bir sıra bərpaolunan eneji layihələri uğurla icra edilib ki, bu da qarşıya qoyulan hədəflərə  doğru inamlı addımları göstərir. Cari ilin avqust ayında Kəlbəcərdə istifadəyə verilən üç yeni kiçik su-elektrik stansiyasının (KSES) açılışı ilə Qarabağ və Şərqi Zəngəzurda bu cür enerji obyektlərinin sayı ümumilikdə 38-ə, ümumi gücü isə 307 MVt-a çatıb. Həmin stansiyaların əksəriyyətinin açılışında Prezident İlham Əliyevin iştirak etməsi onların önəminə bir daha diqqət çəkir. 

İndi bu  sıraya "Şəms" və "Üfüq" də qoşulacaq. Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan "Şəms" və "Üfüq" Günəş-Elektrik stansiyalarının təməlini qoyub. Bu layihə ölkəmizin "yaşıl enerji" strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsinin zənginləşməsinə xidmət edir.

Bu layihələr  2024-cü ilin mart ayında Energetika Nazirliyi ilə "Nobel Energy" şirkəti arasında imzalanan 100 MVt gücündə günəş-elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən  həyata keçirilir.  Keçən  il həmçinin  bərpa-olunan enerji mənbələrinin inkişafı üçün Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi ayrılıb. Bu çərçivədə "Clean Energy Cəbrayıl" MMC üçün 135 hektardan çox, "Enerso Cəbrayıl" MMC üçün 93 hektardan çox ərazi müəyyən edilib. Cari ilin aprel ayında  isə Azərbaycan Respublikası hökuməti "Enerso Cəbrayıl" MMC ilə 50 MVt gücündə "Üfüq" Günəş-Elektrik Stansiyası, "Clean Energy Cəbrayıl" MMC ilə  "Şəms" Günəş-Elektrik Stansiyası layihələri üzrə investisiya müqavilələri bağlayıb.

Hər iki stansiyanın 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Nəzərdə tutulduğuna görə, "Şəms" və "Üfüq" Günəş-Elektrik stansiyalarında ildə ümumilikdə 206 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək.  Nəticədə hər il təxminən 44 milyon kubmetr təbii qaza qənaət olunacağı, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir.

Ölkəmizin ən böyük günəş-elektrik stansiyası da işğaldan azad olunmuş ərazilərimizdə   inşa edilir.  Belə ki, hazırda Cəbrayıl rayonunda  240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyasının tikinti işləri  aparılır. İşlər nəzərdə tutulmuş qrafikə uyğun irəliləyir. Ölkəmizdə ən iri neft, qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkətinin tikdiyi bu stansiyanın təməli keçən il Bakıda COP29-un davam etdiyi vaxt qoyulub. Yekun investisiya qərarı isə bu ilin iyun ayında qəbul edilib.

Xatirladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin tanınmış "Masdar" şirkətinin sərmayəsi ilə Bakıda tikilən 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası artıq iki ildir fəaliyyətdədir. Bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə qoyuluş gücü 240 MVt olan Xızı-Abşeron Külək-Elektrik Stansiyası layihəsini reallaşdırmaqdadır. 

2023-cü il oktyabrın 26-da "Qaradağ" stansiyasının açılış mərasimi çərçivəsində dövlət başçısının iştirakı ilə Azərbaycan hökuməti və "Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunda 315 MVt gücündə günəş-elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək-elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur. 

Prezident İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası da "yaşıl enerji" zonası elan edilib və burada da həmin istiqamətdə  layihələrin inkişafına böyük potensial var. Bir sözlə, ölkəmizin bir çox bölgəsində bu iş yaxın gələcəkdə daha geniş vüsət alacaq.

Dövlət başçısı AMEA-nın yubileyinə həsr olunmuş yığıncaqda "Bütövlükdə 2030-cu ilə qədər günəş, külək və su-elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir" demişdir və Azərbaycan alimlərini də bu işdə fəal olmağa  çağırmışdır.


Flora SADIQLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!