Prezident İlham Əliyev xeyriyyəçi Zeynalabdin Tağıyevin abidəsinin açılmasını əlamətdar hadisə adlandırıb
Zeynalabdin Tağıyevin abidəsinin açılması çox əlamətdar hadisədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında çıxışı zamanı bildirib.
Abidənin ucaldılması üçün yer seçimindən danışan dövlətimizin başçısı deyib: “Bir neçə yer təklif edildi və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir, Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir”.
Onun çox zəngin adam olduğunu qeyd edən Prezident deyib ki, lakin tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalıb. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, Azərbaycan xalqının yaddaşında qalmazdı.
Zeynalabdin Tağıyevin təşəbbüsü və şəxsi vəsaiti ilə həyata keçirilən bir çox önəmli layihələri xatırladan Prezident İlham Əliyev bu sırada Şollar su kəmərini, Bakıda teatr binasını, qızlar məktəbini qeyd edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Paraatletimiz Oloxan Musayev İsveçrə Qran-Pri yarışında ikinci qızıl medalını qazanıb
27 May
Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
27 May
Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifdən
27 May
Xarici işlər naziri Azərbaycan-Avropa Media Forumunun iştirakçıları ilə görüşüb
27 May
Milli Məclisdə “Ələt azad iqtisadi zonası haqqında” qanununa dəyişikliklər birinci oxunuşda təsdiqlə...
27 May
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Qriqori T...
27 May
“ƏDV geri al” sistemi ilə bağlı yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görülür...
27 May
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması barədə Sərəncam imzalayıb...
27 May
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə ...
27 May
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanın Ağalı kəndindəki çörək sexindən paylaşım edib...
27 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!