23 Dekabr 2024 21:57
125
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin siyasi müdrikliyi Azərbaycanın 2024-cü ildə əldə etdiyi nailiyyətlərin təminatıdır  

Prezident İlham Əliyevin siyasi müdrikliyi Azərbaycanın 2024-cü ildə əldə etdiyi nailiyyətlərin təminatıdır  

2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə və vacib daxili məsələləri həll etməklə mühüm siyasi uğurlar nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın “The Gulf Observer” nəşrində dərc olunan “İlham Əliyevin siyasi müdrikliyi Azərbaycanın 2024-cü ildə əldə etdiyi yeni nailiyyətlərin təminatı kimi” sərlövhəli məqalədə deyilir.

2023-cü ilin ən mühüm uğurlarından biri ərazi bütövlüyü uğrunda uzun illər davam edən mübarizənin nəticəsi olaraq Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpa olunmasıdır. Bu hadisə sayəsində 2024-cü ildə Ermənistanla münasibətlərin normallaşması prosesi yeni səviyyəyə çıxdı: iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi başladı.

Azərbaycanın müasir tarixində ilk dəfə olaraq bütün ölkədə, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda prezident və parlament seçkiləri keçirildi. Həmin seçkilər dövlətin siyasi inkişafında əlamətdar mərhələ oldu, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra tam suverenliyin və ərazi bütövlüyünün bərpasını simvolizə etdi. Seçicilərə Şuşa və Xankəndidə, eləcə də işğaldan azad edilmiş digər şəhərlərdə səsvermə imkanının yaradılması bu ərazilərin ölkənin siyasi, sosial və iqtisadi sisteminə inteqrasiyasında mühüm addım oldu. Bu, həmçinin dövlətin hətta münaqişədən sonrakı yenidənqurma şəraitində demokratik prosesləri təşkil etmək və aparmaq bacarığını nümayiş etdirdi.

Fransa, Hindistan və hətta ABŞ-ın regionda öz geosiyasi maraqlarına görə Ermənistanı silahlandırmağa davam etmələrinə baxmayaraq, Azərbaycan hərbi üstünlüyünü qoruyub saxlayır. Ölkə Silahlı Qüvvələrini fəal şəkildə modernləşdirir, ən son sistemləri, o cümlədən pilotsuz uçuş aparatlarını və hava hücumundan müdafiə sistemlərini tətbiq edir ki, bu da ordunun döyüş effektivliyini əhəmiyyətli dərəcədə artırır. Müdafiə Nazirliyindən verilən məlumata görə, 2020-ci ildən etibarən Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirərək texnikanı geniş miqyasda yeniləyir və müntəzəm təlimlər həyata keçirir. Bu tədbirlər, eləcə də Türkiyə ilə strateji əməkdaşlıq Azərbaycanın sabit hərbi üstünlüyünü təmin edir və regionda təhlükəsizlik təhdidlərinə effektiv cavab vermək imkan yaradır. Prezident İlham Əliyevin bu yaxınlarda bildirdiyi kimi, ölkənin 2025-ci il üçün növbəti hərbi büdcəsi rekord səviyyədə olacaq və təxminən beş milyard dollar təşkil edəcək.

Bakı çox yaxşı bilir ki, bəzi ölkələr Azərbaycanın 2020-ci ildə qazandığı Qələbədən sonra regionda yaranmış yeni geosiyasi vəziyyətlə barışmaq istəmir. Paris, Vaşinqton, Brüssel və dünya siyasətinin bir sıra digər oyunçularının Qafqazın iki respublikası arasında sülhü dəstəkləmək barədə rəsmi bəyanatları bəzən onların hərəkətləri ilə üst-üstə düşmür. Buna birbaşa nümunə - iki il əvvəl “Aİ-nin mülki missiyası” adı altında Ermənistandakı xarici nümayəndələrin Azərbaycanla sərhəddə yerləşdirilməsi, hazırda isə ondan hərbi mövcudluğun genişləndirilməsi üçün istifadə olunmasıdır. Məlum olduğu kimi, qondarma avropalı müşahidəçilərin pərdəsi altında “mülki missiya” Kanada nümayəndələrinin də ona qoşulmasından sonra NATO missiyasına çevrilib və hazırda iki ölkə arasındakı sərhəddə infrastruktur yaradır.

Buna baxmayaraq, İlham Əliyevin qonşularla, o cümlədən Ermənistanla danışıqlara peşəkar yanaşması, eləcə də regionda sülhün qorunması istiqamətində aktiv fəaliyyəti Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə kömək edib. Dövlət başçısının 2024-cü ildəki siyasi strategiyası da, bəzən meydana çıxan siyasi fikir ayrılıqlarına baxmayaraq, beynəlxalq tərəfdaşlarla əlaqələrin fəal şəkildə möhkəmləndirilməsini özündə ehtiva edib. İqtisadi və enerji layihələrinin genişləndirilməsi mühüm addım olub, bunlar iqtisadiyyatın şaxələndirilməsinə və Azərbaycanın Avropanın enerji xəritəsində mühüm oyunçu kimi mövqeyinin möhkəmlənməsinə töhfə verib.

Bundan əlavə, 2024-cü ildə Azərbaycanda keçmiş məcburi köçkünlərin öz yurdlarına Böyük Qayıdış prosesi davam etdirilib. Bu proses işğaldan azad edilmiş ərazilərdə normal həyatın bərpasında mühüm mərhələ olub. Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar infrastrukturun fəal inkişafına, yolların, məktəblərin, xəstəxanaların və digər sosial-mədəni obyektlərin bərpasına və yenilərin tikintisinə yönəlib. 2024-cü ildə yeni yaşayış məhəllələrinin və infrastruktur obyektlərinin, həmçinin iş yerlərinin yaradılması və kənd təsərrüfatının bərpası layihələri çox vaxt yaşıl enerji keçidinə uyğun olaraq tamamlanıb.

Ölkənin bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində uğurlarından danışarkən qeyd etmək lazımdır ki, COP29 iqlim konfransı Azərbaycanda uğurla keçirilib və bu, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə mühüm addım olub. Tədbir dünyanın aparıcı ekspertlərini, alimlərini, ekoloqlarını, siyasətçiləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək aktual ekoloji problemlərin müzakirəsi və davamlı inkişaf strategiyalarının hazırlanması üçün platforma təqdim edib. Azərbaycan konfransın ev sahibi kimi Cənubi Qafqazda ekoloji təhlükəsizliyin və iqlim dəyişikliyinə uyğunlaşmanın vacibliyinə diqqət yetirərək qlobal iqlim təşəbbüslərində fəal rolunu nümayiş etdirdi.

2024-cü ildə Bakı azərbaycanlıların müasir Ermənistan ərazisini təşkil edən torpaqlarına, xüsusən də Qərbi Azərbaycana qayıtması məsələsinin həllinin vacibliyini dünya ictimaiyyətinə çatdırmaq prosesində də uğur qazanıb. Bunun üçün Azərbaycan beynəlxalq platformalardan, o cümlədən BMT və digər təşkilatlardan fəal istifadə edib. Bu, müvafiq məsələdə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artmasına səbəb olub və beləliklə, tarixi ədalətin bərpası istiqamətində mühüm addım olub. Həmin ərazilər XX əsrdə həyata keçirilən zorakılıq və etnik təmizləmə nəticəsində oraları tərk etməyə məcbur olmuş bir çox azərbaycanlı üçün tarixi vətəndir.

Müstəmləkəçiliyə qarşı mübarizədə fəal iştirakını da əminliklə Azərbaycan dövləti başçısının mühüm uğuru adlandırmaq olar. Fransa ən böyük müstəmləkəçi dövlətlərdən biri kimi dünyanın müxtəlif yerlərində bir çox xalqların istismarına və sıxışdırılmasına görə məsuliyyət daşıyırdı. Son onilliklərdə Fransanın xarici siyasətinin dəyişməsinə baxmayaraq, bir çox ölkələr hələ də bu müstəmləkə mirasının nəticələrindən əziyyət çəkir və bu, narazılıq və müqavimətə səbəb olur. Azərbaycan neokolonializmə qarşı çıxmaqda bərabərlik, müstəqillik və suverenliyin vacibliyini vurğulayır.

Prezident İlham Əliyevin haqlı olaraq dediyi kimi: “Sülh sadəcə müqaviləni imzalamaq demək deyil”. Azərbaycan regionun bütün ölkələrinin və qlobal sabitliyin rifahı naminə Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün əlindən gələni edir. 2024-cü il bu zəncirin mühüm halqası oldu. Bakının nüfuzu qlobal miqyasda artmaqda davam edir, İlham Əliyev isə öz xalqının mənafeyi uğrunda qələbəyədək getməyə hazır olan, ədalət uğrunda mübarizə aparan bir lider kimi tanınır!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasında yeni istilik-elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında

02:07
24 Dekabr

Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında

02:07
24 Dekabr

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında

02:04
24 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib  

00:25
24 Dekabr

Tarixçi-alim: İrəvana qayıdış Qərbi azərbaycanlıların tarixi, hüquqi və mənəvi haqqıdır  

23:52
23 Dekabr

Rusiyalı ekspert: Azərbaycan dövlətlərin suverenləşməsinə doğru qlobal kursun qurulması uğrunda mübarizə aparır  

23:27
23 Dekabr

Prezident İlham Əliyevin siyasi müdrikliyi Azərbaycanın 2024-cü ildə əldə etdiyi nailiyyətlərin təminatıdır  

21:57
23 Dekabr

İcma: ABŞ səfirliyinin bəyanatı həqiqətdən uzaqdır

21:32
23 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

20:23
23 Dekabr

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

20:22
23 Dekabr

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin perspektivləri müzakirə edilib  

20:19
23 Dekabr

Macarıstanın Baş naziri Viktor Orbandan

20:18
23 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

20:17
23 Dekabr

Azərbaycan-İtaliya əməkdaşlığının genişləndirilməsi yolları müzakirə edilib  

20:16
23 Dekabr

Avrokomissiya İtaliyaya 8,7 milyard avro yardım paketi ayırıb

20:15
23 Dekabr

Gürcüstan portalında “Gürcüstan və Azərbaycan: möhkəm dostluq və əməkdaşlıq əlaqələri” adlı məqalə dərc olunub  

20:14
23 Dekabr

Türkiyə şirkətləri Qazaxıstanda gəmiqayırma zavodu tikməyi planlaşdırır

20:13
23 Dekabr

Xalq Məclisinin sədri: Azərbaycanlılar Dağıstanda vahid ailə kimi yaşayırlar

18:47
23 Dekabr

Növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək

18:46
23 Dekabr

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:44
23 Dekabr

Xankəndidə ilk dəfə “Qış nağılı” yarmarkası açılacaq

18:44
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!