23 Dekabr 2024 20:14
105
SİYASƏT
A- A+
Gürcüstan portalında “Gürcüstan və Azərbaycan: möhkəm dostluq və əməkdaşlıq əlaqələri” adlı məqalə dərc olunub  

Gürcüstan portalında “Gürcüstan və Azərbaycan: möhkəm dostluq və əməkdaşlıq əlaqələri” adlı məqalə dərc olunub  


Gürcüstanda geniş oxucu kütləsinə malik ajaratimes.ge portalında “Gürcüstan və Azərbaycan: möhkəm dostluq və əməkdaşlıq əlaqələri” adlı məqalə dərc olunub.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycanın Batumidəki Baş konsulluğunun dəstəyi ilə dərc olunan məqalədə deyilir ki, Gürcüstan və Azərbaycan ortaq maraqlara, mədəni və tarixi bağlara söykənərək, onilliklər ərzində yaxın tərəfdaşlar olaraq qalırlar.

Bu iki dövlət Cənubi Qafqazda sabitlik və firavanlıq üçün şərait yaradan siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu qarşılıqlı fəaliyyət nümunəsini nümayiş etdirir.

Qeyd olunur ki, 2024-cü il Gürcüstan üçün böyük bir mərhələ oldu. Ölkə tarixində ilk dəfə olaraq prezident ümumxalq səsverməsi ilə deyil, seçicilər kollegiyası tərəfindən yeni sistem ilə seçildi. Bu posta namizəd Mixail Kavelaşvili seçkilərə mühüm töhfə vermiş Acarıstandan olan nümayəndələr də daxil olmaqla, geniş dəstək qazanıb. Onların iştirakı regionun ölkənin siyasi həyatında əhəmiyyətini vurğulayır.

“Azərbaycan Prezidenti İlham Əliyev Mixail Kavelaşvilini seçilməsi münasibətilə təbrik edən ilk dünya lideri oldu. Belə möhkəm təməl üzərində qurulan, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və uğurla inkişaf etməsindən məmnunuq. İnanırıq ki, dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə regionumuzun sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi, onun iqtisadi potensialının reallaşdırılması istiqamətində birgə səylər göstərəcəyik”, – deyə məqalədə vurğulanır.

Məqalədə həmçinin deyilir: “Gürcüstanın Baş naziri İrakli Kobaxidze də 2024-cü ilin fevralında Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə İlham Əliyevi ilk təbrik edənlərdən olub. Bu, yüksək dərəcədə qarşılıqlı hörmətdən xəbər verir. Gürcüstan və Azərbaycan rəhbərlərinin mühüm hadisələrlə bağlı bir-birini ilk təbrik etməsi həm onların dostluğunu, həm də xalqların qardaşlığını simvollaşdırır. Bu, iki ölkə arasında strateji tərəfdaşlığın təkcə ümumi maraqlara deyil, həm də səmimi dostluğa əsaslandığını təsdiqləyir”.

Bildirilir ki, Gürcüstan və Azərbaycan enerji, ticarət, kənd təsərrüfatı, tibb, təhsil, turizm, tikinti, logistika və s. sahələrdə fəal əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi və Avropaya yüksək gərginlikli elektrik kabelinin çəkilməsi kimi birgə layihələr təkcə bu iki ölkənin deyil, həm də regionun iqtisadi inkişafında əsas rol oynayır. Azərbaycan Gürcüstan iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkələrdən biridir.

Ölkələrimiz arasında ticarət sabit artım nümayiş etdirərək yüksəlir. Azərbaycan qazı Gürcüstanın enerji tələbatının əhəmiyyətli hissəsini təmin edir və Gürcüstan limanları Azərbaycan malları üçün dünya bazarlarına mühüm qapı rolunu oynayır.

Gürcü və Azərbaycan xalqları arasında xüsusi əlaqələr çoxəsrlik mədəni mübadilə tarixi sayəsində formalaşır. Etnik cəhətdən qarışıq əhalinin yaşadığı bölgələrdə gürcülər və azərbaycanlılar milli adət-ənənələrini qoruyub saxlayaraq, onların xas dəyərlərinə hörmət edərək, sülh və əmin-amanlıq şəraitində yanaşı yaşayırlar.

Gürcüstan və Azərbaycan qonşu dövlətlərin necə səmərəli əməkdaşlıq etdiyinə, regional sabitliyi möhkəmləndirə və xalqlarının firavanlığı üçün şərait yarada biləcəyinə nümunə olmaqda davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tarixçi-alim: İrəvana qayıdış Qərbi azərbaycanlıların tarixi, hüquqi və mənəvi haqqıdır  

23:52
23 Dekabr

Rusiyalı ekspert: Azərbaycan dövlətlərin suverenləşməsinə doğru qlobal kursun qurulması uğrunda mübarizə aparır  

23:27
23 Dekabr

Prezident İlham Əliyevin siyasi müdrikliyi Azərbaycanın 2024-cü ildə əldə etdiyi nailiyyətlərin təminatıdır  

21:57
23 Dekabr

İcma: ABŞ səfirliyinin bəyanatı həqiqətdən uzaqdır

21:32
23 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

20:23
23 Dekabr

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

20:22
23 Dekabr

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin perspektivləri müzakirə edilib  

20:19
23 Dekabr

Macarıstanın Baş naziri Viktor Orbandan

20:18
23 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

20:17
23 Dekabr

Azərbaycan-İtaliya əməkdaşlığının genişləndirilməsi yolları müzakirə edilib  

20:16
23 Dekabr

Avrokomissiya İtaliyaya 8,7 milyard avro yardım paketi ayırıb

20:15
23 Dekabr

Gürcüstan portalında “Gürcüstan və Azərbaycan: möhkəm dostluq və əməkdaşlıq əlaqələri” adlı məqalə dərc olunub  

20:14
23 Dekabr

Türkiyə şirkətləri Qazaxıstanda gəmiqayırma zavodu tikməyi planlaşdırır

20:13
23 Dekabr

Xalq Məclisinin sədri: Azərbaycanlılar Dağıstanda vahid ailə kimi yaşayırlar

18:47
23 Dekabr

Növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək

18:46
23 Dekabr

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:44
23 Dekabr

Xankəndidə ilk dəfə “Qış nağılı” yarmarkası açılacaq

18:44
23 Dekabr

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayevdən

18:42
23 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

18:42
23 Dekabr

Saatlıda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:41
23 Dekabr

Yeni dişlərin yetişdirilməsinə kömək edən dərmanın testlərinə başlanılıb

18:22
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!