05 Oktyabr 2024 08:00
605
SİYASƏT
A- A+
Prezident milli hədəfləri bəyan etdi 

Prezident milli hədəfləri bəyan etdi 


"Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Beynəlxalq hüquqa sadiq subyekt olaraq biz başqa dövlətlərin daxili işinə, o cümlədən dövlətlərarası münasibətlərə qarışmırıq". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, Azərbaycan BMT Nizamnaməsində ifadə olunan məqsədlərə hörmətini ifadə edərək, habelə beynəlxalq hüququn dövlətlərin əməkdaşlığını prinsip tutaraq dünya xalqlarının dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməsini Konstitusiyada təsbit edib və dəstəkləyir. Həmçinin region dövlətləri, o cümlədən Ermənistanla bəlli şərtlər daxilində ən qısa zamanda sülh müqaviləsinin imzalanmasını və mehriban qonşuluq münasibətlərinin qurulmasını arzulayır, lakin bunun üçün İrəvan qonşularına onların beynəlxalq hüquqla tanınmış hüquqlarına, suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşmalı, bu günə qədər törətdiyi çoxsaylı cinayətlərə görə məsuliyyətini dərk edərək aidiyyəti addımları atmalıdır. Ermənistanın Azərbaycanla münasibətinin normallaşdırılması üçün atacağı real addımlar sırasında, təbii ki, ilk növbədə ötən əsrin 80-ci illərinin sonunda tarixi Azərbaycan torpaqları olan müasir Ermənistan ərazisindən işgəncələrə, insan ləyaqətini alçaldan digər üsul və vasitələrə əsaslanan etnik təmizləmə yolu ilə ata-baba yurdundan didərgin salınan azərbaycanlıların haqlarının tanınması dayanmalıdır. "Çünki sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzurda törədilən çoxsaylı cinayətlər, o cümlədən işğal və təcavüzün kökündə məhz Ermənistanın hazırda beynəlxalq hüquqla tanınan torpaqlarında - Qərbi Zəngəzur, Göyçə, İrəvan, Dərələyəz və digər torpaqlarımızda soydaşlarımıza qarşı törətdiyi çoxsaylı cinayətlərin cəzasız qalması dayanır. Bu gün beynəlxalq hüquq da, ədalət də onu tələb edir ki, qərbi azərbaycanlılar ata-baba yurdlarına qayıdaraq özündə mülkiyyət hüququndan digər çoxsaylı təməl haqlarına qədər ehtiva olunan zəruri reallığı bərpa edə bilsin. Məsələ burasındadır ki, Ermənistan bu prosesə beynəlxalq hüququn aliliyi, yaxud tarixi ədalətin bərpası zəminində deyil, uydurma miflər üzərində dayanan "böyük Ermənistan" xülyasının fiaskosu kimi yanaşır. Təsadüfi deyil ki, başda Nikol Paşinyan olmaqla bu günə qədər heç bir hay rəsmisi qərbi azərbaycanlıların qayıdış hüququna müsbət yanaşma nümayiş etdirməyib, əksinə, bu prosesin istənilən formada, istənilən platformada istənilən danışıqların mövzusu olmaması üçün bütün vasitələrə əl atmaqdadırlar. Lakin Azərbaycan vətəndaşlarının təməl haqlarında ehtiva olunan, 30 il davam etmiş işğal və təcavüzə yol açmış bu tarixi ədalətsizliyin sona çatması və haqqın bərqərar olunması qərbi azərbaycanlıların doğma yurdlarına qaytarılmasında israrlıdır. Ermənistan hakimiyyəti, o cümlədən baş nazir Paşinyan dəfələrlə bu tezisi manipulyasiya edərək Azərbaycanın Ermənistana ərazi iddiaları, yaxud yeni müharibə başlamaq niyyəti kimi qlobal mühitə servis etməyə çalışsa da, lakin aydındır ki, Azərbaycan Konstitusiyasının 9-cu maddəsində ifadə edildiyi kimi, başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli yolu kimi müharibəni rədd edir", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan Ermənistanla və digər beynəlxalq hüquq subyektləri ilə münaqişə tərəfdarı deyil. Eyni zamanda Azərbaycan hər hansı qonşusunun beynəlxalq hüquqla tanınan ərazilərinə qarşı iddia irəli sürmək niyyətində də deyil: "Təbii ki, tarixi reallıqların dəyişdirilməsi, saxta tarix uydurulmasının əleyhinəyik və heç bir azərbaycanlı müasir Ermənistan ərazilərinin tarixi Azərbaycan torpaqlarının olduğunu unutmamalıdır. Bu, bizim qan yaddaşımızdır və bir zamanlar Xalq Cümhuriyyətinin, eləcə də Ulu Öndər Heydər Əliyevə qədər və ondan sonrakı Sovet Azərbaycanının rəhbərlərinin və AXCP-Müsavat cütlüyünün yol verdiyi və ərazi itkilərinə səbəb olan xəyanətkar səhvlərin təkrarlanmaması üçün vacibdir. Bu, Ermənistana qarşı ərazi iddiaları deyil, əgər Azərbaycan Ermənistanın hazırda beynəlxalq hüquqla tanınan ərazilərinə iddialı olsaydı, Vətən müharibəsində şərti sərhədlərə çatdıqdan sonra irəliləməkdə davam edərdi. Göründüyü kimi, Ermənistanın irəli sürdüyü qeyri-adekvat və praqmatik olmayan reallıqlar yalnız və yalnız Qərbi Azərbaycana qayıdışı əngəlləməyə hesablanıb. Təbii ki, Ermənistan hakimiyyəti və dövləti regionda reallıqları diktə etmir və heç bir qüvvə qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıtması qarşısında əngələ çevrilə bilməz". 

B.Məhərrəmovun sözlərinə görə, Prezident İlham Əliyev Aşıq Ələsgərə ucaldılmış abidənin açılışındakı çıxışında qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdacaqlarını deməsi üçün kifayət qədər ciddi əsaslar var: "Ölkə rəhbərinin ifadə etdiyi kimi, qərbi azərbaycanlıların qayıdışının təməlində ilk növbədə Azərbaycan xalqının əyilməz ruhu dayanır. Əgər bu torpaqları heç görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə Qarabağa və Şərqi Zəngəzura qayıdır, yaxud Böyük qayıdış proqramının digər əraziləri əhatə edən hissələrini səbirsizliklə gözləyirlərsə, dövlət başçımızın təbirincə desək, "o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa böyük coşqu ilə qayıdırlarsa, heç şübhəsiz ki, eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik". İkincisi, qərbi azərbaycanlılar artıq əvvəlki dövrlərdəki kimi ümidsiz, inamsız və məyus deyillər. Cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığında Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və soydaşlarımızın sürətlə və ləyaqətli, eyni zamanda təhlükəsiz formada ata-baba yurdlarına qayıtması Qərbi Azərbaycandan olan soydaşlarımızda ruh və inam yaradıb. Onların hər biri artıq əmindir ki, tezliklə doğma torpaqlarına qayıda biləcək. Möhtərəm Prezidentin də dediyi kimi, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması qərbi azərbaycanlılarda da nikbinlik hisslərini, fikirlərini və ümidlərini daha da artırıb. Azərbaycan xalqında Qərbi Azərbaycana qayıdışa olan inamı artıran və qətiləşdirən əsas səbəb isə, heç şübhəsiz ki, Prezident İlham Əliyevin şəxsiyyətidir. Qlobal miqyasda sözü imzası kimi tanınan cənab Prezident artıq illərlədir ki, Qarabağ və Şərqi Zəngəzurla bərabər, həm də Qərbi Azərbaycana qayıdışı milli, ideoloji hədəflərimizdən biri müəyyən edib, bu istiqamətdə yorulmaz və barışmaz fəaliyyət nümunəsi ortaya qoymaqdadır". 

Deputat vurğulayıb ki, Vətən müharibəsi və antiterror tədbirləri ilə bölgədə yeni hərbi-siyasi reallığın yaranması, Azərbaycanın diktə etdiyi konfiqurasiyanın formalaşması artıq Qərbi Azərbaycana qayıdışla bağlı konkret hədəflər müəyyənləşdirməyə, real nəticələr vəd etməyə imkan verir. Ermənistan və havadarları zamanın onların lehinə işlədiyini düşünərək qərbi azərbaycanlıların ata-baba yurdlarını unudacağına, xüsusən yeni nəslin Ermənistan ərazisinə qayıtmağa maraqlı olmayacağına ümid edirdilər. Lakin Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və dövlət başçısının qətiyyətli yanaşması, həyata keçirilən ideoloji siyasət Qarabağ və Şərqi Zəngəzuru görməmiş, lakin bu torpaqlar uğrunda ölməyə hazır olan gənc nəsillər yetişdirdiyi kimi, həm də Qərbi Azərbaycanı görməmiş, lakin bu torpaqlara qayıtmaq üçün alışıb-yanan bir nəsil formalaşdırıb. "Biz müharibə arzulamırıq və Qərbi Azərbaycana uğurlu qayıdış modelini qansız, qadasız dinc köçürmə və dinc birgəyaşayışda görürük. Qərbi azərbaycanlılar ata-baba torpaqlarında təməl haqlara sahib olmaqla, təhlükəsiz və ləyaqətli formada yaşamalı, bütövlükdə regionun inkişafına öz töhfələrini verməlidirlər. Qərbi azərbaycanlılar yaxşı başa düşürlər  ki, əgər bölgədə reallıqların yaradıcısı olan Müzəffər lider İlham Əliyev Aşiq Ələsgərin Göyçədə - Ağkilsədəki abidəsinin bərpa olunacağını və analoji tədbirlərin orda da keçiriləcəyini bəyan edirsə, deməli, hədəfimiz bəllidir. Ermənistan isə ötən dövrün təcrübəsini təhlil edərək bu prosesdə sədd, yaxud maneə kimi deyil, ümumbəşəri dəyərləri və beynəlxalq hüququn aliliyini rəhbər tutaraq bizimlə birgə hərəkət edən mehriban qonşu təfəkkürünə uyğun davranmaq cəsarəti tapan beynəlxalq hüquq subyekti kimi özünü göstərməlidir", - deyə o bildirib.

Siyasətçi qeyd eidb ki, defakto müstəqil olmayan, demoqrafik böhran yaşayan və xarici təsirlərdən birmənalı şəkildə asılı olan Ermənistan regionda dayanıqlı sülh, sabitliyin xüsusən Azərbaycanla münasibətlərində qarşılıqlı inam və etimadın yaradılması məsələsində qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıtmasının ən vacib elementlərindən biri, bəlkə də birincisi kimi çıxış etdiyini başa düşməli və rəsmi İrəvan miflər, uydurma tarixi iddialar naminə bu unikal imkanı qaçırmamalıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!