13 Mart 2025 18:24
3310
Qəbullar
A- A+
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib YENİLƏNİB  

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib YENİLƏNİB  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tedros Adhanom Qebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və bu konfrans çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini dedi.

Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq, Azərbaycan tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlərin görüldüyünü qeyd etdi.

Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun Azərbaycanla birlikdə müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrin önəminə toxundu.

Görüşdə Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlıq məsələlərinə, həmçinin BMT strukturlarının gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı XII Qlobal Bakı Forumunun və onun gündəliyində duran məsələlərin əhəmiyyəti vurğulandı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib YENİLƏNƏCƏK  

12:30
30 Aprel

Geosiyasi gərginlik fonunda Avropada qaz qiymətləri yenidən artdı  

12:05
30 Aprel

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

11:56
30 Aprel

Türkiyənin Şanlıurfa vilayətindən Azərbaycana minlərlə ting göndərilib  

11:44
30 Aprel

Körfəzdə gərginlik: neftin qiyməti 140 dollara çata bilər

11:24
30 Aprel

Qlobal neft ehtiyatları 1,57 trilyon bareli keçib

11:09
30 Aprel

Keçən il OPEC-in qlobal neft ixracındakı payı 44,6 faiz olub

11:01
30 Aprel

WUF13 prinsipləri və Azərbaycanın yanaşması: milli təcrübədən qlobal nümunəyə  

10:57
30 Aprel

DİN: Ötən gün axtarışda olan 139 nəfər saxlanılıb

10:49
30 Aprel

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18 faiz artıb

10:37
30 Aprel

Şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri 4 dəfədən çox artıb

10:34
30 Aprel

Azərbaycan nefti 122 dollara satılıb 

10:05
30 Aprel

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:01
30 Aprel

Dünya birjalarında neft kəskin bahalaşıb

09:53
30 Aprel

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

09:43
30 Aprel

Pakistan İrana malların daşınmasını asanlaşdırmaq üçün bir neçə quru yol açıb  

09:31
30 Aprel

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Xəzərdə zəlzələ olub

09:23
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Trampın açıqlamasından sonra neft qiymətləri 4 ilin tarixi maksimumunu yeniləyib

09:18
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!